Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Cavadın heç yerdə oxumadığınız şeirləri


“Cümhuriyyət və milli istiqlal şairi Əhməd Cavadın indiyə qədər çap olunmayan şeirləri Ankarada kitab şəklində çap ediləcək”


Bunu Lent.az-a açıqlamasında Əhməd Cavadın nəvəsi Anar Axundzadə deyib. Anar Axundzadənin sözlərinə görə, istiqlal şairinin onlarda olan yeganə əlyazması 96 vərəqlik bir dəftərdədir:

“Babamın həmin şeirlərinin indiyə qədər çap edilməməsi atamın buna icazə verməməsi ilə bağlı idi. Atam sağlığında həmin şeirlərin kitab şəklində çapını istəmirdi. Əski əlifba ilə özü də səliqəli xəttlə yazılan həmin şeirlər atamla yoldaşları arasında olan münasibətlərlə bağlı idi. Ona görə də atam istəmirdi ki, həmin şeirlər üzə çıxsın”.

Anar Axundzadənin sözlərinə görə, təxminən 80-90 şeirdən ibarət olan həmin dəftərçə Əhməd Cavadın öz dəst-xətti ilə ailənin arxivində qalmış yeganə əlyazmasıdır:

“Ortancıl bacım Ülviyyə Ankarada yaşayır. O, atam Yılmaz Axundzadənin vəfatından sonra həmin kitabı çap etdirmək qərarına gəldi və dəftəri Türkiyəyə apardı. Orada kitab şəklində çap etdirmək niyyəti olduğunu bildirdi. Yaxın vaxtlarda həmin şeirlər bir kitabda çap ediləcək”.

Qeyd edək ki, Anar Axundzadə Əhməd Cavadın kiçik oğlu Yılmaz Axundzadənin övladıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar