Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfsanəvi Kissincer niyə Trampa yarınmağa cəhd edir?


Neyhal Tusi, Ayzek Arnsdorf

Politico (ABŞ), 26.12.2016


ABŞ-ın əfsanəvi dövlət katibi Henri Kissincer 1990-cı illərdə maraqlı, cavan bir Rusiya siyasətçisi ilə tanış olub və onu keçmiş təcrübəsi və uğurları barədə uzun müddət sorğu-suala tutub. Kissincerin sonralar “Birinci şəxs” adlı tərcümeyi-halında yazdığı kimi, o zaman hələ heç kimin tanımadığı Vladimir Putin bir neçə saatlıq söhbətdən sonra, nəhayət, ona deyib: “Mən kəşfiyyatda işləmişəm”. Kissincer cavab verib: “Bütün layiqli insanlar öz yollarını kəşfiyyatdan başlayıblar. O cümlədən mən də”.

Putin Kremlin pillələri ilə qalxıb son nəticədə avtokratik prezident olana qədər ABŞ-Rusiya münasibətlərindəki soyuqluğa baxmayaraq  Kissincerlə isti münasibət saxlayıb. ABŞ-ın keçmiş səfirlərindən birinin bu yaxınlarda dediyi kimi, Kissincer kinoulduz Stiven Siqal və çox ehtimal ki, ExxonMobil-in ABŞ-ın növbəti dövlət katibi olacaq başçısı Reks Tillersonla yanaşı Putinlə müntəzəm şəkildə görüşən az-az amerikalılardan biridir.

Hazırda Donald Tramp Moskva ilə əməkdaşlıq münasibətlərinin qaydaya salınması haqda danışarkən 93 yaşlı Kissincer özünü potensial vasitəçi kimi qələmə verməyə cəhd edir: seçilmiş prezidentlə şəxsi qaydada görüşür və ictimai çıxışlarda onun üzünə gülür. Kissincer Tramp kimi kəşfiyyat agentliklərinin Rusiyanın seçkiləri udmaqda Trampa yardım etmək cəhdi haqda qənaətini şübhə altına alır. Bu günlərdəki müsahibələrindən birində deyib: “Onlar haker hücumu həyata keçiriblər, lakin bundan hansı səmərə götürə biləcəkləri mənə aydın deyil”.

Bəzi ekspertlər təəccüblənir ki, incə intellektual və dərrakəli, keçmiş yüksəkçinli diplomat Kissincerlə kəskin və sözü birbaşa deyən Tramp arasında ümumi nə ola bilər. Lakin təcrübəli müşahidəçilər qeyd edirlər ki, bu, uzunmüddətli karyerası ərzində ən müxtəlif kral və prezidentlərlə ümumi dil tapmağı öyrənmiş xarici siyasət realistinin klassik davranışıdır. Gerçəklikdə Tram 1970-ci illər gərginliyinin boşaldılması siyasətinin arxitektoru Kissincer üçün soyuq müharibənin keçmiş rəqiblərinin münasibətlərinin yaxınlaşdırılması üzrə onun çoxdankı planlarının gerçəkləşdirilməsində çox gözəl imkan ola bilər.

Kissincer uzun müddət iddia edib ki, ABŞRusiya arasında münasibətlərin yaxşılaşdırılması kürəsəl sabitlik səviyyəsinin yüksəldilməsinə səbəb olacaq. Lakin şəkkaklar ehtiyat edirlər ki, bu cür yanaşma ABŞ-ı digər dəyərləri qurban verməyə məcbur edir və ABŞ-dakı seçkilərə ehtimal edilən müdaxiləsi, Ukraynaya soxulmaq və Suriya diktatoru Bəşər Əsədə dəstək daxil olmaqla Kremli qəbuledilməz davranışa təşviq edir. Bundan başqa, hələ Kissincerin ABŞ-Rusiya münasibətlərinin yenidən yüklənməsindən hansı mənfəəti götürə biləcəyi haqda məsələ də var: nüfuzunu – dünyanın iki lideri ilə asanlıqla təmasda olmağı bacaran adamın nüfuzu –  möhkəmləndirməkdən savayı özünün Kissinger Associates konsaltinq şirkətinin işlərini ciddi şəkildə yaxşılaşdıra bilər.

“Düşünürəm ki, Kissincer diplomatik həmlə hazırlayır, – Rusiya üzrə mütəxəssis və Putinin tənqidçisi, Hollandiya Cicero Foundation analitik mərkəzinin rəhbəri Marsel van Herpen deyir. – O, realistdir. Onun üçün ən mühümü insan haqları və yaxud demiokratiya haqda söhbətlər deyil, dünyada tarazlığı saxlamaqdır”.

Trampın köməkçiləri seçilmiş prezidentlə Riçard Nikson və Cerald Ford administrasiyası dönəmində dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə müşavir işləmiş Kissincer arasındakı münasibəti heç cür şərh etməyiblər. Lakin bəzi qaynaqlar iddia edir ki, Manhetten maqnatı Kissincerə, həmçinin öz siyasəti və administrasiyanın tərkibi barədə müraciət etdiyi Robert Geyts və Kondoliza Rays kimi yaşlı respublikaçı siyasi xadimlərə məftundur.

Kissincer və Tramp dəfələrlə söhbət edib və noyabrın 8-dən bəri, ən azı, bir dəfə şəxsi görüş keçiriblər. Kissincer xarici siyasət isteblişmentinin əksər təmsilçilərinin təəccübünə rəğmən müəyyən qədər ehtiyatla olsa da, Tramp fenomeni haqda heyranlıqla danışır. Hətta Tramp Tayvan prezidenti ilə birbaşa danışdıqdan sonra – Kissincerin 1970-ci illərdə irəli sürdüyü “vahid Çin” siyasətinə zidd bu addım Pekini çox əsəbiləşdirib – keçmiş dövlət katibi əminliyini ifadə edib ki, Tramp bundan sonra Çinə münasibətdə diplomatik ənənələri gözləyəcək. Kissincerin silahdaşları da Trampın orbitində olanlarla münasibət saxlayırlar. Hesab edilir ki, məlumatlı qaynağın iddia etdiyi kimi, Kissincerin köməkçisi Tomas Qrehem ABŞ-ın Rusiya səfiri ola bilər. Görüşün gedişindən məlumatlı olan dörd qaynağın iddia etdiyi kimi, Qrehem əvvəllər dekabrda Rusiya təmsilçilərinin müşayiəti ilə Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsinin əməkdaşı ilə görüşüb. Qrehem həmçinin Senatda görüşü razılaşdırmağa cəhd edib. Hər şeydən göründüyü üzrə, Qrehem Rusiyaya münasibətdə onun baxışlarını bölüşən və Trampın komandasına aid adamlar tapmağa çalışır.

Kissincer həmçinin Trampın dövlət katibi postuna irəli sürdüyü namizədi hədsiz dərəcədə yüksək qiymətləndirib və ExxonMobil başçısının Kremllə son dərəcə bağlı olduğu faktı onu narahat etməyib. “O, Rusiya ilə dostluq münasibətləri saxlamasaydı, ExxonMobil-in rəhbəri qismində tamamilə faydasız olardı. Mən bu əndişələrə qulaq asmazdım, – Kissincer Manhettendəki tədbirlərin birində deyib. – Heç bir adam dövlət katibi postuna ideal şəkildə uyğun gələ bilməz. Hesab edirəm ki, bu, yaxşı seçimdir”.

Kissinger Associates şirkəti ABŞ qanunlarına istinadən müştərilərinin adını bildirmir. Bu şirkət bir dəfə ABŞ Konqresinin müştərilərin siyahısını təqdim etmək tələbinə görə onu məhkəməyə verməklə hədələyib. Qurum keçmişdə American Express, Anheuser-Busch, Coca-Cola və Daewoo kimi şirkətlərə məsləhət verib. Lakin bu firma ExxonMobil, JPMorgan CHASE və Pfizer-in daxil olduğu Amerika-Rusiya işgüzar şurasına məxsusdur. Tramp komandasının milli  təhlükəsizlik sahəsində planları ilə tanış bir qaynaq Kissincer və Trampın münasibətlərində olmayan şeyi axtarmaqdan çəkinməyə çağırıb. Bu qaynağın sözlərinə görə, seçilmiş prezident “Kissincerin nüfuz və avtoritetinə heyrandır, lakin heç də onun baxışlarını bölüşmür”. Bu, birinci növbədə Trampda kifayət qədər tez-tez qəzəb doğuran Çinlə münasibətlərə və güclü, Trampın məqsədəuyğunluğunu dəfələrlə şübhə altına aldığı NATO alyansını saxlamağın zərurətinə aiddir. Lakain Trampın Rusiya ilə daha isti münasibətlər qurmaq cəhdləri onun ən ardıcıl strategiyalarından biridir və bu məsələdə və bu məsələdə onun baxış nöqtəsi Kissincerin fikri ilə üst-üstə düşür.

POLITICO-nun Kissincerlə əlaqə yaratmaq cəhdləri uğurlu olmadı. Lakin Vyetnamdan Banqladeşə qədər xeyli faciələrə görə məsuliyyəti onun yağına yazan hüquq müdfafiəçiləri arasında son dərəcə yaxşı nüfuzuna baxmayaraq hər iki siyasi partiyadan prezidentlər 40 il ərzində Kissincerlə məsləhətləşiblər. Həm də o, fərəhlə onlara məsləhət verib. Corc kiçik Buş administrasiyasının son illərində Moskva ilə münasibətlər sürətlə korlanarkən Kissincer Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov və Ticarət-Sənaye palatasının başçısı ilə birləşib ABŞRusiyann ikitərəfli münasibətləri ilə məşğul olan işçi qrupun həmsədri olub. Putin bu təşəbbüsü bəyənib. Kissincerin sözlərinə görə, Buş da bu təşəbbüsün müsbət nəticələr verəcəyinə ümid edib. Lakin nəticələr ən yaxşı halda cüzi olub: Rusiya 2008-ci ilin avqustunda keçmiş sovet respublikası Gürcüstana qoşun göndərməklə Buş administrasiyasında hiddət doğurub.

ABŞ prezidenti postunda Buşu Obama əvəz edərkən Kissincerə Rusiya ilə münasibətləri qaydaya salmaqda ona yardım etməyi xahiş edib. Kissincerlə Putinin 2009-cu ildə baş tutmuş görüşü Obamanın Rusiya ilə münasibətləri yenidən yükləmək cəhdləri çərçivəsində silahlar üzərində nəzarət haqda yeni sazişin əsasını qoymağa kömək edib. Lakin sonda münasibətlərin yenidən yüklənməsi iflasa uğrayıb – xüsusən də ABŞ NATO və Avroap Birliyinin şərqə doğru genişlənməyini dəstəklədiyinə görə Putinin narazılığı üzündən. Onun fikrincə, bu genişlənmə Ukrayna kimi ölkələrdə Rusuiyanın nüfuzunu təhdid edirdi.

ABŞ-ın keçmiş Ukrayna səfiri Stiven Payfer qeyd edir ki, Trampın Rusiya ilə münasibətləri necə qaydaya salmağa hazırlaşdığı hələlik aydın deyil. Seçilmiş prezident müdafiə naziri postuna dəniz piyadası generalı, Rusiyanı ciddi təhlükə sayan Ceyms Mettisi seçib. Saziş bağlamaq bacarığı ilə öyünən Tramp isə son nəticədə nəticəyə gələ bilər ki, Rusiyanın ona təklif etməyə bir şeyi yoxdur.

“Tramp daha məqbul davranış mənasında Rusiyuadan güzəşt əldə etməklə onunla münasibətləri qaydaya sala biləcəkmi? – Payfer soruşur. – Onların Suriya, Krım və Ukraynaın şərqində etdikləri ilə barışmağa hazırıqsa, münasibəti qaydaya sala bilərik. Amma başqa maraqları qurban veririk və əvəzində nə əldə edəcəyimiz hələlik aydın deyil”.

Kissincer CBS News-a bu yaxınlardakı müsahibəsində Putin və Tramp haqda təəssüratlarını nağıl edib və eyham vurub ki, hər ikisinə hörmət edir.

Kissincerin sözlərinə görə, Trampın “tarixə olduqca ləyaqətli prezident kimi düşməyə bütün şansları var”. Obamanın xaricdə Amerikanın nüfuzunu zəiflətdiyi haqda ümumi qənaət üzündən “ehtimal etmək olar ki, Tramp administrasiyasından yeni və diqqətçəkən nəsə alınar”. O, əlavə edib: “Mən iddia etmirəm ki, bu belə də olacaq. Mən ondan  danışıram ki, bu, qeyri-adi imkandır”.

Kissincerin sözlərinə görə, Putin ona “Cinayət və cəza”, “Səfeh” romanlarının müəllifi Dostoyevskinin romanlarındakı qəhrəmanlar kimi görünür”.

Kreml bu sözləri kompliment kimi qəbul edib. “Kissincer ölkəmizi həqiqətən də çox yaxşı tanıyır. O, yazıçılarımıza da yaxşı bələddir, rus fəlsəfəsini yaxşı bilir və buna görə də onun ifasında bu cür müqayisə olduqca müsbət hadisədir”, – deyə Rusiya hökumətinin təmsilçisi Dmitri Peskov bildirib.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar