Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert Vergilər Nazirliyindəki islahatları dəyərləndirdi


Rəşad Həsənov: “Vergi orqanlarının mənfi reputasiyasının aradan qaldırılması üçün ciddi işlər görülməlidir”


Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyinin yeni rəhbərliyi tərəfindən vergi ödəyicilərinin əvvəlki dövrlərdə hesablanmış borclarının bağlanması ilə bağlı prosesə start verilib. 

Bununla bağlı məlumatı “Yeni Müsavat”a vergi borcları olan, vergi orqanlarından onların ləğv olunması ilə bağlı müraciət olunan sahibkarlar məlumat veriblər.

Onu da qeyd edək ki, ölkə üzrə hesablanmış vergi borclarının məbləği son illərdə azalsa da, hələ də 1 milyard manatdan yuxarı olaraq qalır. Bu məbləğin böyük bir hissəsini əvvəlki illərdə əksər hallarda əsassız hesablanmış borclar təşkil edir. Vergi orqanlarının köhnə borcların bağlanması istiqamətində başlatdığı proses yüzlərlə sahibkar üçün böyük bir maliyyə yükündən azad olmaları demək olacaq.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, borcların çox olması Azərbaycanda vergi yükünün yüksək olmasından irəli gəlir: “Azərbaycan resurs ölkəsi, təbii sərvətlə zəngin olmasına baxmayaraq, vergi yükünün həcminə görə bir sıra region ölkələrindən, eyni zamanda neft ölkələrindən kifayət qədər yüksəkdə dayanır. Dünya Bankının hesablamalarına görə, 2017-ci ildə vergi yükü Azərbaycanda kommersiya gəlirlərinin 39,8 faizi həcmində olub. Bu göstərici Gürcüstanda 16 faiz, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Küveyt kimi ölkələrdə 14-17 faiz aralığındadır. Yaxud Böyük Britaniyada 31 faiz, Qazaxıstanda 27 faizdir. Vergi yükünün ağır olması biznesə mənfi təsir göstərir. Bu, binznesin yığımlarının həcmini azaldır ki, bu da istehsal prosesinə cəlb olunan investisiyaların həcmini azaldır, innovasiyaların tətbiqi imkanlarını məhdudlaşdırır, eyni zamanda qeyri-leqal fəaliyyətləri təşviq edir. Bu gün qeyri-leqal iqtisadiyyatın səviyyəsinin Azərbaycanda yüksək olmasının əsas səbəblərindən biri də vergi yükünün ağırlığıdır. Bu problem aradan qalxmalıdır. Digər tərəfdən,  o borcların böyük hissəsi haqsız olaraq yazılan borclardır. Xatırlayırsınızsa, məhkəmə orqanlarından belə açıqlama oldu ki, vergi orqanlarından olan şikayətlərin böyük hissəsi üzrə vergi ödəyicilərinin xeyrinə qərarlar çıxarılıb. Orada göstərilən şikayət vergi orqanlarının haqsız hesablamalarının cüzi bir hissəsidir, çünki kiçik və orta sahibkarların çoxunun verginin qanunsuz fəaliyyətindən məhkəməyə şikayət etməyə ya cəsarəti çatmır, ya vaxt və maliyyə imkanı olmur, yaxud da öz hüquqlarını bilmir. Bu gün vergi borcunun silinməsi baş verirsə, bu, prosesin birinci mərhələsi olmalıdır. Bundan sonra vergi yükünün azaldılması istiqamətində proseslər başladılmalıdır. Vergi orqanlarının fəaliyyətində tam şəffaflıq təmin olunmalıdır”.

Onu da qeyd edək ki, Vergilər Nazirliyi qurum daxilində baş verən proseslərlə bağlı xüsusi açıqlama ilə çıxış edib. Vergilər Nazirliyindən “Yeni Müsavat”a təqdim olunan açıqlamada son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatların yayılmaqda olduğu qeyd edilir. Bildirilir ki, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır: “Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”.

Nazirlikdən bildirildiyinə görə, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

İqtisadçı-ekspert hesab edir ki, bu dəyişikliklərin əhəmiyyətini o zaman qiymətləndiriləcək ki, arxasınca ciddi islahatlar başlansın: “Hazırda vergi orqanlarının mənfi reputasiyası var, onun aradan qaldırılması üçün ciddi işlər görülməlidir. Vergi orqanları-sahibkar münasibətləri ötən dövr ərzində qeyri-qənaətbəxş qurulub. İkinci həlli vacib olan məsələ qeyri-leqal biznes fəaliyyətinin aradan qaldırılmasıdır. Bunun üçün əsas yol vergi yükünün azaldılmasıdır. Diferensiallaşdırılmış vergi dərəcələrinin tətbiqi, mövcud dərəcələrin azaldılması vacibdir. Elə vergi  rejimi yaradılmalıdır ki, onu tətbiq etməklə işləmək rüşvət verib vergidən yayınmaqdan ucuz başa gəlsin. Yalnız bu halda qeyri-leqal biznesin qarşısını almaq mümkündür”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar