Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadənin Salyandakı işçisi niyə borca düşüb?

Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun qumarda külli miqdarda pul uduzduğuna dair məlumat yayılıb


Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun külli miqdarda borca düşdüyünə dair məlumatlar yayılıb.

 PİA.AZ xəbər verir ki, Jam.az-a məlumat verən mənbələrin bildirdiyinə görə, sözügedən şəxs hətta məclislərin birində düşdüyü durumu etiraf da edib. 

Mənbə iddia edir ki, Tahir Yusifovun borca düşməsinin səbəbi qumar məsələsidir. Belə ki, idarə rəisinin qumar oynayaraq, pul uduzmasıdır. Hətta onun kimlərlə kart sıxdığı və nə qədər borca düşdüyü də məlumatlar sırasında var. Lakin bəzi səbəblərdən bu barədə geniş açıqlama verməyə hələlik lüzum görmürük. 

Salyan Suvarma Sistemləri İdarəsinin başqa bir əməkdaşının da adı qumar məsələsində hallanır. Həmin şəxs idarənin rəisi Əliyar müəllimdir ki, onun da Tahir Yusifov kimi öz «dairəsi»ndə oyunlar oynadığı vurğulanır. 

Xatırladaq ki, baş mühasibin adı ötən il evinə basqın edilməsi və oğurluq məsələsində də çəkilirdi. Belə ki, Əliyar müəllimin evinə girən quldurlar onun pullarını aparmaqla yanaşı, özünə də xəsarət yetirmişdilər. Hadisədən dərhal sonra cinayət işi açılsa da, bu hadisənin konkret səbəbləri və nəticələri barədə heç bir bilgi verilmədi. Sonradan məlum olub ki, elə zərərçəkənin özü bu məsələdə maraqlı olmayıb. 

Bu əsnada, onu da bildirək ki, Salyanda əkin sahələrinin suvarılmasının durumu bərbaddır. Hökumətin kənd təsərrüfatını gücləndirməsi və inkişaf etdirməsi üçün hər il büdcədən ayırdığı milyonlarla vəsaitə rəğmən, hələ də vəziyyət dəyişməyib. Salyanda isə Suvarma Sistemləri İdarəsinin fəaliyyətsizliyi, daha doğrusu, prosesləri özbaşına buraxması nəticəsində nəinki fermerlər əkin sahələrini suvarmaq imkanı əldə edə bilirlər, heç su da tapa bilmirlər. 

Qeyd edək ki, hal hazırda Suvarma Sistemləri İdarəsinin nəzarətində olan su kanallarının durumu bərbaddır. Əkin sahələrinə verilən suyun normadan aşağı olması və bu zaman maddi məsələlərin daha qabarıq şəkildə özünü göstərməsi fermerləri şikayətlər etməyə vadar edir. 

İdarənin tabeçiliyindən xeyli sayda texnikanın olması da sirr deyil. Lakin Tahir Yusifov nədənsə, su kanallarının lildən təmizlənməsi işini həmin texnikaların hesabına deyil, qohumunun olan SMD MMC-yə həvalə edir. Nəzərinizə çatdıraq ki, təkcə bu əməliyyatlar üçün hər il büdcədən 200 min manat pul ayrılır ki, onun da qohumlar arasında bölüşdürüldüyü artıq gizli deyil. Çünki bu pul təyinatı üzrə xərclənsəydi, su kanallarının lil və qamışlıq içində it-bata düşməsi müşahidə olunmazdı. 

Sonda onu da bildirək ki, Tahir Yusifovun maliyyə maxinasiyaları təkcə SMD MMC ilə yekunlaşmır. Onun həmçinin digər MMC-lərlə sıx əlaqələri olduğu da təsdiqini tapan məlumatlardandır. Növbəti sayımızda Salyan Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Yusifovun hansı MMC-lərlə əlbir olaraq, büdcə vəsaitlərini hansı kanallarda «yuduğu»na dair geniş məlumat verəcəyik. Bundan başqa, onun illərdən bəri büdcə vəsaitləri hesabına qazandıqları pullarla Bakıda və rayonda hansı mal və mülklərə sahib olduğuna dair siyahını oxucuların ixtiyarına verəcəyik. 

Məsələ ilə bağlı Tahir Yusifovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfi də dinləməyə hazırıq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar