Xəbər xətti

23 FEVRAL

0:40 Çində Yeni il şənlikləri 51 nəfəri “yandırdı”

0:29 İran hədələdi: “Nüvə razılaşmasını tərk edəcəyik”

0:15 “Boko Haram” 111 məktəbli qızı qaçırdı

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 FEVRAL

23:55 Mahmud Abbas ABŞ-da xəstəxanalıq oldu

23:47 Azərbaycanda 877 tələbə bir ali məktəbdən digərinə köçürüldü

23:41 Alişan əməliyyat olunacaq

23:30 Hollandiya “erməni soyqırımı”nı tanıdı

23:19 Beyləqanda ağır yol qəzası: 2 ölü, 3 yaralı

23:06 “Qarabağda erməni muxtariyyətinin yaradılması başlanğıc nöqtəsi oldu”

22:55 Putin müdafiə nazirləri ilə görüşdü

22:50 Türkmənistanda un və çörək böhranı…- Berdiməhəmmədov xalqı niyə çörəyə möhtac qoyub?

22:43 Bitkoinin qiyməti yenidən 10 min dollardan aşağı düşüb

22:43

22:35 “Nə etsələr də, biz dünyanın 10 ən böyük dövlətindən biri olacağıq”

22:21 Zaqatalada 3 otaqlı ev yanıb

22:06 Yuxarı Korqan kəndi azad edildi

21:57 İranın keçmiş prezidenti azad seçkilər tələb etdi

21:49 Bakı hava limanında təyyarələrdə mobil operatorların xidmətləri dayandırıldı

21:35 Bina tikintisi üçün tələblər dəyişdi

21:20 Abşeron və Ucarda yol qəzası 2 nəfərin həyatına son qoydu

21:08 Sankt Peterburqda terror aktının qarşısı alındı

21:00 Misir Prezidenti İlham Əliyevə seçkilərdə uğur arzuladı

20:53 İnstagram-da dəyişiklik edildi

20:46 Artur Rasi-zadə hökuməti topladı

20:30 Rusiya Marsa “parovoz”la insan göndərməyi düşünür

20:23 Rusiya bürünc medaldan məhrum edildi

20:10 Son 2 ayda Ermənistan ordusunun 9 hərbçisi Qarabağda ölüb

20:02 Sərdar Calaloğlunun sənədləri MSK-ya təqdim edildi

19:51 Azərbaycanda narkomanların sayı açıqlandı

19:42 DİM-dən müsahibəyə gəlməyənlərə xəbərdarlıq

19:30 “Qarabağ” ilk “onluq”da

19:23 MTN generallarına ağır cəza istənildi

19:16 Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılacaq

19:10 Nəsimi və Yasamala içməli suyun verilməsində məhdudiyyət olacaq

18:58 “Nar” “İlin mobil operatoru” mükafatına layiq görülüb

18:50 Türkiyə ordusu daha iki kəndi PYD-dən təmizlədi

18:45 Seçkiqabağı təşviqat üçün KİV-də ödənişsiz efir vaxtı və yer ayrılacaq

18:40 İmişlidə yulğun kollarını kəsən cəzalandırıldı

18:33 Böyükağa Hacıyevin vəziyyəti ağırlaşdı

18:28 Fəxri adlara görə aylıq təqaüd artırılıb

18:23 Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanını təbrik edib

18:18 Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

18:12 Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzalayıb

17:55 “Google”dan yenilik

17:49 “Moody“s” Azərbaycan manatının məzənnəsi və inflyasiya haqda

17:43 Meneceri öldürən sürücüyə hökm oxundu

17:38 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza

17:33 İnstaqramda dəyişiklik edildi

17:28 Petek Dinçöz Bakıda biznes qurur

17:24 Sarkisyan Livan prezidentinə Qarabağdan danışdı

17:22 Suriyada 30 günlük atəşkəs qətnaməsi gəlir - Türkiyənin Afrinə hücumu əngəllənir?

17:17 “Britaniya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”

17:17 ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

17:12 Türk ordusu 3 kəndi azad etdi

17:09 Azərbaycanda 20 mindən çox alkoqolik var

17:06 “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi

16:57 Əhmədinejad İranın ali rəhbərinə məktub yazdı

16:51 Çavuşoğlu: “Terrorçuların Afrində cəmləşməsinə imkan verməyəcəyik”

16:49 “Taliban” Əfqanıstanda buraxılış məntəqəsinə hücum etdi

16:44 Dağlıq Qarabağda daha bir erməni əsgəri ölüb

16:40 Azərbaycanlı biznesmen öldürüldü

16:35 DİN-in polkovniki azadlığa buraxıldı

16:29 Amerikalı xadim: “Selfi çəkmək günahdır!”

16:23 Metropolitendə harada siqaret çəkmək olar?

16:16 Birinci vitse-prezidentin təyinatından bir il ötdü – Yeni kontitusion institut gözləntiləri doğrultdumu?

16:12 Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarılıb

16:08 Əhmədzadənin oğlu 30 hektar ərazini necə ələ keçirib?

16:07 “20 milyard büdcə ilə yaşayırlar, daha nə istəyirlər?!”

16:03 “Bakı Kollektor Şirkəti məndən nə istəyir?”

15:57 Biləsuvarda yol qəzası: 2 yaralı

15:52 Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır

15:52 Offşorlar və milyardlar: deputatlar hökuməti bütün sirləri açmağa çağırır

15:47 Yunanıstanda türkləri öldürməyə çağırdılar

15:44 Azay Quliyevdən erməni deputata sərt cavab

15:38 Tanınmış sənətçinin konserti olacaq

15:34 Dünyanın ən ölümcül sərhədinin adı açıqlanıb

15:20 Bakıda müəllim şagirdinin açıq-saçıq görüntülərini yaydı

15:16 Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini açıqladı

15:11 Türkiyədə tank əleyhinə sistem hazırlanıb

15:07 Merkel: “Bunu sona çatdırmalıyıq!”

15:02 Prezidentliyə 2 namizəd həbs edildi

14:56 Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var?

14:51 UEFA Avropa Komissiyası ilə anlaşdı

14:47 “Rəsmi Moskva Qarabağ probleminə təsir edəcək başlıca güc olaraq qalır”

14:42 “Twitter” “bot”larla mübarizəyə başladı

14:38 Azercell Plus Musiqi xidməti ilə hər gün milyonlarla mahnılar smartfonunuzda

14:35 “Neftçi” klubunda yeni təyinat

14:31 Astana AB-ni Orta Asiyaya çağırdı

14:27 Sərnişin və yük daşıyanların nəzərinə

14:22 Azərbaycanda “plastik düyü” satılır?

14:19 XİN beynəlxalq təşkilatları Bakıya dəvət etdi

14:15 Səudiyyəli jurnalist: “Məscidlər dağıdılsın”

14:11 Ağ Ev Moskvanı 100 nəfərin ölümündə ittiham etdi

14:08 Əli Nağıyev: “Heç kim İlham Əliyevdən artıq iş görməyəcək”

14:04 Nemtsovun qatilinin cəzası ağırlaşdırıldı

14:00 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

13:55 “Dilənçilər emosional manipulyasiyadan istifadə edirlər” - Psixoloq

13:51 Azərbaycan-Misir iqtisadi əlaqələri genişlənir

13:47 Zakir Həsənov Belarusa səfərə gedib

13:42 Politoloq: “ATƏT-in fəaliyyətinin dondurulması tələb olunmalıdır”

13:39 Azərbaycanda 100 yaşlı sakini olmayan rayon və şəhərlər - Siyahı

13:36 Sabahın hava proqnozu

13:32 Suriya üzrə məxfi plan hazırlanır

13:28 “Xanımım “hə” desə, arxama dönmədən gedərəm”

13:21 İran azərbaycanlı naziri Bakıya niyə göndərdi?

13:16 “Neftlə zəngin Azərbaycanda hökumət daha çox iş görməlidir”

13:12 Afrin əməliyyatı: “Bu günə qədər 1829 terrorçu məhv edilib”

13:09 Rəsmi Moskvadan YPG-ni məyus edən bəyanat

13:05 ABŞ son 10 ildə dünya banklarını 243 mlrd. dollar cərimələyib

13:01 Millət vəkili: “Onlar tarix qarşısında cavab verəcək”

12:56 Azərbaycanda bu yol pullu olacaq

12:52 Günün matçlarını yayımlayacaq kanallar - Siyahı

12:49 “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə beynəlxalq tribunalda baxılmalıdır”

12:44 “Sovetski”də 40 hektar ərazi boşaldılıb

12:40 “Xocalı soyqırımını törədənlər məhkum kimi cavab verəcəklər”

12:36 Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

12:33 Abşeron sakini intihar edib

12:27 Bakıda məktəbli qızın meyiti tapıldı

12:23 Gəncə yol polisinin rəisi işdən çıxarıldı



GÜNDƏM

...

Eldar Həsənovun qudasının oğlu həbs olunub

Tarix 09.01.18, 17:51

Font ölçüsü : - / +
bitmap-img6

Həyat yoldaşına xəsarət yetirib


Bakının tanınmış iş adamlarından biri – “Şahin” şirkətlər qrupunun və məşhur “Kənd Süfrəsi” və “Kartinq” restoranlarının sahibi Hüseynli Şahin Rabil oğlu ikinci həyat yoldaşını döyərək, bıçaqla qoluna yüngül xəsarət yetirdiyinə görə həbs olunub, hazırda məhkəməsi gedir.

Keçmiş prokurorluq əməkdaşı olan Şahin Hüseynli “Bakı Şərab-2” ASC-nin sahibi Rabil Hüseynovun oğludur. R.Hüseynovun digər oğlu Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənovun kürəkənidir.

Ş.Hüseynli indiyədək də bir neçə dəfə medianın diqqət mərkəzinə düşüb. O, ilk dəfə 2005-ci ildə prokurorluq orqanlarından istefa verib, 26 saylı Sabunçu birinci seçki dairəsindən deputatlıq uğrunda yarışa qoşulanda və dairə ərazisində külli miqdarda vəsait xərcləyərək, təmtəraqlı seçki kampaniyası aparanda diqqətləri çəkmişdi. Ş.Həsənli hakimiyyətlə müxalifət arasında çox gərgin rəqabətin getdiyi 2005 seçkilərində böyük vəsait, ağıllı kampaniya və Eldar Həsənov faktoruna görə hər iki tərəf üçün problemə çevrilmiş, nəticədə, onun namizədliyi DSK tərəfindən ləğv olunmuşdu.

eldar-hesenov

Şahin Hüseynli bir də 7 il sonra – 2 yanvar 2012-ci ildə içkili vəziyyətdə məşhur “Neolit” restoranında törətdiyi silahlı insidentə görə medianın gündəminə düşdü. Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun birgə məlumatında deyilirdi ki, Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o, özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Bu zaman, o, avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.

Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib və Ş.Hüseynli saxlanılıb.

Qısa müddətdən sonra azadlığa buraxılan Ş.Hüseynlinin “Neolit”də təsadüfən silahlı insident törətmədiyi, bu restorana görə onun bibisi oğlu Yaşar Məlikovla atası Rabil Hüseynovun arasında çəkişmə olduğu üzə çıxmışdı.

İndi isə Ş.Hüseynli, yuxarıda da qeyd etdiyimiz kimi, öz həyat yoldaşına xəsarət yetirdiyinə görə həbsdə və medianın gündəmindədir. Şahin Hüseynlinin işi hazırda Xəzər Rayon Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Dekabrın 25-də keçirilən iclasda xuliqanlıqda təqsirləndirilən iş adamı barəsində dövlət ittihamçısı 5 il azadlıqdan mərhumetmə cəzasının təyin olunmasını istəyib. Yanvarın 22-nə təyin olunan növbəti iclasda Şahin Hüseynliyə hökm oxunacağı gözlənilir.

Maraqlıdır ki, onun şikayəti əsasında həbs olunsa da, hazırda həyat yoldaşı nəinki şikayətçi deyil, hətta Ş.Hüseynlinin azadlığa buraxılması üçün mübarizə də aparır. Prokurorun 5 il tələbindən sonra onun məhkəmədə etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyi də bildirilir.

İş adamının həbsinə səbəbkar olan həyat yoldaşı baş verənlərlə bağlı azinforum.az saytına, adının çəkilməməsi şərtilə, müsahibə də verib. O, bildirib ki, Ş.Hüseynli ilə dini kəbin əsasında uzun müddətdir birlikdə yaşayırlar: “Biz 21.07.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Mayak bağları”ndakı evimizdə olarkən aramızda mübahisə düşdü. Bu hər evdə olan bilən bir hadisədir. Hər ikimiz əsəbi olduğumuzdan mübahisə davaya çevrildi və Şahin mənə yüngül xəsarət yetirdi. Mən həmin vaxt hirsli olduğumdan polisə şikayət etdim .Elə düşündüm ki, bununla Şahini bir qədər sakitləşdirə bilərəm. Lakin sonradan biz barışdıq və mən şikayət ərizəmi geri götürdüm. Ancaq buna baxmayaraq, həyat yoldaşım 6 aydır ki, azadlıqdan mərhum edilib.

Hesab edirəm ki, onun əməli AR CM-nin 128-ci maddəsinə tövsif edilməli və biz barışdığımıza görə işə xitam verilməlidir. Çünki evin içərisində ər-arvadın mübahisəsi nəticəsində yetirilən xəsarət xüliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Hadisə baş verəndə evdə bizdən başqa heç kəs olmayıb, sonra Şahin mənə kömək edib, taksi çağırıb və məni xəstəxanaya aparıb”.

sh5

İş adamının həyat yoldaşı daha sonra bildirib ki, o, şikayətindən imtina etsə və onun əməlində xüliqanlıq cinayətinin tərkibi olmadığını vəkillər və iş materialları sübuit etsə də, Ş.Həsənlinin azadlığa buraxılmasına nail ola bilmirlər: “Onun “içəridə” qalması və düzgün olmayan ittihamın verilməsindən belə çıxır ki, günahkar mənəm. Əgər mən şikayət etməsəydim, o indi azadlıqda mənim yanımda olardı. Mən bu haldan çox sarsılmışam və hətta özümə qəsd etmək həddinə çatmışam. Fürsətdən istifadə edib sizin sayt vasitəsilə mən cənab Prezidentə müraciət edirəm ki, Şahin Hüseynlinin azadlığa çıxaraq ailəsinə qovuşması üçün köməkliyini əsirgəməsin”.

Ş.Hüseynlinin həyat yoldaşı 2012-ci ildə “Neolit” restoranında baş verən hadisə haqda da danışıb. “Şahin Hüseynlini tanıyan hər kəs bilir ki, o, haqsızlıqla barışan insan deyil. Elə bu səbəbdəndir ki, 2012-ci ildə başına gələn hadisə səbəbindən AR CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunub və 3 il şərti cəza alıb. Belə ki, Şahin Hüseynlinin doğma bibisi oğlu, atası Rabil Hüseynovun böyüdüb boya-başa çatdırdığı Yaşar Məlikov (hazırda “Neolit” restoranının sahibidir) dayısı Rabil Hüseynovun etibarından sui-istifadə edərək, onlardan oğurladığı pullar ilə “Neolit” restoranını tikdirərək, saxta sənədlərlə öz adına keçirib. Bu haqsızlığa dözməyən Şahin Hüseynli Yaşar Məlikovanın yanına gedərək onunla danışmaq istədikdə, Yaşar Məlikov əlli nəfər idmançını Şahinin üstünə göndərib, özü isə qaçmışdı. Həmin hadisədə tək olan Şahin Hüseynli özünü müdafiə məqsədi ilə avtomobilinin yük yerindən götürdüyü silahla havaya bir dəfə atəş açıb. Bu hadisədən dərhal sonra Şahin Hüseynli Nizami RPİ–nin əməkdaşlarına təslim olub və məsələyə Nizami Rayon Məhkəməsi tərəfindən hüquqi qiymət verilib”.(azpolitika.az)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


GÜNDƏM

design-img

Vernisaj

Dövlət hesabına göstərilən xidmət üçün vəkillərə ödəniş 3 dəfə artırılacaq

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Eldar Namazov: “Biz çox təhlükəli dövrə qədəm qoyuruq”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru