Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfvdən sonra böyük amnistiya?

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb. Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq


Qeyd edək ki, prezident İlham Əliyevin Penitensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur. Bütün bunların fonunda yaxın gələcəkdə kütləvi amnistiya aktının imzalanmasını gözləmək olarmı? 

Qeyd edək ki, ötən il hökumət bu cür təkliflə çıxış edib və ümumilikdə 10 min məhbusu əhatə edən amnistiya aktı imzalanıb. Akt 3 ay ərzində mərhələli şəkildə icra olunub. 

Hazırlanan əfv siyahısında Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı varmı? “Cümhuriyət” qəzetinə açıqlamasında birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, bütün siyasi məhbusların o cümlədən, “Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir.

Məsələnin digər tərəfini şərh edən Əfv Komissiyasının üzvü Mehdi Mehdiyev deyib ki, yaxın gələcəkdə kütləvi amnistiya qərarını görə bilərik: Əfv Komissiyasının 2 iclası keçirilib. İki gün ərzində ümumilikdə 250 müraciətə baxılıb və gələn iclaslarda da davam etdiriləcək. Burada da hümanistlik nəzərə alınır və komissiyaya edilən müraciətlər daha dərindən təhlil olunur. Gələcək dövrlərdə, prezidentin verdiyi fərman tətbiq olunandan sonra, qanuna uyğun olaraq buraxılışlar olacaq. Çox güman ki, yaxın zamanlarda həm əfv, həm də amnistiya olacaq.

Milli Məclisin üzvü Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanda amnistiya və əfv fərmanları prezidentin son dövrlərdəki cəzaların hümanistləşdirilməsi sərəncamına qədər də geniş tətbiq edilirdi: Həmin sərəncamın icrasından asılı olmayaraq, zamanı gəldikcə vaxtaşırı əfv və amnistiya sərəncamları veriləcək. Söhbət Cinayət Məcəlləsinin böyük bir hissəsinin həbslə bağlı olmayan cəza növlərinin dəyişdirilməsi və bəzi cinayət əməllərinin diferensiallaşması ilə bağlıdır.

Bununla bağlı xüsusi komissiya işləyir və onlar öz təkliflərini prezidentə verəcəklər. Həmin təkliflərin əsasında Cinayət Məcəlləsinə Milli Məclis tərəfindən müəyyən dəyişikliklər ediləcək. Qərarın qəbulundan sonra hansı addımların atılacağını isə gözləmək lazımdır. Azərbaycan dövlətinin prezidenti İlham Əliyevin bu günə qədər atdığı bütün addımların mərkəzində insanın maraqları, dövlət tərəfindən qayğı və insanların həyatının qorunması durur. Bu baxımdan gələcəkdə müəyyən dəyişikliklər edildikdən sonra hansı addımların atılacağını həmin zamanda konkret danışmaq olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Ən çox oxunanalar