Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadənin rayonları və obyektləri


Qax rayonunun bütün turizm və sahələri Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin nəzarətindədir


Qax rayonundan PIA.AZ-a verilən məlumata görə rayonun bütün turizm sahələrini nəzarətinə alan Meliorasiya və Su təsərrüfatı ASC rəhbəri Əhməd Əhmədzadə hazırda Qaxın mərkəzi küçələrində ticarət obyektləri tikdirir. Bildirilir ki, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkəliyev tikilən obyektlərə şəxsən özü nəzarət edir və görülən işlərlə mütəmadı olaraq maraqlanır.

Qeyd edək ki, Musa Şəkəliyevin Əhməd Əhmədzadə ilə qohumluq əlaqələri var və icra başçısı vəzifəsinə məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin havadarlığı ilə gətirilib. Məlumatlı mənbənin bildirdiyinə görə Qax, ZaqatalaBalakən rayonlarında möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizm obyektlərinə, otellərə, restoranlara  və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, adı çəkilən rayonlarda bütün biznes sahələrinə Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə nəzarət edir. Bildirilir ki, Qax, ZaqatalaBalakən rayonlarındakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan mağazalar  Cuma Əhmədzadənin  adına olan “Uluyurd” MMC şirkətinin nəzdindədir. Qeyd olunur ki, hazırda Qax rayonunda olan  “El Resort beş ulduzlu otel, “Yaşıl park”,  “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz” “ Eden” park hotel, “Səngər qala”  istirahət mərkəzləri,  “Şəfa” istirahət və müalicə ponsionatı,  “İlisu” ponteonatı  və “Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur.

“El Resort” otelində bir gecənin ən ucuz qiyməti yaya aylarında 120 manatdan başlayır. Yuxarıda qeyd etdiyimiz istirahət mərkəzləri və turizm obyektləri yay aylarında turist sayından bol olması və qiymətlərin od tutub yanması ilə seçilirlər. Amma ASC sədrinin oğlunun ildə əldə etdiyi milyonlarla manat gəlirlərdən dövlətə çox cüzi vergi verdiyi qeyd olunur.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar