Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Əzizova sığınan Qusarın icra başçısı rəsmən oliqarx imiş


“Tayson” ləqəbli başçının müdhiş “biznes rinqi”...


Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayon ərazisində müxtəlif obyektlərə malikdir. 

Onun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bu barədə Qusardakı mənbələrdən bildirilib. Mənbənin sözlərinə görə, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Onun Sumqayıtın hazırki icra başçısı Eldar Əzizovla yaxşı münasibətlərinin olduğunu diqqətə çatdıran mənbələr Alxasovun Qusara icra başçısı təyinatının da məhz bu münasibətlər nəticəsində gerçəkləşdirildiyini bildiriblər. 

Xatırladaq ki, Eldar Əzizov əslən bu rayondandır, üstəlik, onun hökumət kulislərində ciddi nüfuz sahibi olması Alxasovun icra başçısı təyinatını reallaşdırmağa kömək edib.

Mənbələrin deməsinə görə, rayon rəhbərinin geniş biznes imkanlarına hansı yollarla sahiblənməsi maraq doğurur. Rayonda korrupsiya hallarının geniş yayılması isə belə düşünməyə imkan verir ki, Şair Alxasovun özünə ciddi gəlir qaynaqları yaratması heç də qanuni prinsiplərə söykənməyib. 

Ümumiyyətlə, Qusarda son vaxtlar vətəndaşların yerli rəhbərlikdən narazılıqlarının artdığı, bu səbəbdən də Bakıya - əlaqədar qurumlara ünvanlanan şikayətlərin çoxaldığı müşahidə edilir. Dia.az-a danışan mənbə iddia edir ki, Bu gün Prezident Administrasiyasına və digər dövlət qurumlarına ən şox barəsində şikayət edilən rayonlardan biri, bəlkə də birincisi Qusar rayonudur: “Amma bu məsələ Eldar Əzizovun sayəsində çözülür. Sumqayıt İH başçısı sanki bir oliqarx kimi həm də Qusarın rəhbərinə cavabdehlik daşıyır”. 

Eldar Əzizova sığınan Qusarın icra başçısı rəsmən oliqarx imiş – “Tayson” ləqəbli başçının müdhiş “biznes rinqi”...   

Ümumiyyətlə, hazırda turizm sarıdan əhəmiyyətini nəzərə alan məmurların Qusarı işğal etdikləri aydın görünür. Rayon ərazisi az qala vəzifəli şəxslər arasında pay-püş edilib. Bunun isə yerli sakinlərə faydası əlbəttə, yoxdur. Əksinə, onlar ciddi problemlərlə üzləşir, torpaq sahələrini, örüşləri itirir, mənzərəli yerlərə həsrət qalırlar. Qusar rəhbərliyi isə bu problemi həll etmək əvəzinə belə hallara "yaşıl işıq" yandırmağa davam edir. Bu isə əlbəttə, hansısa şəxsi maraqlardan qaynaqlanır.

Qusardakı mənbələr rayonun icra başçısı ilə bağlı maraqlı bir iddianı da diqqətə çatdırdılar. Onların sözlərinə görə, Şair Alxasov yerli müəssisə və təşkilatların, bələdiyyələrin rəhbərləri ilə sərt davranışı ilə seçilir. Məsəln, bu yaxınlarda rayonda keçirilən iclasda icra başçısı kənd bələdiyyələrindən birinin sədrini hamının gözü qarşısında sərt şəkildə danlayıb, onun ünvanına təhqiramiz ifadələr işlədib. Onun hətta bəzi məmurlara qarşı fiziki təzyiq göstərməkdən çəkinmədiyi və bu səbəbdən dünya şöhrətli boksçu, əfsanəvi Taysonun adının ona ləqəb kimi verildiyi iddia olunur.

Qarşı tərəfi dədinləməyə hazırıq...(dia.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar