Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ehramlar ölkəsinin prezidenti niyə KQB polkovnikinin ətəyindən daha möhkəm yapışır?

Aleksey Xlebnikov

“Middle East Eye” (Böyük Britaniya)


Keçən ayın sonlarında Misirin xarici işlər naziri Samih Şükri Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar üçün Moskvada olub və Misir prezidenti Əbdülfəttah Sisinin Rusiya prezidenti Vladimir Putinə göndərdiyi şəxsi məktubu ona çatdırıb.

Şükrinin Avropa turunda ilk dayanacağı, o cümlədən 2013-cü ildə prezident Məhəmməd Mursinin devrilməsindən sonra və Donald Trampın seçilməsi ilə yaxşılaşmağa başlayan Rusiya-Misir əlaqələrinin artması da daxil olmaqla, Qahirənin xarici siyasət prioritetlərini açıqlayıb.

Moskvada hər iki tərəf regional və beynəlxalq gündəmə dair bir sıra məsələləri müzakirə edib, Yaxın Şərq və Şimali Afrikada, o cümlədən Suriya, Liviya və Yəməndəki böhranların dərhal həlli üçün bir araya gələrək işləməyə ehtiyac duyulduğunu vurğulayıb. Terrorizm və ekstremizmə qarşı birgə mübarizə ilə bağlı məsələlərə də böyük diqqət yetirilib.

Cəmi iki həftə sonra Sisi və Putin Çindəki BRİKS zirvəsi çərçivəsində bir araya gəlib və tezliklə Moskvanın Misirin sahil şelfində nüvə stansiyası inşa etməsi və təlim verməsinə dair ikiillik müqavilə imzalanıb.

Misirin regionda mühüm rol oynadığını qəbul edərək, regional dinamika və yeni ABŞ rəhbərliyinin yanaşması nəzərə alınmaqla, Qahirədə də Rusiyanın Yaxın Şərqdə varlığı artan rolunu və əhəmiyyətli bir aktyor kimi görürlər.

Moskva aydın şəkildə başa düşür ki, Trampın dönəmində ABŞ Yaxın Şərqdə əsas qüvvə olaraq qalacaq, halbuki Obama administrasiyası dövründə bu iştaha azalmışdı.

Ancaq son iki ildə Suriyadakı artan nüfuzu ilə, Amerikanın nisbətən azalan varlığında, Moskva regional tendensiyalardan necə istifadə edə biləcəyini anlayıb. Bu baxımdan, Misir – Rusiya üçün regional ortaqlıq portfelini daha da inkişaf etdirmək üçün mühüm fürsətdir.

Rusiyanın Misirə yanaşması

ABŞ-ın təhlükəsizliyə ənənəvi münasibəti İsrail, Səudiyyə Ərəbistanı və xüsusilə 1970-ci illərdən etibarən Misirdəki Ənvər Sadat rəhbərliyi ilə əlaqələrə əsaslanıb.

Lakin 2011-ci ildə, Misir prezidenti Hüsnü Mübarək kütləvi etirazların təzyiqi altında istefa verdikdə, Misir elitası ABŞ-ın ona xəyanət etməsi qənaətinə gəlib. Vaşinqton əziz-xələfini iflasdan xilas etmək üçün heç nə etməyib. İki il sonra, “Müsəlman Qardaşlar”ı devirən hərbi çevrilişinin ardınca ABŞ illik 1,3 milyard dollar maliyyə yardımını dayandırıb.

Bu hadisələrin nəticəsində Qahirə ABŞ-ın regiondakı siyasətinə arxa çevirib və Rusiya ilə münasibətlər də daxil olmaqla, tərəfdaşlıq portfelini şaxələndirməyə başlayıb.

2013-cü ildən başlayaraq Rusiya və Misir əlaqələri gücləndirərək, xarici işlər və müdafiə nazirlərini danışıqlar üçün bir araya gətirən "2 + 2" görüşlərini təşviq edib və artıq tərəfdaşlar arasında yüksək səviyyəli əməkdaşlıq üçün ayrılmış bir formata malikdir.

O vaxtdan bəri, indi imzalanmış nüvə stansiyası razılaşmasına əlavə olaraq, Rusiya Misirlə bir neçə milyard dollarlıq silah müqavilələri imzalayıb ki, nəticədə ehramlar ölkəsinə yeni döyüş təyyarələri, helikopterlər və sahil mühafizə sistemləri çatdırılacaq.

Rusiya-Misir əlaqələrinin inkişafına yalnız silah və enerji razılaşmaları deyil, həm də Misirdə birgə hərbi təlimlər və gələcək inkişaf üçün möhkəm əsas yaratmış antiterrorizm səyləri daxildir.

Ancaq Rusiya və Misirin qətiyyətli olmasına baxmayaraq, ABŞ Misirin ən böyük iqtisadi və ticari tərəfdaşları arasında qalıb, o cümlədən 2015-ci ildə illik 1.3 milyard dollarlıq maliyyə yardımı bərpa edilib.

2013-cü ildən etibarən Misir iqtisadiyyatının saxlanmasına kömək edən, silah almasına icazə verən qrant, investisiyalar və Körfəz ölkələrindən sıfır faizli kreditlər (35 milyard dollar) Sisini Səudiyyənin regional siyasətini açıq tənqiddən çəkindirib. Bununla belə, bu, Qahirənin sadəcə Səudiyyə Ərəbistanı və BƏƏ kimi İran, Yəmən və Suriyaya qarşı eyni yanaşmaya malik olması demək deyil. Əslində, bu, olduqca fərqli mövqelərdir, amma onlar bir gecədə dəyişməyəcək.

Məhz bu çərçivədə Misir Rusiya üçün daha dəyərli tərəfdaş halına gəlib, çünki onun fikir və yanaşmaları Körfəzdə və Vaşinqtondakından fərqlənir, ancaq İsraillə sülh müqaviləsinə görə ehram ölkəsi Ağ Ev üçün hələ də əhəmiyyətlidir.

Misirin öz yolu ilə getməyə hazır olması Rusiyaya bəzi boşluqları doldurmaq üçün imkan açır.

ABŞ-ın şərtləri

Öz növbəsində, Misirin Rusiyanı ən mühüm tərəfdaş hesab etdiyinə və hər ikisindən ən yaxşı razılaşmalar əldə edərkən, Amerika ilə balans yaratmasına şübhə yoxdur. Yeni ABŞ rəhbərliyi və regiona ənənəvi yanaşması ilə Qahirə Vaşinqtonla hərbi-siyasi əməkdaşlığı Obama dövrünə qədərki qədər asanlıqla bərpa edə bilər.

Əgər Trampın Yaxın Şərq siyasəti Səudiyyə Ərəbistanı ilə bağlı olduğu qədər Misirə olan bağlılığını nümayiş etdirirsə, bu ssenarinin həyata keçəcəyi ehtimal olunur. Nəticədə, Qahirə iqtisadi və texnoloji baxımdan ABŞ-la rəqabət apara bilməyən Rusiyadan fərqli olaraq, Vaşinqtondan daha çox pul və texnologiya alacaq.

Lakin bu baş verəcəkmi? Son zamanlar ABŞ-ın insan hüquqları və Şimali Koreya ilə bağlı narahatlığından sonra Misirə 300 milyon ABŞ dolları məbləğində sərmayə kəsilib, əlbəttə, bu, Qahirə və Vaşinqton arasındakı etimadı zədələyir.

Bu vəziyyət ABŞ-ın Misirə dair siyasətində çox dəyişiklik gətirməyəcək. Mövqe müvəqqətidir. Qahirə hələ də 2017-ci ildə ABŞ-dan 1 milyard dollar yardım alacağına ümid edir. Vaşinqton keçmişdə buna bənzər bir hərəkət edib və sonradan yardım planı bərpa olunub.

Misirin regional rolu

Misir və Rusiya arasında birgə irəliləmədə vacib məsələ Suriyadır. Moskvada nazir Şükri ilə danışıqlardan sonra Lavrov, Qahirənin Suriyadakı hərbisizləşdirilən zonalarla bağlı danışıqlarda yeni bir rol oynadığını ifadə edib. Suriya müzakirələrində Misirin müsbət rolunu tərifləyib.

Lavrov qeyd edib ki, “Qahirədə bir sıra görüşlər keçirən misirli dostlarımızın Şərqi Quta və Homsda belə zonalara dair razılıq əldə etməyə imkan verib”.

Misir – Suriyadakı irəliləyiş üçün fərqli müxalif qrupları birləşdirə biləcək ortaq kimi Rusiya üçün əhəmiyyətlidir. Bu mənada, Misirin, RusiyaSəudiyyə Ərəbistanı rəhbərliyi ilə KƏŞ (Körfəz Əməkdaşlıq Şurası) arasında əlavə bir əlaqə kanalı kimi xidmət etdiyini də nəzərə çarpır.

Hazırkı Rusiya-Misir əlaqələrinin bir digər vacib aspekti təhlükəsizlik əməkdaşlığıdır. 2015-ci ilin oktyabr ayından etibarən, Sina üzərində Rusiyanın sərnişin təyyarəsi qəzaya uğrayıb, Rusiya, Misirdə turist sənayesinə ciddi ziyan vuran birbaşa uçuşlar qadağan edib. Moskva təhlükəsizlik tələblərini yerinə yetirmədiyini iddia edərək Misirlə hava əlaqələrini yenidən açmağa hazır deyil.

Bununla yanaşı, Şükri ilə son danışıqlardan sonra Lavrov bu işdə irəliləyiş olduğunu qeyd edərək bildirib ki, yaxın dövrdə birbaşa hava yollarının bərpası perspektivləri aydın olacaq. Putin də bunu BRİKS sammitində təkrarlayıb.

Tənqidi vəziyyət Moskvanın təsirini təmin edir: birbaşa uçuş qadağası mövcud olduğu müddətdə, Rusiya Qahirəni Rusiyanın öz maraqlarına zərər verə biləcəyi kəskin hərəkətlərdən çəkindirəcək.

Yaxın Şərqə xoş gəlmişsiniz

Misir həm də Rusiyanın Liviyaya açılan qapısıdır. Moskva, rəqib qruplar arasında barışıq və terroristlərlə mübarizə aparmaqda konstruktiv bir rol oynamağı niyyətindədir. Rusiya və Misir paraşütçüləri 2016-cı ilin oktyabrında Misir çölündə ilk birgə antiterror təlimləri keçirib və 2015-ci ilin iyun ayında İsgəndəriyyə yaxınlığında, Aralıq dənizində ilk birgə dəniz təlimləri olub.

Bu təlimlər, əlbəttə, həqiqi hərbi deyil, siyasi məqsədli idi.

Rusiya və Misir arasındakı əlaqələrin yeni səviyyəsini – Misirin Liviyadan və Sinadan təhlükəsizliyini təhdid edən terrorizmlə mübarizədə Kremlin Qahirəyə kömək etməyə hazır olduğunu nümayiş etdirirdi.
(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar