Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Həsənovun «Qızıl Dəvə» əməliyyatı - Foto, Video

Sabiq baş prokurorun adamları prezidentliyə namizədin evindən yoxa çıxmış heykəli 6,8 milyon dollara Dubayda satdırmaq istəyərkən «ilişib»lər


MTN şefi Eldar Mahmudovun işdən çıxarılmasından sonra qəfil Bakıya çağrılan və müəmmalı şəkildə də Azərbaycanı tərk edən sabiq baş prokuror, hazırda Balkan ölkələrində səfir vəzifəsində çalışan Eldar Həsənovla bağlı olduqca ilginc məlumatlar yayılmağa başlayıb.

Hələ Bakıya çağırılan zaman Həsənovun Mahmudovla iş birliyi içində olduğuna dair bilgilər mətbuatda yer alsa da, səfir tərəfindən təkzib edildi. Lakin bütün bunlara baxmayaraq, şübhələr hələ də qalır. Xüsusən də «Delta Com» şirkətində baş verən yanğından sonra şübhələr bir xeyli artmaqdadır. 

Jam.az-ın əlinə keçən məlumat isə heç də Eldar Həsənovla Eldar Mahmudov arasındakı əlaqələrdən ibarət deyil. Əksinə, bu məlumatın kökü hələ 1995-ci ilə, yəni, Həsənovun baş prokurorluq dövrünə təsadüf edir. 

Araşdırmalar zamanı məlum olub ki, hələ həmin vaxt prezidentliyə namizəd olmuş tanınmış iş adamı Zakir Tağıyevin evində Baş Prokurorluğun əməkdaşları axtarış aparıblar. Axtarış zamanı Tağıyevin evində olan, qiyməti milyonlarla dollar dəyərində qızıldan hazırlanmış dəvə heykəli yoxa çıxır. Həmin yoxa çıxmış dəvə isə bir xeyli sonra Dubayda peyda olur. 

Araşdırmalar nəticəsində məlum olub ki, Zakir Tağıyev sözügedən qızıl dəvə heykəlini hələ 90-cı illərin əvvəllərində heykəltaraş Rahib Həsənova hazırlatdırıb. Moskvada ərsəyə gələn heykəli qanuniləşdirmək məqsədi ilə Tağıyevlə Həsənov arasında müqavilə belə bağlanılıb və daha sonra malın kimə məxsus olmasına dair sertifikat alınıb. 

Amma əməliyyat-axtarış tərdbirlərindən sonra yoxa çıxmış «Qızıl Dəvə» Dubayda satılarkən, satan şəxs «ilişir». Məlum olur ki, həmin heykəlin qiymətləndirilməsi üçün ABŞ-dan dəvət edilmiş ekspert ona 6,8 milyon dollar qiymət qoyub. Belə bahalı malı satarkən Dubay polisinin də araşdırması, onun oğurluq olub-olmaması vacib hal sayıldığından onların rəyi nəzərə alınır. Və məlum olur ki, «Qızıl Dəvə»nin həqiqi sahibi heç də satan şəxslər deyil, Zakir Tağıyevdir. 

Bu heykəl Fransada təşkil olunmuş sərgidə Tağıyevin əmlakı olaraq nümayiş belə etdirilib. Vəziyyətin qəlizləşdiyini görən satıcılar dərhal Bakıya qayıtmalı olublar. Daha doğrusu, canlarını qurtarıblar. Lakin məsələ bununla da bitmir. Eldar Həsənovun adamları olan şəxslərin «Qızıl Dəvə»nin orjinalını itirmək üçün onun «kopya»sını hazırlamağa başlayıblar. Bir il bundan əvvəl həmin surət də hazırlanır və kimə satıldığı isə məlum deyil. 

Hərçənd həmin heykəl bu günə qədər Zakir Tağıyevə də çatdırılmayıb. Yəni, gerçək sahibinə. 

Onu da bildirək ki, Dubayda heykəli satmaq istəyənlərin Eldar Həsənovun yaxın adamları olduğu və onların bir neçə belə «əməliyyatlar» həyata keçirdikləri iddia olunur. Vurğulanır ki, həmin şəxslər uzun müddət bu fəaliyyətlə məşğul olublar. Xeyli sayda qiymətli əşyaları xaricdə satışa çıxarıblar. Bu əşyaların bir çoxunun Eldar Həsənov dövründə ayrı-ayrı şəxslərin evində aparılmış əməliyyat-axtarış nəticəsində «yoxa çıxmış»lardan ibarət olduğu qeyd edilir. İşin içində kimlərin olduğu barədə digər araşdırmamız isə yaxın günlərdə oxuculara təqdim ediləcək. 

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar