Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspertlərin 2018-ə ehtiyatlı Qarabağ proqnozları


2017-ci il yalnız Rusiya üçün uğurlu sayıla bilər, çünki...; politoloqdan iddia: “Danışıqlar üçün həlledici dönəm 2019-2020-ci illər olacaq...”


Ötən həftəsonu bu il üçün Dağlıq Qarabağ probleminə dair aparılan danışıqlara yekun vuran Rusiya xarici işlər naziri Sergey Lavrov görülən işləri müsbət qiymətləndirib. 

Bu barədə o, mətbuat konfransında bildirib. Görülən işlərin, aparılan danışıqların heç bir real müsbət nəticəsi olmadığı halda, ili müsbət işarəli hesab eləmək isə, yumşaq desək, anlaşılmır.

Bəlkə də Rusiya üçün bu xüsusda ilin yekunu gerçəkdən də müsbətdir. Çünki Kremlin Qarabağ münaqişəsində güddüyü əsas hədəf hələ ki, münaqişənin həll olunmamış qalması nəticəsində AzərbaycanErmənistanı öz təsir dairəsində saxlamaqdır - təbii ki, müharibə olmadan. Buna isə Kreml 2017-ci ildə də nail olub.

Amma ərazisinin 20%-i işğal altında olan Azərbaycan üçün heç bir müsbət nəticədən söhbət gedə bilməz. Bu mənada 2017-c il Azərbaycan üçün əslində 2016-cı illə müqayisədə daha passiv keçib, Qarabağa dair konstruktiv siyasi-diplomatik danışıqlar faktiki, aparılmayıb. Lavrov isə bəyan edir: “o fakt ki, bu il prezidentlər səviyyəsində dialoq olub, XİN başçıları isə dəfələrlə bir araya gəliblər, bunun özü də pozitiv qiymətləndirilməlidir”.

Lakin indiyədək prezidentlər səviyyəsində onlarla belə təmas olub. Hətta bir ildə bir neçəsi baş tutub. Hansısa ortaq bəyanatlar verilib. Di gəl, “Qarabağ yükü” indiyədək köhnə yerindədir. Böyük sülh heç üfüqdə belə görünmür. Əsas səbəbi dəfələrlə qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinə Rusiya daxil, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin prinsipial yanlış yanaşması, işğalçı Ermənistanla yumşaq davranması, ərazisinin 20% -i işğal edilmiş Azərbaycandan da güzəşt tələb edilməsidir. Görəsən hansı güzəştdən söhbət gedir? Biz məgər öz qanuni torpaqlarımızın bir hissəsini (Dağlıq Qarabağı) verib başqa bir hissəsini - 5 rayonumu geri almalıyıq?  

Mətbuat konfransında Sergey Lavrov onu da deyib ki, Rusiya həmsədrlərlə kollektiv işi davam etdirir. “Məhz kollektiv yanaşmada nizamlama prinsipləri əksini tapıb - hansı prinsipləri ki, münaqişə tərəfləri artıq qəbul ediblər. Ancaq hələ ki, bunu praktik addımlar səviyyəsinə keçirməyiblər”. Lavrov nizamlama prinsipləri qismində ərazi bütövlüyü, güc tətbiqi ilə hədələməmək və öz müqəddəratı təyinetmə prinsiplərini qeyd edib.

Göründüyü kimi, ərazi bütövlüyü ilə öz müqəddəratı təyinetmə prinsipləri bir-biri ilə ziddiyyət təşkil edir. Yəni biri varsa, o biri ola bilməz. Demək, münaqişənin ədalətli həlli bu yolla real deyil.  

*****

Qarabağa dair ilin yekunlarını şərh edən rusiyalı ekspert Nikita İsayev isə “Vestnik Kavkaza” nəşrinə açıqlamasında ötən ilki aprel insidentindən qaçmağı bu ilin pozitiv nəticəsi kimi qeyd edib. Musavat.com-un məlumatına görə, rusiyalı politoloq deyib: “Artıq o fakt ki, bu il Dağlıq Qarabağ ötən il gördüyümüz kimi, böyük, miqyaslı müharibənin tərkib hissəsi olmayıb, onu söyləməyə əsas verir ki, 2017 - daha dinc proses ili olub. Hərçənd, biz həm mülki əhali arasında, həm də hərbi qulluqçular arşında qurbanların şahidi olduq. Qarabağ konflikti heç bir halda donmuş sayıla bilməz - hansını ki, hər iki tərəf başa düşür. Əfsus ki, konfliktin diplomatik nizamlanmasına yönəlik səylər elə bir uğura gətirmədi. Hərçənd, biz AzərbaycanErmənistan liderlərinin birbaşa təmasını müşahidə elədik. Bu isə öz növbəsində ondan xəbər verir ki, problemin diplomatiya yolu ilə dinc həll potensialı hər halda qalır. Təəssüf ki, danışıqlar prosesinin təklif elədiyi formullardan heç biri irəliləyiş üçün real başlanğıc nöqtəsinə çevrilmədi, vasitəçi dövlətlərin işi isə lazımi effektdə olmadı”.

Politoloqun proqnozuna görə, 2018-ci il başa çatmaqda olan 2017-ci ildən kardinal şəkildə fərqlənməyəcək. “Ehtimal azdır ki, gələn il heç olmasa, atəşkəs də daxil, hansısa çərçivə sazişi imzalanacaq. Danışıqlar üçün prinsipial illər yəqin ki, 2019-2020-ci illər - nə vaxt ki, dünyada böyük dünya dövlətləri xətti üzrə böyük geosiyasi dönüşlər baş verəcək”, - deyə o əlavə edib.

Image result for Aleksandr Proxanov

Öz növbəsində “İzbor” klubun sədri, tanınmış yazıçı-publisist və ictimai xadim Aleksandr Proxanov bu il təmas xəttində ağır döyüşlərin olmamasına diqqət yönəldib. Musavat.com xəbər verir ki, ilin uğuru kimi isə o, AzərbaycanErmənistan prezidentlərinin Cenevrə görüşünü qeyd edib: “Nə vaxt ki, prezidentlər görüşür və söhbət edirlər, bu, diplomatik qurumlar və xalq diplomatiyası da daxil, cəmiyyətin başqa səviyyələrinə də imkan yaradır ki, bir-biri ilə təmasa girsinlər. Bu təmaslar danışıqların ön şərtidir. Bu il biz Azərbaycan ziyalıları ilə sıx əməkdaşlığa başlamışıq. Azərbaycan ziyalıları ilə biz Moskvada diskussiya forumu keçirmişik. Bir yandan Dağlıq Qarabağ problemi hələ ki, alov saçan, qanlıdır, amma onun dərinliyində yorğunluq yetişir. Söhbət hər həm hər iki tərəfin, həm də qarant ölkələrin - Rusiyanın, Türkiyənin, İranın yorğunluğundan gedir. Bu da öz növbəsində daha ciddi danışıqlar prosesinə keçid üçün stimul yarada bilər”.

*****

Rusiyalı politoloqların Dağlıq Qarabağa dair, sülh prosesinin taleyi ilə bağlı proqnozlarını bölüşmək də olar, bölüşməmək də. Ancaq bir qənaəti dəqiqliklə qeyd eləmək olar ki, Rusiyanın problemə indiki, ənənəvi yanaşması qaldıqca, konfliktin dinc və ədalətli həlli də əlçatmaz olaraq qalacaq.

Bu vəziyyət yalnız iki halda dəyişə bilər: ya Kremlin mövqeyinə güclü təsir edən, onun bölgədəki təsirlərini azaldacaq yeni bir siyasi güc - oyunçu ortaya çıxacaq, ya da hərb variantı gündəmə gələcək: region və Rusiya üçün özünün bütün proqnoz edilməyən nəticələri ilə birgə. Yəqin ki, hər iki variant Kremldə ciddiyə alınır. Məntiqlə münaqişəni sonsuzadək uzatmaq Rusiyanın uzaq perspektiv maraqlarına uyğun deyilsə, o zaman Moskva problemin həllində ciddi dönüş yaratmaq üçün gec-tez hərəkətə keçməlidir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar