Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin varisi kim olacaq? - «Cavad qruplaşması» nın lideri, yoxsa…


Son zamanlar Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin səhhətində problemlərin yaranması ASC rəhbərinin müavinləri arasında gərginliyin yaranmasına səbəb olub


Gərginiliyn yaranmasına səbəb isə Əhmədzadəninin bütün müavinlərinin onun varisi olmaq iddasını ortaya qoyması olub.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC bu günə qədər büdcədən ən çox pul ayrılan dövlət şirkətidir və bu şirkət Azərbaycanın su ehtiyatları, meliorasiya və su təsərrüfatı kompleksini özündə birləşdirir, bu sahənin idarə olunması, sahənin inkişafı ilə bağlı yerinə yetirilən tikinti və yenidənqurma işlərini həyata keçirir. 

Son on ildə aqrar sektorun inkişafı çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-yə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılsa da, ölkəninin melorasiya və su təsərrüfatlarında hər hansı inkişafdan danşmaq mümkün deyil. Əksinə ASC-yə milyardların ayrılmasına baxmayaraq, ölkəninin suvarma və drenaj sistemi bərbad vəziyyətdədir və əkinə yaralı torpaqlar sürətlə şorlanmaqdadır. Bu isə hər il ölkə miqyasında məhsuldarlığın daha da aşağı düşməsi ilə müşaiyyətolunur. Elə bu üzdən də yarandığı gündən Əhməd Əhmədzadənin rəhbərliyi altında olan Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış qurumlarından biri hesab olunur.

PİA.AZ-a ASC-dən daxil olan məlumatda bildirilir ki, bir neçə aydır ki, ASC daxilində Əhmədzadənin yerinə keçmək üçün müavinlər arasıda ciddi mübarizəyə start verilib. Mübarizə daha çox birinci müavin Məmmmədsadıq Quliyevlə, ASC-də «Cavad qruplaşması»nın lideri olaraq tanınan Zakir Quliyevin arasında gedir və məlumata əsasən «Cavad qruplaşması» Əhmədzadənin mirasına sahib çıxmaqda iddalıdır.

Bildirilir ki, Zakir Quliyev sədrlik yolunda özünün əsas rəqibi olaraq birinci müavin Məmmmədsadıq Quliyevi görsə də, sədrliyə iddalı olan digər müavin Rafiq Aslanovdan da ciddi şəkildə ehtiyat edir. Mənbənin bildirdiyinə görə məhz bu səbədən Zakir Quliyev birinci növbədə Rafiq Aslanovu sıradan çıxarmaq, hətta onu özünün müttəfiqinə çevirməyə çalışır. Elə buna görə də Zakir Quliyev Rafiq Aslanovun sədrlik iddasını çox tez bir zamanda öldürməyə çalışır. Məlumata əsasən son zamanlar Rafiq Aslonv barədə mətubata ötürülən məlumatlar da, Zakir Quliyevin bu planını sübut edir. Belə ki, iddiaya əsasən Rafiq Aslanovu sədrlik yarışından çıxarmaq üçün Zakir Quliyevə yaxın olan şəxslər onun haqqında mətbu orqanla məlumatlar ötürməyə başlayıblar. Məqsəd isə Rafiq Aslanovu sədrlik yarışından kənarlaşdırmaqdır. 

PİA.AZ-a daxil olan məlumata görə Zakir Quliyevin sədrlik iddiasında əsas müttəfiqi Əhmədzadənin qaynı, Apparat rəhbərinin köməkçisi Ramiz müəllim və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovdur. Zakir Quliyevin uzun illər boyu məhz Əjdər Cavadovun və Əhmədzadənin qaynı ilə əlbir şəraitdə çalışdığı və hər il bu üçülüyün milyonlarla manat dövlət vəsaitini mənimsədiyi iddia olunur.

Bundan başqa «Cavad qruplaşması»na aid olan idarə müdirləri başda vaxtı ilə Zakir Quliyevin özünün rəhbərlik etdiyi Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsinin müdiri Elman Nuriyev olmaqla hamısı bir mənalı olaraq öz hamilərini müdafiə edirlər. Əslən Sabirabad rayonundan olan Zakir Quliyevin çətiri altına aldığı və şərti olaraq ASC-də «Cavad qruplaşması» olaraq bilinən idarə müdirləri aşağıdakılardır:

1. Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsidir müdiri Elman Nuriyev;
2. Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri Əflan İsmayılov;
3. İmişli Suvarma Sistemləri İdarəsinin müdiri Mütəllim Bədirov;
4. Saatlı Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev;
5. Mərkəzi Muğan Kollektorların İstismar İdarəsinin müdiri Qasım Qasımov;
6. Saatlı Mil Muğan Meşə Meliorasiya İdarəsinin müdiri  Xanhüseyn Əhmədov;
 7. Sabirabad Meliorasiya İdarəsinin müdiri Əliş Talıbov;
8. Sabirabad Mexaniki Suvarma Sistemləri İdarəsi Mirəlif Əzizov;
9. Mərkəzi Muğan QOSTİ idarəsinin müdiri Allahverdi Əliyev; 
10. Saatlı Meloservis İdarəsinin müdiri Oruc Heydərov;
11. Sabirabad Melioservis İdarəsinin müdiri Rafiq Heydərov;
12. İmişli Melioservis İdarəsinin müdiri Rüstəm Vəliyev;

Məlumata əsasən «Cavad qruplaşması» 2010-cu ildə baş verən daşqından yararlanaraq külli miqdarda dövlət vəsaiti mənimsəyiblər. Daşqınlardan sonra ən çox yararlanan ilarə isə Kür Araz çaylarında Bəndlərin İstismar İdarəsi olub. İdarənin müdiri Elman Nuriyev son illər həyata keçirdiyi korrupsiya əməlləri ilə bölgənin ən varlı məmuruna çevrilib və ərazidə heç kimlə hesablaşmır. Elman Nuriyevin SaatlıSabirabad icra başçılarını ümumiyyətlə saymadığı qeyd olunur. 

Mənbə bildirir ki, Elman Nuriyevin son dörd ildə gördüyü bənvurma işləri araşdırılsa, milyonlarla manat vəsaitin mənimsənilməsi faktları ortaya çıxar və  bu faktlar ASC-də rəhbərliyə yaxşı məlumdur.

Məlumatda o da vurğulanır ki, «Cavad qruplaşması»nın lideri  Zakir Quliyev Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, İmişli su idarələrinə külli miqdarda vəsaitlər ayırtdıraraq hər il onların əli ilə 3 milyon manatdan çox pul mənimsəyir. İstixanalar müdiri kimi adı hallanan Elçin Quliyev isə isə Zakir Quliyevin qardaşıdır. Oğlu vasitəsilə istixanaları idarə edən Elçin Quliyev Standartlaşma və Patent üzrə Dövlət Agentliyinin məsul işçisidir. 

Zakir Quliyev Sabirabad rayonunda 200 hektardan çox dövlət torpağını özəlləşdirərək orada böyük heyvandarlıq kompleksi yaradıb. Eyni zamanda ASC sədrinin müavinin həmin ərazidə 30 hektarı əhatə edən 4 balıqçılıq gölünün olduğu bildirilir.

Qeyd edək ki, növbəti yazılarmızda həm Zakir Quliyevin, həm də onun əsas rəqibi Məmmədsadıq Quliyevin korrupsiya əməlləri haqqında detallı məlumatlarla tanış olacaqlar.

Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar