Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Əhmədov: “Prezidentin bu qərarı ilin tarixi hadisəsidir”



Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə Sərəncam imzalanması azərbaycanlılar üçün və Azərbaycan dövləti üçün tarixi əhəmiyyətli hadisədir


 “Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzxan Əhmədov Azərtac-ın müxbiri ilə söhbətində bu haqda danışıb.

U.Əhmədovun sözlərinə görə, dövlətimizin 100 illik yubileyi o deməkdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaradan ovaxtkı rəhbərlərimiz düzgün yol seçiblər, ona görə də bütün çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu gün də mövcuddur və firavanlaşır. “Azəri” Cəmiyyətinin rəhbəri deyib: “Hər bir azərbaycanlı fəxr edir ki, onun dövlətinin 100 yaşı var!”.

U.Əhmədovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin bu Sərəncamı onun həm Azərbaycan əhalisinə, həm də rəhbərlik etdiyi dövlətin tarixinə göstərdiyi hörmət və qayğını bir daha sübut edir.

O deyib: “Biz, Latviyada yaşayan azərbaycanlılar Prezidentin bizim tarixi Vətənimizə göstərdiyi qayğıya görə ona təşəkkür edirik. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun kursunun layiqli davamçısı, Azərbaycan dövlətinin Prezidentinin sayəsində biz, azərbaycanlılar ümummilli lider Heydər Əliyevin bu sözlərini qürurla deyirik: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

pia.az
Etiket:
loading...