Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Həsənovun ətrafı daralır


Balkanlardakı səfirimizin ən sadiq adamlarından biri Rabil Hüseynov məcburən Eldar Həsənovdan üz döndərib


Bakı Şərab-2 ASC rəhbəri varidatının əlindən alınmasından ehtiyat edərək bayraq qaldırıb. Bu barədə PİA.AZ-a daxil olan ilginc məlumatda bildirilir.

Bakı Şərab-2” ASC-nin rəhbəri Rabil Hüseynovla bağlı PİA.AZ ilginc məlumat daxil olub. Həmin məlumatda  bildirilir ki, şərab zavodunun rəhbəri keçmiş Baş Prokuror, hazırda ölkəmizin Serbiya, Bosniya, Hersoqovina  və Çernaqoriya respubilkalarında səlahiyyətli səfir Eldar Həsənovla aralarındakı uzun illərdir davam edən ciddi münasibətləri pozmağa başlayıb.

Qeyd edək ki, Rabil Hüseynovla Eldar Həsənov münasibətləri keçmişə dayanır və hər iki şəxsin arasında iqtisadi, siyasi hətta qohumluq münasibatləri mövcuddur. Bir müddət əvvəl mətbuatda Rabil Hüseynovun digər oğlu Qabil Hüseynov sabiq baş prokurorun kürəkəni olduğu bildirilirdi. Məlumatda həmçinin deyilirdi ki, Qabil Hüseynov Türkiyədə biznes fəaliyyəti ilə məşğul olur. Rabil Hüseynovun özünə gəlincə, o, əslən Saatlının Xanlar kəndindəndir. Doğma kəndində xeyriyyəçi kimi tanınır. Kənd məscidinin də Rabil Hüseynov tərəfindən inşa olunduğu deyilir. R.Hüseynovun Bakıda bir sıra iri obyektləri var. Bunlar “Metkartinq”, “Neolit” restoranının yaxınlığındakı “Porche Center” və digərləridir. “Bakı Şərab-2” ASC-nin rəhbəri Rabil Hüseynov uzun illərdir ki, adı çəkilən müəsissənin rəhbərliyində çalışır.

Rabil Hüseynovun adı mətbuata ilk dəfə 2005-ci il parlament seçkilərində gündəmə gəlib. Həmin il parlament seçkilərində 26 saylı Sabunçu 1-ci dairəsindən deputatlığa namizədliyini iirəli sürən Şahın Hüseyinli Rabil Hüseynovun oğlu idi. Namizədliyi qeydə alınan Şahin Hüseynli seçki təbliğatına 5 gün qalmış yerli dairənin qərarı ilə seçkiyə nəzərdə tutulmuş miqdardan çox vəsait xərclənməsi adı altında qeydiyyatı ləvğ olundu və seçkidən kənarlaşdırıldı. DSK Şahin Hüseynlinin 80 min dolları aşan bir vəsaiti xərclədyini təsbit edərək “Bakı Şərab-2” ASC-nin rəhbərinin oğlunu seçkilərdən kənar buraxmışdı.

Mənbə bildirir ki, həmin vaxt Şahin Hüseynliyə namizədini geri götürmək təklif olunsa da, o bundan imtina edib. Ona görə də “Bakı Şərab-2” ASC-nin rəhbərinin oğlunu artıq xərclədiyi pullara görə seçkidən kənarlaşdırıblar. Bundan sonra isə seçkilərdə namizədliyi ləvğ olunan Şahin Hüseynli  iqtidar haqqında sərt açıqlamalar verərək Rumuniyaya Eldar Həsənovun yanına gedib. 

Şahin Hüseynlinin adı mətbuata yenidən ötən ilin yanvar ayında gündəmə gəldi. Həmin vaxt Bakı Şəhər Baş Polis İdarəsi və paytaxt Prokurorluğunun yaydığı məlumatda bildirilirdi ki, yanvarın 2-də saat 20.30 radələrində paytaxtın Nizami rayonunda, M.Əliyev küçəsində yeləşən və çoxsaylı insanların istirahət etdiyi “Neolit” restoranının qarşısında ictimai qaydanın kobud şəkildə pozulması ilə vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qəzrəzli xuliqanlıq hadisəsi qeydə alınıb. Həmin tarixdə Bakı şəhər sakini, heç bir yerda işləməyən Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylanmak üçün qeyd olunan restorana gələrək özünə məxsus “Jaguar”markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb və restoranın əməkdaşının iradlarını qəbul etməyən Şahin Hüseynli əsəbləşərək, istimaiyyətə açıqca hörmətsizlik ifadə edərək aftomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açmışdır.

Şahin Hüseynlinin açdığı atəş nəticəsində 1 nəfər vətəndaş yaralanmışdı və hadisə yerinə gələn polislər tərəfindən həbs edilərək haqqında Azərbaycan Respubilkasının Cinayət Məcələsinin 221.3 (xuliqanlıq, silah tətbiq etmək) maddəsi ilə cinayət işi açılıb.

PİA.AZ-a daxil olan məlumatda bildirir ki, Rabil Hüseynovun böyük oğlunun bu əməli “Bakı Şərab-2” ASC-nin rəhbərinə hədsiz dərəcədə baha başa gəlib və o məcburən öz siyasi arenasını dəyişmək məcburiyyətində qalıb. Belə ki, Şərab zavodunun direktoru oğlunun həbsdən çıxarılması və haqqında cinayət məsuliyyətinin aradan qaldırılması üçün hakimiyyətin yuxarı qanadlarına xahişə gedib və uzunmüddət xahiş minnətdən sonra müəyyən şərtlər qarşılığında onun xahişi nəzərə alınıb.

PİA.ZA məlumat verən mənbə iddia edir ki, Rabil Hüseynovun Eldar Həsənovla münasibatlərin ciddi olduğu hakimiyyət daxilində hər kəsə məlumdur və keçmiş baş prokurorun rəqibləri məhs bu əməkdaşlığın pozulmasında maraqlı olublar. İnformasiyalı şəxs qeyd edir ki, “Bakı Şərab-2” ASC-nin hesabına milyonlar qazanan, Saatlıda yüz hektarlarla torpaq sahələri, onlarla təsərüfat və paytaxtın müxtəlif yerlərində sayı hesabı bilinməyən şərab və ərzaq marketlərinə sahib olan Rabil Hüseynovv milyonlarının taleyini nəzərə alaraq öz seçimini edib və keçmiş müttəfiqi daha döğrusu siyasi “şefi” Eldar Həsənovdan üz döndərib.

Məlumatda həmçinin qeyd olunur ki, Rabil Hüseynov keçmiş kənd təsərüfatı naziri, hazırda isə bBaş Nazirin müavini işləyən İsmət Abbasovla kirvədir. Məlumatda həmçinin Rabil Hüseynovun “Bakı Şərab-2” ASC-də həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı ilginc faktlar yer alır. Həmin faktları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar