Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert növbəti “Aprel savaşı”nın anonsunu verdi


“Son zamanlar istər təmas xəttində, istərsə də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr birbaşa Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. 

Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi hər zaman bütün siyasi proseslərdə ermənilər tərəfindən bir kart kimi istifadə olunub:

“Bu azmış kimi, qondarma rejim “referendum” keçirir, üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq gəlmiş xarici “müşahidəçilər” həmin saxta tədbirdə iştirak edirlər. Ermənilər müxtəlif təxribatlara əl atmaqla guya atəşkəsin Azərbaycan tərəfindən pozulmasını göstərmək istəyirlər. Bu, hər iki tərəfdən itkilərlə nəticələnir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də ciddi bəyanatlarla çıxış etmirlər. Təbii ki, hərbi yolla münaqişənini həllinə qadir olan ölkə başçısı çox ciddi bəyanatla çıxış etdi və bildirdi ki, separatçı və işğalçı rejim Azərbaycanın hər bir əsgərinə, zabitinə görə cavab verəcək”.

Politoloq qeyd edib ki, erməni tərəfi istər BMT, istərsə də digər beynəlxalq qurumların qərarlarına məhəl qoymur, öz siyasi məqsədlərinə çatmaq üçün hər gün təxribatlara əl atır:

“Deməzdim ki, bu, genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Lakin artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses Aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar