Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhmədzadənin daha bir kiçik oliqarxı - Ağabəy Ağayev

Viləşçay Su Anbarı İstismar İdarəsinin müdiri dövlət büdcəsini necə talan edir?


Meliorasiya və Su Təsərrüfatı ASC-nin tərkibindəki idarələrin dövlət büdcəsini talaması ölkə mətbuatında uzun illərdən bəri müzakirə olunan mövzularından biridir. 

ASC-nin rayonlarda fəaliyyət göstərən idarələri qurumdan onlara ayrılan dövlət vəsaitlərini öz şəxsi pulları kimi xərcləməklə hər il dövlətə milyonlarla manat ziyan vururlar. 

AzFakt.com-a Masallıdan daxil olan məlumatda qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonda fəaliyyət göstərən Viləşçay Su Anbarı İstismar İdarəsinin müdiri Ağabəy Ağayev hər il dövlətin yüzminlərlə vəsaitini müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyir. Qeyd edək ki, Viləşçay Su Anbarı İstismar İdarəsi 1986-cı ildən fəaliyyət göstərir və rayonun 9136 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bundan ötrü idarənin balansında ümumi həcmi 46 milyon kubmetr olan su anbarı, yeddi ədəd kiçik su tutarı (istillər), ümumi uzunluğu 438 kilometr təşkil edən açıq suvarma kanalları, 169 ədəd müxtəlif növ hidrotexniki qurğular, 40 kilometr uzunluğunda, 1200 millimetr diametrdə yeraltı boru kəmərləri, 5360 hektar sahədə qapalı suvarma şəbəkəsi vardır.

Məlumatda qeyd olunur ki, Viləşçay Su Anbarı İstismar İdarəsinin müdiri Ağabəy Ağayev hər il idarənin balansında olan kanalların, daxili su arxlarının təmizlənməsi üçün ASC-dən ayrılan vəsaitləri silərək özünküləşdirir. İdarə müdiri son dörd illik hesabatında 133, 135, 137, 138 min kubmetr suvarma kanallaının lildən təmizləndiyini, onlarla hidrotexniki qurğuların təmir edildiyini, 104, 105, 106, 108 min kubmetrlik çay məcaralarında təmzilik işlərinin görüldüyünü, həmçinin Viləş beton kanalında müxtəlif təmir işlərinin həyata keçirdiyini qeyd edir. 

Maraqlıdır ki, Ağabəy Ağayev dörd illik hesabatında görülən işlərin rəqəmləri sırası ilə düzülüb. İnformasiya mənbəmiz bildirir ki, Viləşçay Su Anbarı İstismar İdarəsinin müdirinin Meliorasiya və Su Təsərrüfatı ASC-yə və Masallı rayon İcra Hakimiyyətinə verdiyi hesabatlarda qeyd olunanların 50 faizi saxtadır. İdarə müdirinin bu saxtakarlığı Masallı rayon icra başçısı Rafil Hüseynova gün kimi aydındır. Məhz buna görədə icra başçısı iki aydan biri Ağabəy Ağayevdən haqq alır. Məlumatda qeyd olunur ki, hər il Viləşçay Su Anbarı İstismar İdarəsinə Meliorasiya və Su Təsərrüfatı ASC-dən 300-400 min manat arasında vəsait ayrılır. Belə ki, 2012-ci ildə 380 min, 2013-cü ildə 365, 2014-cü ildə 330 min, 2015-cildə isə 250 min manatdan çox vəsait Ağabəy Ağayevin idarəsinə ayrılıb. Həmin vəsaitlər əsasən maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin və materialların, avadanlıqların satın alınması üçün verilir. İnformasiya mənbəmiz bildirir ki, Ağabəy Ağayev ayrılan vəsaitləri məhz kanalların lildən və çay məcaralarının təmizlənməsi onlarla hidrotexniki qurğuların təmiri, həmçinin su anbarının iriqqasiya suburaxıcısında elektrik enerjisinin verilməsi məqsədilə transformatorların təmir olunması, hidravlik sistemin yağının dəyişdirilməsi, müxtəlif növ elektrik kabellərinin və naqillərin yenisi ilə əvəzlənməsi, müxtəlif elektrik avadanlıqlarının dəyişdirilməsi və sair işlərin görülməsi adı altında silərək mənimsəyir. 

İdarə müdiri Meliorasiya və Su Təsərrüfatı ASC-rəhbərliyinə və Masallı rayon icra hakimiyyətinə hər il verdiyi hesabatda rayonunun Alışanlı, Köçəkli, Həsənli, Kürdəbaz, Təklə, Sığıncaq, Səmidxan, Xallıcallı, Qədirli, Sərçuvar, Xıl, Sərçuvar, Məmmədxanlı, Hacıtəpə, Təzəkənd, Xırmandalı, Sirbəli kəndləri ərazisindəki suvarma kanallarının, Qızılağac, Yeddioymaq, Kalinovka, Xıl, Gəyəçöl, Şıxlar, Müsaküçə kəndlərində qapalı suvarma şəbəkələrin və Qumbaşı, Taxtaçay, Alvadıçay çaylarında sahilbərkitmə işlərinin aparıldığını qeyd edir. 

Mənbənin iddiasına görə, Meliorasiya və Su Təsərrüfatı ASC, Masallı icra hakimiyyəti və hüquq muhafizə orqanları Ağabəy Ağayevin hesabatında qeyd etdiyi işləri yoxlasalar görəcəklər ki, həmin ərazilərdə işlərin bir hisəsi görülüb. Yerdə qalan işlər isə sənədlərdə yazılaraq silinən vəsaitlər idarə müdirinin cibinə axıb. Məlumatda bildirilir ki, Masallının “kiçik oliqarxı” kimi tanınan Ağabəy Ağayev dövlətdən oğurladığı vəsaitlər hesabına özünə yaxşı var dövlət yaradıb.

 Masallıda böyük heyvandarlıq təsərüfatının, şəhər mərkəzində bir neçə obyektinin, Bakı şəhərində isə bir neçə bahalı mənzilinin olduğu deyilir. İdarə müdirinin digər qazancı isə Viləşçay Su Anbarında qış aylarında brokoyerlərə balıq tutmalaır üçün şərait yaratmasıdır. Bu işdən isə Ağabəy Ağayevin hər qış külli mqidarda qazanc əldə etməsi bütün Masallıya bəllidir. 

İdarə müdirinin Viləşçay Su Anbarındakı balıq biznesi ilə bağlı növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar