Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhəd Abıyevin korrupsioner ortağı və böyük korrupsionerin dosyesi


Əhəd Abıyev Daşkəsəninin abadlaşdırılması və yenidənqurma işlərini yaxın dostu korrupsiyanın kralı Tahir Hüseynovun ixtiyarına buraxıb


Bu həmin Tahir Hüseynovdur ki, korrupsioner tarixçəsi ilə hər kəsi özünə heyran buraxır.

Son iki ildə Əhəd Abıyev Daşkəsənin abalaşdırılması ilə bağlı layihələrin əksəriyyətini məhz yaxın dostu Tahir Hüseynovun «Vüsel» şirkətinə verib. Bu barədə PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, Daşəkəsən şəhərinin abalaşdırılması üçün ayrılan təqribən 1 milyon manatlıq tender müsabiqəsini qazanan «Vüsel» şirkəti bundan əvvəldə Zagal?-Kollu-Cıraqlı kənd yollarının yenidən tikilməsi tenderini qazanıb və bu layihə 13 milyon olub.

Öətən ilin sonlarında təhvil verilən həmin yolların isə artıq bərbad vəziyyətdə olduğu bildirilir. Yolların çəkilməsinə ayrılan 13 milyon vəsaitin böyük hissəsinin mənimsənildiyndən keyfiyyətsiz çəkilən yolun artıq dağıldığı qeyd olunur.

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Daşkəsəninin icra başçısı Əhəd Abıyev və Tahir Süleymanov istər Bakıda, istərsə də Daşkəsəndə bir yerdə olurlar. Onların vaxtlarının çoxunu süfrə arxasında keçirdikləri qeyd olunur.

Məlumata əsasnə son layihə ilə əlaqədar olaraq “Vusel” şirkətinə 940 min manat vəsait köçürülüb. Həmin vəsaitin 192 min manatı binaların damlarının dəyişdirilməsinə, 431 min manatı Daşkəsənin mərkəzində abalıq işlərinin aparılmasına, 328 min manatı isə Daşəkəsənin mərkəzi küçələrində yolların təmirinə sərf olunmalıdır.

Məlumatlı mənbəninin bildirdiyinə görə ayrılan vəsaitin demək olar ki, nəqdləşdirilərək mənimsənilib. Mənimsənilən vəsaiti ört-basdır etmək məqsədi ilə bəzi küçələrdə fəaliyyət göstərən biznes strukturlarından, həmçinin dükan sahiblərindən artıq müəyyən miqdar pul toplanmaqdadır.

Qeyd edək ki, Daşkəsəndə abalıq işlərini həyata keçirən «Vüsel» şirkətinin sahibi Tahir Hüseynov keçmişdə dəflərlə korrupsiyaya bulaşmış şəxs kimi tanınır. Tahir Hüseynov, dövlətdə müxtəlif vəzifələr tutan korrupsioner məmurlarla əlaqəyə girərək, sahib olduğu şirkətlər, əsasən də "Vüsel" şirkəti vasitəsi ilə dövlət maliyyəsini silinib talanması ilə məşğul olur. Bu məmurlar, əllərindəki imkanlardan və möhürdən istifadə edərək dövlət pullarını saxta müqavilələr əsasında Tahir Hüseynovun şirkətinə köçürüb, heç bir iş görülmədiyi, xidmət göstərilmədiyi, mal alınmadığı halda işin tam icra olunması haqda aktları imzalayıb, pullarını nəqd şəkildə Tahir Hüseynovdan alıblar. Dövlətə məxsus  maliyyə resurslarının nəqdləşdirilməsi əməliyyatlarından Tahir Hüseynov da böyük böyük gəlirlər əldə edib.

Xatırladaq ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra Tahir Hüseynov, dövlət qurumlarında çalışan dostları vasitəsi ilə nazir Yavər Camalovla əlaqə yaradıb və onun köməkliyi ilə «Üfüq» zavoduna direktor təyin olunub. Oturduğu yeni kürsüdə yerini bir qədər isidən kimi Tahir Hüseynov, dərhal zavoda ayrılan maliyyə vəsaitlərini silməyə başlayıb. Tahir Hüseynov «Üfüq» zavoduna ayrılan maliyyə vəsaitlərini birbaşa özünə məxsus firmalar və təsir dairəsindəki firmaların hesabına köçürərək, saxta əməliyyatlar nəticəsində dövlətin külli miqdarda vəsaitini mənimsəyib.  Bir qədər sonra isə «Üfüq» zavodunda külli miqdarda mənimsəmə halları aşkar edilib. Məsələ ilə bağlı məlumatlandırılan nazir Yavər Camalov  Tahir Hüseynovu işdən azad edib. Amma mənimsənilən vəsaitlərin böyük hissəsi geri qaytarılmayıb.

Tahir Hüseynovun keçdiyi karyera yolu rəngarəngdir. Məlumatlı mənbənin PİA.AZ-a verdiyi məlumata görə Tahir Hüseynovun korrupsiya dosyesi həddindən artıq qalındır. Bir zamanlar Tahir Hüseynov Avtomobil Yolları İstehsalat Təmir-Tikinti Birliyinin tərkibində zavod direktoru da işləyib. İran İslam Respublikası ilə «işgüzar» əlaqələr quran Tahir Süleymanov zavodun maşın-texnika parkını bütövlükdə İrana sataraq böyük kapital əldə edib. Bu böyük mənimsəmə faktı da Tahir Hüseynovun məsuliyyətə cəlb olunması üçün yetərli olmayıb. Onu öz ərizəsi ilə işdən azad ediblər. 

Tahir Hüseynovun Dillər Universitetindəki karyerası daha işıqlı və «uğurlu»olub. Zavod dirktorluğundan Dillər Universitetinə təsərrüfat işləri üzrə prorektor vəzifəsinə transfer olunan Tahir Hüseynov burda da böyük korrupsiya hallarına imza atıb. Bildirilir ki,  Dillər Universitetinə prorektor təyinatı aldıqdan sonra, ilk işi Universitetin rektoru Səməd Seyidovla münasibətləri "isitmək" olub. Səməd Seyidovun etimadını qazanan Tahir Hüseynov qısa müddət univeristetin bütün maliyyə qaynaqlarını öz əlində toplayıb. Hətta iş o həddə çatır ki, ödəmə tapşırıqlarında Tahir Hüseynovun "dərkənarı" olmadan heç bir maliyyə əməliyyatı yerinə yetirilməyib. Sonucda Tahir Hüseynovun böyük talanının Malyyə Nazirliyinin həyata keçirdiyi yoxlama ortaya qoyub. Bundan sonra Səməd Seyidov özünün «sağ əlini» kəsməli olub və  Dillər Universitetindən qovulan «prorektor və elmlər namizədi» özünü rayonların abalaşdırılması işinə verib.

Bundan sonra Ağdam rayon İcra hakimiyyətinini keçmiş başçıları Həsən Sarıyevin və Nizami Sadıqovun ortağına çevrilib. Ağdamın sosial-iqtisadi infrasturukturun inkişafına ayrılmış pullar bu dəfə Tahir Hüseynovun "maxinasiya mexanizmi" vasitəsi ilə Nizami Sadıqovun və Tahir Hüseynovun cibinə axıb. 

Tahir Süleymanovun Ağdamda həyata keçirdiyi  bəzi layihələri oxucularımızın diqqətinə cəlb edirik. Tahir Hüseynova məxsus "Vüsel" şirkətinin hesabına aşağıdakı tarixlərdə Ağdam rayonu Təhsil şöbəsinin binasının tikintisi üçün pul köçürmələri olub. Məlumatlı mənbəninin PİA.AZ-a bildirdiyinə görə bu ödənişlərdən Nizami Sadıqovun və Tahir Hüseynovun gəliri 100 min manatdan artıq olub. Bundan əlavə, Ağdam rayon İcra Hakimiyyəti binasının təmiri üçün «Vüsel» şirkətinə üst-üstə 100 min manatdan artıq vəsait köçürülüb və bu vəsaitin böyük qismi mənimsənilib. Mənbəninin bildirdiyinə görə Tahir Hseynovun Ağdamdan «sildiyi» vəsaitlər milyon manatlarla ölçülür.

Göründüyü kimi hazırda Əhəd Abıyevin ortağı olan olan Tahir Hüseynovun korrupsioner keçmişinə hər kəs həsəd apara bilər. Əhəd Abıyevlə Tahir Hüseynovun həyata keçirdiyi böyük maliyyə maxinasiyaları ilə bağlı daha ətraflı oxucularımız ikinci yazıda tanış olacaqlar.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar