rezonans

Xəbər xətti

23 İYUN

21:55 Çin havanı ən çox çirkləndirən ölkələr arasında liderdir

21:40 “BMW” şirkəti ehtiyat variantlar axtarışındadır- “Brexit”dən sonra

21:33 DÇ-2018:Meksika Almaniyadan sonra Koreyanı da məğlub etdi

21:25 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

21:15 Zimbabve prezidentinə sui-qəsd edilib

21:13 Borca görə axtarışda olan 10 nəfər saxlanıldı

20:50 Bərdədə 3 il əvvəl törədilmiş avtomobil oğurluğunun üstü açıldı

20:44 Səfir Qüdsi Osmanovun oğlu azadlığa çıxdı

20:38 Dünya Çempionatı 2018: Lionel Messiyə nə olub?

20:16 Putin həqiqətən dünya çempionatını alıbmı?

20:05 Sevgilisini ailəsi ilə tanış etdi

19:40 Azərbaycan nefti bahalaşdı

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb



ANALİZ

...

Elçibəy - insanlığın kitabı: sevəni də, satanı da sevən KÖHNƏ KİŞİ

Tarix 12.06.18, 13:27

Font ölçüsü : - / +
bitmap-img6


Bəzən səsli çıxışlarını, bəzən əlimizə keçən qəzetdə rast gəldiyimiz müsahibələrini, fikirlərini oxuyurduq. Çal saçlı, sərt, hündür boylu kişinin. Əbülfəz Elçibəyi belə, uzaqdan, şifahi tanıyırdım...


Qərbə arzum var idi. Efirdən, ekrandan gördüyüm, radioda səsini eşitdiyim adamlarla üzbəüz ola biləm. Çox əlçatmaz idi bu arzu. Bəlkə də sevgili peşəmə gətirən yola çıxa bilcəyim qədər əlçatmaz. Amma istək varsa, hər şey əlçatandır. Keçilməz bir yol belə yoxdur.

“Azadlıq” qəzetində yeni fəaliyyətə başladığım dönəmlər, Xəqani-33 ünvanında ilk aldığım tapşırıqlardan biri: Düş aşağı! Bəy indi gəlir, Oqtay da səni gözləyir. Sual dolu baxışlarıma, “bəyin köməkçisidir Oqtay”, cavabını vermişdi redaktorum. Nə soruşacam, nə deyəcəm, hansı sualdan başlayacam? Özümə sualları güllə kimi yağdırırdım, ona qalmırdı. Yox, var idi, amma yadıma sala bilmirdim. Və o an. Zəhminin arxasında gülər üzü, mehriban səsi:

-Təzəsənmi?

-Bəli. “Müxalifət”dən gəldim.

-Qalacaqsan, ya gedəsisən?

-....

-Yox qalasısan, heç bizim tərəflərin göycəsini dadmısanmı?

-...

-Hə, sən göycəni də bilmirsən hələ...

-Biz alça deyirik, Əbülfəz bəy.

-Bizim göycəyə çatmaz sizin alça...

Qabdan iki göycə götürüb, mənə uzatdı. Sonra da ilk və gözləmədiyim məsləhətini eşitdim:

-Vicdan və əxlaq, bu ikisindən muğayat ola gərək adam. Yoxsa səni heç nə xilas eləməz.

Zarafatla davam elədi:

-Heç bizim göycə də...



Jale Mütəllimova, Elçibəy və "Azadlıq" qəzetinin o zamankı redaktoru Gündüz Tahirli

Sonra Güney Azərbaycanla bağlı suallarımı cavablandırdı. Hətta yazacaqlarıma görə istiqamət verdi. Qapıdan çıxanda bir də qayıtdı ki, “vicdanı demişəm, qələmindən də muğayat ol! Yaxşı qələm odur, düşməni də vicdanla yazsın!”

Hələ də bilmirəm düşmənə vicdanlı olacaq qədər kamilləşmişəm, ya yox?! Dəqiq bildiyim bir şey var, hər dəfə nəsə yazanda bu cümlə bir neçə dəfə yaddaşımı silkələyir, oyadır. Bəlkə də qoruyur məni, bilmirəm?!..

***

Sonra Əbülfəz bəylə qəribə bir hadisədə üz-üzə gəldik. Daha doğrusu bir jurnalist olaraq xilas edilmə “əməliyyatım” da sayıla bilər həmin hadisə. Günlərin birində redaksiyamıza bir xanım gəldi. Yaşlı görünürdü, amma yaşını deyəndə heyrətə gəldim. Məlum oldu ki, olmadığı qədər yaşlı görünməsinin səbəbi övlad faciəsidir. Tibb Universitetinin tələbəsi olan gənc qız övladı zorlanaraq, evlərinin qarşısındakı parkda qətlə yetirilib.

O zamanların “Azadlıq” qəzeti sözün birbaşa mənasında tribuna idi. Kim orda söz deyirdisə, dərhal eşidilirdi. Deyirdilər “Azadlıq” yazıb, yəni vəssalam, tədbir görülməlidir. Həmin o, “Azadlıq”da bu ailə faciəsini araşdırdım. Məlum oldu ki, işi aparan müstəntiq də, ailəsi də təhdid olunur. İşi bağlamağa məcburdurlar. Ana və iki azyaşlı balası da təhlükə altındadır. Cinayətkar isə əslində bəllidir, sadəcə yazmağa qorxur çox adam, çünki ailə üzvləri vəzifəli və imkanlıdır. Detallara varmadan deyim, güc strukturlarının yüksək rütbəlilərindən ibarət idi ailə. Elə cinayəti törədən zabit də mühüm postda idi. Cinayəti törətməsinin səbəbi, vəzifəsi və puluna baxmayaraq, gənc qızın onun evlilik təklifini rədd etməsidir. Beləcə yazı yazıldı, yüksək tirajla yayıldı...

Səhəri gün, yenə Xəqani-33, yenə sevgili iş yerinin qarşısı. Mənə orta yaşlarında bir kişi yaxınlaşır. Adımı söyləyir, “bəli, mənəm” deyirəm. Əlini belinə atır. Yenə nəsə anlamıram. Bircə bunu eşitdim:

-Sən mənim qardaşımın həyatını məhv elədin ayyy....

...Hər şey bir anda baş verdi. Bizim redaksiyanın dəmir darvazasından içəri atıldım, qapı dərhal kilidləndi, mən küncə sıxıldım, kimsə bərkdən səsləndi: “qızı götürün!”...

Sonrasında əlbəyaxa dava... Üzərimə gələn kişini dayandırdılar. Polis çağırıldı. Gəldilər, götürdülər, getdilər. Dəmir qapı açıldı, Əbülfəz bəy içəri girdi, iş otağına sarı getdi. Məni də yuxarı, ikinci mrətəbədəki iş otağımıza qaldırdı köməkçilər. 

Sonradan öyrəndim ki, məni təhqir edən adam, təcavüzə və ölüm faktına görə artıq vəzifədən uzaqlaşdırılıb həbs edilən zabitin böyük qardaşı imiş. Yüksək rütbəli zabit, xidməti silahı ilə üstümüzə hücuma gəlibmiş. Məni xilas edənlərsə bəyin köməkçiləri və “öncə qızı götürün” tapşırığını verən Əbülfəz Elçibəy özü olub. Çünki həmin anda həm də onun partiya qərərgahına, Xəqani-33-ə gəldiyi iş saatları ilə üst-üstə düşübmüş. Onu da deyim ki, o olaydan sonra xeyli müddət evimə sürücü ilə gedib gəlməyə məcbur idim. Bilmirəm bu məsələdə də onun tapşırığı rol oynamışdı ya yox, amma adama bir təşəkkür borcum var idi. Təşəkkür üçün yanına düşəndə, “bir dəqiqə, sus, qulaq as, yadında qalsın, həmişə düz deyəndə adama hücum eləyərlər. Sən qorxma, sözünü de, amma bir az da ehtiyatla de, özündən muğayat ol!” 

O gün bir nağılım da gerçək olmuşdu Əbülfəz bəylə bağlı. Qorxumu yenim deyə, sən heç “Sakarya”nı bilirsən, soruşmuşdu. Oxumuşam cavabma, şeiri səsləndirmişdi. Sonralar mən də o şeiri bacardığım qədər səsləndirdim APA.TV-dəki “P.S” layihəmdə. Onun dediyi kimi yox. O, “Sakarya”nı deyəndə yanından o çay axarmış kimi gəlir adama şeir...

Bir də xəstələndiyi günə qədər, bizə, hər il bir pay gəlirdi "aşağıdan". Onun oturduğu yeri biz belə adlandırardıq. Ordubad göycəsi idi o payın adı. Yoxluğunda artıq payı da gəlmədi. Amma nə yalan deyim, hər il alça vaxtı, Ordubadın göycəsini gözləyirəm, daha gəlməyəcəyini bilsəm də...



Jale Mütəllimova və Elçibəy

Bir şey də müşahidə eləmişdim Əbülfəz bəydə. Yalan deyənə maddım-maddım baxardı. Üzünə heç nə vurmazdı adamın. Yanına haradansa, kimlərinsə yerləşdirdiyi adamlara da maddım-maddım baxmağı vardı. Ən yaxın çevrəsinə belə onlara söz deməyi yasaqlayardı. Niyəsini soruşanlara, “şəxsiyyəti sınmasın, həm də bu gedəcək ayrısını tapacaqlar, hazır bu var mən də tanıyıram, işiniz olmasın”, deyərdi.

Bir xatirəsini də eşitmişdim bəyin. Silahdaşı Novuz əmiyə deyirlər ki, bəs bəyə yeni kostyum alınıb. Kostyumunu uzun müddətdir geyinir. İndi bu hədiyyəni verməyə qorxuruq, bəlkə sən deyəsən bəyə? Təsadüfən bəy söhbət gedən otağa gəlir və nə baş verdiyini soruşur. Novruz əmi deyir, heç, bəy, bir kostyum var, ona baxırıq, bəlkə siz də baxasınız? Bəy arif adam idi. Ona hədiyyə alındığını anlayır, amma qəbul eləmək fikri də yoxdur. Keçir pəncərənin gün vuran tərəfində dayanır. Deyir, Novruz, buna bax, dünən yudurtmuşam, par-par parıldayır. Sonra da baş barmağının işarəsi ilə, bax belədir, yəni əladır, işarəsini göstərir. Beləcə kimin seçdiyi bilinməyən hədiyyəni qəbul etmir, nə də öz “köhnə” kostyumundan imtina eləmir...

...O, bu qədər sadəliyə rəğmən həm də Azərbaycan deyiləndə adı həmişə yada düşəcək kişilərdəndir...

***

Ünvanımız ora idi, Xəqani 33. İndi yolumu bilərəkdən salmadığım tək ünvandır Bakıda o küçə. Yeni, təmtəraqlı təmir ediblər. Binadan utanıram. Elə bilirəm bina deyir, üzümü təzələyiblər, bünövrəm köhnədir, məni tanımadın? Sonra da hikkə ilə, “mən də sizi tanımıram, çoxunuzu, yox elə hamınızı tanımıram”.

...Ordakı xatırələr elə bil məni görüb ağlayar deyə qorxuram o binaya sarı baxmaqdan. Və niyəsə mənə elə gəlir, canına Xəqani 33 “havası” dəyən hər kəs, elə bir az Elçibəydir. Haqqına girilmiş, incidilmiş, amma qürurlu, başı dik, nikbin azərbaycanlı kişi. Və o nikbinliyin arxasında bircə şey var, sevgi. Hər kəsə sevgi, səni sevənə də, satana da sevgi...

Siyasətini, elmini, savadını hamısını kənara qoyuram. Əbülfəz Elçibəy insanlığın kitabı idi. Yaxşı ki, bir neçə səhifənizi oxumaq var imiş qismətimizdə, Əbülfəz bəy.

Yazdım, bitdi. Niyəsə elə bildim hansısa söz yadımdan çıxıb. Hə, yəqin deyəsi idim, yaxşı ki, tanıdığım nümunə adamlar arasnda siz də olmusunuz, köhnə kişi!..

Jalə Mütəllimova, musavat.com 

P.S. Yazı paralel olaraq “Elçibəy-80” yazı müsabiqəsinə də təqdim edilir

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru