Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəyin İsraildə gizlədilən məxfi məktubları


“Kələkidən hamısını yazıb göndərmişdi…”


“Hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı…”

“Hamı Heydər Əliyevi Moskvada söyəndə, Əbülfəz bəy mənimlə yoldaşımı çağırdı. Bilirsən də, 1974-cü ildə Əbülfəz bəy həbs olunanda Heydər Əliyev hakimiyyətdə idi. Dedi ki, “bir türk oğlunu qoymurlar orada otursun. Baxın, gürcü var, erməni var, bir türk oğlu gedib ora”.
Əbülfəz bəy dedi ki, “bir türk oğlu Moskvaya gedib, onu hər tərəfdən vururlar. Onun haqqında bir dənə məqalə yazın, müdafiə edin”. Dedik ki, “axı biz nə yazaq, biz nə bilirik ki?” Dedi sizə material verərəm. Bizə bir material verdi ki, Heydər Əliyev Azərbaycanda nə eləyib, biz də o məqaləni hazırladıq. Moskvada “Московские Новости” qəzetində Şvelyov soyadl bir dostumuz var idi. Həmin məqaləni ona göndərdik”.
“AzPolitika.info”nun məlumatına görə, bunları Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri, eks-prezident Əbülfəz Elçibəyin silahdaşı və ailə dostu Novella Cəfəroğlu Əvəz Zeynallının “Qaynar qazan” layihəsində deyib. Strateq.az saytında dərc olunmuş müsahibəsində N.Cəfəroğlu Elçibəylə bağlı bir sıra maraqlı açıqlamalar verib. Bu açıqlamalardan biri Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra Heydər Əliyevin müdafiəsi ilə bağlı işlər görməsi olub. Belə ki, Elçibəy Heydər Əliyevin müdafiəsinə xidmət edən məqalə yazıb və həmin məqalə Moskvada nəşr olunan “Московские Новости” qəzetində Növella Cəfəroğlu ilə onun həyat yoldaşının imzası ilə dərc olunub. Bu hadisə, təxminən 1987-ci ildə olub.

Xatırladaq ki, Novella xanımın həyat yoldaşı yəhudi Vilen Epelbaumdur. O, Elçibəyin devrilməsindən sonra 3 oğlunu da götürərək İsrailə köçüb. Novella Cəfəroğlu Vətəndə qalmağa üstünlük verib. Novella xanım bildirib ki, həyat yoldaşı ilə Elçibəy çox yaxın dost olublar. “Elçibəy axşamlar zəng vurub yoldaşımla danışırdı. Mən telefonu götürüb deyirdim ki, “bu çatmır, bunu eləmirlər, onu eləmirlər…” Telefonu atırdı yerə. Sonra da yoldaşıma zəng vurub deyirdi ki, “onun ağzını bağla da… Nə qədər olar bu tənqid…”

Vilen Epelbaum Elçibəylə yəhudi lobbisi arasında etibarlı vasitəçi olub. Hər halda Novella xanım belə deyir. Onun bu mövzudakı açıqlamalarını sensasiyalı hesab etmək olar. N.Cəfəroğlu bildirir ki, Elçibəy Kələkiyə getdikdən sonra onun vasitəsilə İsraildə yaşayan həyat yoldaşına məxfi məktublar yazıb. Bu məktubların məzmunu ilə o özü də tanış ola bilməyib. Vilen Epelbaum hətta indi də buna imkan vermir. Sitat: “Əbülfəz bəy elə qəşəng şeylər yazıb ki. O, yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, “vaxtı, zamanı gələndə verəcəm…
Heç kimə heç nə vermir. Deyirəm ki, “ə, ölüb gedəssən, bu yazılar batacaqdır”. Deyir, “oğlun bilir haradadır…
O vaxt Kələkidən hamısını yazıb göndərmişdi…”



N.Cəfəroğlunun daha bir maraqlı açıqlaması Elçibəyin ABŞ səfiri ilə görüşü barədə olub. Deyib ki, Elçibəyin devrilməsindən sonra onun özünü həbsdən qoruyan da ABŞ səfiri olub. Müsahibənin bu mövzudan bəhs olunan hissəsini təqdim edirik:

“Məni döyüblər də, məni türməyə də salıblar. Məni sadəcə həmişə qurtaran ABŞ-ın Azərbaycandakı fövqəladə səfiri Riçard Mans idi. Amerika səfiri Elçibəy prezident olanda bizim evdə olmuşdu, Əbülfəz bəylə bizim evdə görüşüblər. Orada çox maraqlı məqamlar var idi. Mən də orada tərcüməçi kimi oturmuşdum. Əbülfəz bəy prezident idi, o da səfir idi. Aralarında danışanda dedi ki, “sən öz üzərinə olmayan şeylər götürürsən – rus ordusunun Azərbaycandan çıxarılması, İran məsələsi…” Əbülfəz bəy də dedi ki, “axı mən deməsəm, kim deyəcək?” Onda səfir dedi ki, “bunları deyəndən sonra səni xaric edəcəklər”. Əbülfəz bəy də dedi ki, “mən vəzifədən ötəri gəlməmişəm. Mən hakimiyyətə iki məsələdən ötrü gəlmişəm – rus qoşunları Azərbaycandan çıxarılsın, Bütöv Azərbaycan məsələsi qaldırılsın.” Yəni bu olub. Məni türmədən həmişə Riçard Mans qurtarırdı. Bizim keçmiş “Zevin” küçəsində bir ofisimiz var idi.

– Hə.

– Ofisin pəncərəsində Əbülfəz bəyin böyük portreti asılmışdı. Hakimiyyətdə də mənim dayım qızının yoldaşı rəhmətlik Zahid Dünyamalıyev və bir də yaxın qohumum Nazim Nağıyev işləyirdilər.

– Səbail rayonunun polis rəisi?

– Bəli.

– O zaman Əli Nağıyev də sizin qohumunuzdur?

– Hə, bəli. Əli Nağıyev də qohumumdur. Bir gün Heydər Əliyev Daxili İşlər naziri Ramil Usubovla oradan keçəndə həmin böyük pəncərədə Əbülfəz bəyin şəklini görür, soruşur ki, “bura kimin yeridir?” Usubov da onlara deyir ki, “cavab verin də, kimin yeridir? Sizin qohumdur.” Onlar da deyirlər ki, “Şuranın, Cəfər Cəfərovun qızı Novellanın ofisidir”. Qayıdıb deyib ki, “kişi qızıdır, o ki dostuna bu qədər qiymət verir. Mənim belə dostum olmadı. Onunla işiniz olmasın”. Əbülfəz bəy onda Kələkidə idi…

– Əbülfəz bəylə də ailəvi olaraq uzun müddət dostluğunuz var.

– İndi də ailəsi ilə dostam. O birilərinə baxmış, onun bütün dostlarının içində mən yeganə adamam ki, həmişə gedirəm, gəlirəm, necədirlər, öyrənirəm…”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar