Xəbər xətti

21 APREL

17:03 Ceyms Appaturay Azərbaycan prezidentini təbrik edib

16:54 Ermənistanın daha üç şəhəri etiraz aksiyalarına qoşuldu

16:47 Rusiyada təyyarə sərt eniş edib - Ölənlər var

16:41 Şamaxıda yeni istifadəyə verilən 3 yol dağıldı

16:33 Türkiyə Azərbaycana alça ixracına başladı

16:25 Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

15:55 ABŞ marixunanı leqallaşdırır – Federal səviyyədə

15:40 “İlhamə Quliyeva dedi ki, qoyma...“ Nüşabə Tunar qalmaqalı haqda

15:33 “Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

15:20 Prezident Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb

15:12 “Kvadrat” - Tatyana Tolstayanın məşhur hekayəsi

15:05 Şimali Koreya bütün nüvə sınaqlarını dayandırır- Bu gündən

14:33 Yeni baş nazirimiz kinoya da çəkilib – Video

14:22 İraq Küveytə 90 milyon dollar ödəyəcək- 1990-cı il təcavüzünə görə

14:15 Trampın Xarici işlər nazirini Senat təsdiqləməyə bilər - Təhlil

14:09 Fransa yığması dünya çempionu olarsa…- Hər oyunçu 400 min avro alacaq

14:05 Saakaşvilidən Sərkisyana: Moskvanı az imitasiya et

13:27 Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu sürüşmə nəticəsində dağılıb

13:22 AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək etmək niyyətindədir

13:13 “Müşviq mənim çörəyimi yeyir“ - İzzət

13:09 "Neft nəhənglərinin bərpaolunan enerjiyə sərmayə qoyuluşu artır"

13:05 Erməni ordusu Nikol Paşinyanın tərəfdarlarını təhdid etdi

12:55 Sabahın hava proqnozu

12:40 Türkiyəli nazir: "TANAP və TAP-ı əsrin layihəsi kimi dəyərləndiririk"

12:35 "Bundan sonra başqa formada işləməyə başlayacağam"

12:30 Ağcabədidə ağır yol qəzası:ölən və yaralananlar var

12:25 Yeni Baş nazir: Parlament Novruz Məmmədova yekdilliklə səs verib

12:17 Azərbaycanda 12 sm hündürlüyündə qar yağıb

12:05 Milli Məclis Novruz Məmmədovun baş nazir vəzifəsinə namizədliyinə baxır

11:55 Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər yaralanıb

11:47 Maskalı şəxslər Bakıda evə basqın ediblər

11:42 Yerevanda müxalifətin mitinqi başlayıb

11:37 Dünya getdikcə daha çox nizamsız, etibarsız və hətta təhlükəli hala gəlir

11:33 Azərbaycanın yeni baş nazirinin adı açıqlandı

11:20 Bakıda yol qəzasında iki nəfər ölüb

11:13 Azərbaycan Premyer Liqasında XXIV tura start verilir- Bu gün

11:09 Röyadan küsülü olduğu Faiq Ağayevə barışıq jesti - Video

11:09 “Skripal işi” üzrə əsas şübhəlilər müəyyən edilib- Britaniyada

11:05 Türkiyənin qərarının ardınca Jirinovskidən təklif

10:44 “Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb”

10:40 NATO PA-nın 97-ci “Rouz-Rout” seminarı keçiriləcək- Gürcüstanda

10:36 Bakıya yeni başçı gəlir! – Abutalıbovun xələfinin adı çəkilir

10:30 Rusiya və ABŞ maliyyə nazirləri sanksiyaları müzakirə ediblər- Toplantı

10:26 Bakıda xəstəxanada yanğın olub

10:22 Erməni silahlı bölmələri atəşkəsi 93 dəfə pozulub

10:17 Azərbaycanda ilk dəfə tullantı suları ultrabənövşəyi şüa texnologiyası ilə zərərsizləşdiriləcək

10:13 Bu il içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq

10:09 “Bu, bütün dünya üçün xoş xəbərdir” – Tramp

10:05 "Artur Rasi-zadə Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb"

0:59 SİM-kartdan qızıl əldə olunacaq - Maraqlı kəşf

0:47 Firmino bu statistikaya görə bəzi müdafiəçiləri qabaqlayır

0:34 “Google” SMS-ə yeni rəqib gətirir

0:23 Yuri Maksimov altıncı ukraynalı ola bilər

0:11 Sərdar və xanımı dedi-qodulara bu paylaşımı ilə son qoydu

0:02 Bu gün bürcünüz nələr vəd edir?

20 APREL

23:59 Nikol Paşinyan: “Serj Sarkisyan istefa verməlidir!”

23:54 El Pais: Baskların ETA qruplaşması qurbanlarından üzr istəyib

23:48 Türk ordusundan ilk: Bu silah ələ keçirildi

23:42 Teymur Rəcəbov və Rauf Məmmədov Vüqar Həşimovun xatirə turnirində

23:36 Şimali və Cənubi Koreya liderləri üçün xüsusi xətt yaradıldı

23:30 Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşdü - Fotolar

23:24 Tatarstan parlamentinin spikeri Putinin qərarını tənqid edib

23:18 53 yaşlı qadın sirkə turşusu içdi

23:12 Ermənilərin Kölndəki “soyqırımı” memorialı söküləcək

23:06 Dinq Liren: “Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır”

23:00 Sarkisyanın başı dərddə - Paşinyan “etirazlara davam” dedi

22:55 Fazil Məmmədovun adamı “Atena”nı satır - Qarşıdurma

22:49 Türkiyəli ilahiyyatçı: “Qadınlar bununla kişilərə təcavüz edir” – Video

22:43 Məşhur di-cey vəfat etdi

22:37 Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəsarət alıb

22:31 Ölkənin qızıl-gümüş bazarında qiymətlər dəyişdi

22:25 İrəvanda etirazçılar hava limanına gedən yolu bağladı

22:19 Qəza zamanı avtomobilə dəymiş zərər hərrac modeli ilə qiymətləndiriləcək

22:13 Tramp açıqladı: Rusiya ilə gizli anlaşma olmayıb

22:10 Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək

22:07 Gürcüstan-Azərbaycan sərhədində sərhədçi güllələndi

22:01 Əsəd Fransanın verdiyi ordeni qaytardı

21:56 Yaponiyaya getsəniz, çıxanda rüsum ödəməli olacaqsınız

21:50 Avstriyada qatar qəzası - 54 yaralı

21:44 Bakıda müsəlman dünyasının nadir hadisəsi - Vəhdət namazı + Video

21:38 Ayrılıq səbəbi bəlli oldu - Aslı Muradı cana yığıbmış

21:32 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

21:26 Fələstinə aid tarixi xəritə Misirdən qaçırılarkən ələ keçirildi

21:20 ABŞ məktəbində daha bir atəş açılıb

21:14 Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb

21:08 ABŞ Demokrat Partiyası Rusiyaya qarşı iddia qaldırdı

21:02 Vergilər Nazirliyi və Gömrük Komitəsi razılaşdı - Kimlərə birgə nəzarət ediləcək?

20:57 Yerevanda nümayişçilər müdafiə nazirinin avtomobilini mühasirəyə alıb

20:51 İngilislər Suriya üçün küçələrə axışdı - Baş nazirə etiraz

20:45 Ata 5-ə qədər saya bilmədiyi üçün uşağa işgəncə verdi

20:39 Binəqədidə “BMW” yandı

20:33 “Time” jurnalı dünyanın nüfuzlu şəxslərinin siyahısını açıqlayıb

20:27 Axtarışda olan şəxs Salyanda özünə xəsarət yetirdi

20:21 “Betis” klub rekordunu təkrarladı

20:15 Yaponiyada vulkan 250 il sonra püskürdü

20:09 Qırğızıstan prezidenti baş nazir təyin etdi

20:05 İqtisadiyyat Nazirliyinin bəzi səlahiyyətləri yeni Agentliyə verildi

20:03 Novak: “Bu ay neftin qiyməti 80 dollara qalxa bilər”

19:58 Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq

19:52 Prezident Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

19:46 “Suriyada terrorçuların bütün tunellərini fransız şirkətləri düzəldib” – Ərdoğan

19:40 “Məhz bu amil Azərbaycan-İsrail münasibətləri üçün möhkəm təməldir” - Səfir

19:34 Bakıda polis bölməsinin ərzisində üç top mərmisi tapılıb

19:30 İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

19:28 Ərdoğan seçki kampaniyasının başladığını elan etdi

19:25 İdxal-ixrac əməliyyatlarına bu qurumlar nəzarət edəcək

19:22 XİN: “Bu, ciddi təəssüf doğurur”

19:19 Dövlət Turizm Agentliyi yaradıldı

19:16 Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı

19:10 Əfqanıstanda partlayış - 5 ölü, 10 yaralı

19:07 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi

19:04 Azərbaycanda yeni Dövlət Proqramı hazırlanır

18:59 İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı

18:53 İran nüvə sazişindən çıxmaqla hədələdi

18:47 Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfərə gəlir

18:41 “Bu, futbol terrorundan betərdi” - Ərdoğan

18:38 Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib - Fotolar

18:35 Prokuror Ziya Məmmədovun qardaşı oğlunun məhkəməsində cəza istəyib

18:32 “Nar”dan autizmli uşaqlara dəstək aksiyası

18:29 Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”



MÜSAHİBƏ

...

Əfsanə Novruz əmi:“Xalq öz qəhrəmanını unutmur”

Tarix 15.04.18, 20:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda tarixən (elə indi də) məktəb, örnək kişilər olub. Bəlkə elə onların, hamıya görünməyən, hamının tanımadığı, üzü “kadr arxasında” qalan kişilərin çiynində millət və dövlət olmuşuq. Gənc nəslə, hətta çoxlu sayda media adamlarına, lap elə geniş ictimai rəyə maraqlıdır belə adamlar. Bu gün onlardan biri - hamının Novruz əmi dediyi Novruz Həsənovla həmsöhbətəm


Kimdir Novruz əmi? Öz adıma bircə onu deyə bilərəm, yazılması məsləhət olmayan, yazılsa xeyli, həm də ciddi mübahisələr yarada biləcək qarışıq hadisələrin içindən mübarizə apara-apara, çətinliklə, həm də mənən əzilməyən, qürurlu, sağlam vicdanı ilə çıxan nadir adamlardandır.
Kimdir Novruz əmi...

1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdəndir. Hərəkatın lideri Əbülfəz Elçibəyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işğalına qarşı xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. Ölkə rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu “Ruzigar” düşərgəsi, türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən təşkil olunan “Ruzigar” kampı bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb. Xocalı soyqırımının ilk ildönümündə Ermənistan ərazisinə girib, türk döyüşçülərlə düşməndən layiqli qisas almaq üçün geniş əməliyyatı hazırlayan məhz Novruz Həsənov olub. 1994-cü ildən başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov, xidmətlərinə görə ülküçü camiədə və ölkədə Novruz Əmi kimi qəbul olunub.

Bozalqanlı Bayram kişinin oğlu...

-Gəncədə cinayət axtarış şöbəsinin rəisi idim. Mirsalam deyə bir dostumuz vardı. Bir gün Gəncəyə, bizim evə gəldi. Dedi, bir xahişə gəlmişəm, Novruz, Tovuz əldən gedəcək, ora kömək eləməlisən. Dedim, mənim elə bir gücüm yoxdur. Kiməm axı?! Orda məndən də tanınmış, hörmətli adamlar var.

-Mirsalam bəy birdən-birə belə ərkyana təkliflə sizin evə niyə gəlmişdi onda?

QEYD: Gülümsəyir. Həm də danışmaq istəmir. İnsan bunu o zaman deyir ki, özü haqda müsbət nəsə söyləyəsidir, amma söyləmək istəmir.

-Düzü hə, səbəb var. Bir halda ki, soruşmusan, cavab verim. Mirsalamın gəlişinəcən belə bir hadisə olmuşdu. Evdə qızdırmalı yatırdım. Möhkəm xəstələnmişdim. Gəncə rayonunun polis rəisi var idi - Nazim Yolçuyev. Ləyaqətli polislərdən idi. 90-nın əvvəllərində Nazim Azərbaycanda ən gənc polis rəisi idi. Əslən Qazaxdan olsa da, Rusiyada təhsil alıb gəlmişdi Azərbaycana. Cəmi otuz iki yaşı vardı o zamanlar. Hə, Nazim zəng vurdu ki, bilirəm, xəstəsən, yatırsan, amma Tovuza güclü hücum başlayıb. Mən Zahid Dünyamalıyevin (Gəncə Şəhər Polis İdarəsinin o zamankı rəisi) dəstəsi ilə gedirəm ora, sən özün gəlmə, amma adamlar göndər. Bu sözdən sonra yatmaq nədir, xəstəlik nədir?! Adamın yadına heç nə düşmür.

Dedim, Nazim, tərpənməyin, gəlirəm. Narahat oldu, dedi, gərək deməyəydim sənə. Temperaturum otuz doqquz olsa da qalxıb hazırlaşdım, getdik. Tovuzun mərkəzi meydanında camaat yığılmışdı, ortalıq qarışıq idi. Sərhəddə isə vəziyyət də çox təhlükəli idi. Nə isə, yola düşdük, səhərə yaxın Əlibəyli istiqamətində, kəndin sonunda yerləşən “Dostluq” restoranının yanında güclü döyüş gedirdi. Hərə bir mövqe tutdu, atışma başladı. Ermənilər tələfat verdi. Ara sakitləşən kimi helikopterləri endi, yaralı, meyit götürüb qalxdılar təzədən. Şükür biz zərər görmədik o gün. Dəbilqə, “bronjilet” geymişəm, birdən yadıma düşdü ki, axı mənim həm də hərarətim vardı. Əlimi alnıma apardım, inanmazsan, istilik filan qalmamışdı, sapsağlam idim. Özümə də qəribə gəldi, o vəziyyətdə gəldim, amma indi elə bil heç xəstələnməmişdim... Sonra camaatın yanına qayıtdıq. Bizimlə Tovuza gedən çox idi. Gəncədən, Qazaxdan xeyli milis (polisin o zamankı ünvanı belə idi) gəlmişdi.

Amma yerli camaat necəsə öyrəndi ki, mən Tovuzdanam. Beləcə, adamlar məni tanıdı, qəbul elədi Tovuzda. Bütün rayona yayıldı ki, Bozalqanlıdan Bayram kişinin oğlu Novruz gəlib rayona. Özüm də utanırdım bəzən bu münasibətdən, amma daha olan oldu də, adım çıxdı. Mirsalamı bizə gətirən camaatın mənə olan hörməti idi. Daha doğrusu, olduğumdan artıq populyarlaşmağım idi...

-Bəs cavabınız nə oldu?

- Dedim, orda neynəyəcəm, nəyə görə lazımam? Dedi, sən hazırlaş, yolda izah eləyərəm. Adamlar yığılıb Tovuzun meydanına, sən nə desən, eləyəcəklər rayonun müdafiəsi üçün. Bir də düşündüm ki, orda əjdaha uşaqlar var. Ləqəbləri gələndə erməniləri əsmə tutur. “Bozqurd”u var, “Çalpapaq”ı var, nə bilim, çoxdurlar. Mən necə edəcəm? Elə bu düşüncə ilə hazırlaşdım.

... kimdən artıqdırlar?!..

-Deyəsən qardaşınız da yanınızda olub həmişə?

-Hə, elədir. Sabirin ləqəbi var idi- Cekson. Adı ilə çağırmazdı onu heç kim. Bəzən olurdu günlərlə yoxa çıxırdı, evə gəlmirdi. Anam bir dəfə şikayətləndi, daha doğrusu, narahat idi bizə görə. Dedi, ay oğul, bundan yenə xəbər-ətər yoxdur. Görəsən, hardadır?.. Ölüb, ya qalıb?.. Dedim, ay ana, öləndə də öləcək də, sənin oğulların kiminkindən artıqdır?!.. Daha nəsə demədi anam nə mənlə, nə qardaşımla bağlı o söhbətdən sonra.

“Vay-vay uşaqlar postdan gələcək...”

-Gəldiniz Tovuza...

-Hə, gəldik. Mirsalam yol boyu o qədər məlumatlandırdı ki, gördüm yox, istəsəm də daha otura bilmirəm yerimdə.

Tovuzda, sərhəd Əlibəyli kəndinə, Etibar Əmiraslanovgilə getdik gecə ilə. O, “Bozqurdlar” adlanan könüllülərin komandiri idi. İki otaqlı evləri var idi. Gecə də işıq yandırmırdılar. Niyə desən, deyim. Deməli, onların evi avtomat gülləsi məsafəsində idi. Yəni üz-üzə idi ermənilərlə. O üzdən hər anları təhlükə idi. Bu çətinliyə baxmayaraq bütün ailə üzvləri bir otağa yığılırdı. İkinci otağı da döyüşçülərə vermişdilər qalmaq üçün. O otaq qərargah idi. Çox uzun söhbətimiz oldu. Etibarın atası rəhmətlik Əmiraslan kişi də bizimlə idi. Müzakirəmizin qızğın yerində, kişi əlini-əlinə möhkəm vurub dedi: “Vay, vay uşaqlar postdan gələcək, yeməklərini hələ hazırlamamışam, başım sizə qarışıb”. Təsəvvür eləyirsən? Yetmişdən çox yaşı vardı.

Uşağı yerində olanların gecə yeməyini bişirib qoyurdu, ta ki, onlar gəlib yeyib yatana qədər gözünü yummurdu. Bu, hər gün belə idi. Bir söz deyim, yadında qalsın. Nə qədər ki, o cür kişilər var, ölkə də, millət də mütləq olacaq. O məqamı yadıma salanda indi də tüküm biz-biz olur. Kişini uzun müddət müşahidə elədim. Çıxdım, Mirsalama dedim, gedirəm, dönəcəm, amma Tovuzda nə qədər, Əmiraslan kişi kimi ağsaqqallar var, bura heç nə olası deyil.

Auşevin qardaşı Kamala “dərs”...

-İnquşetiyanın prezidenti Auşev var idi, xatırlamış olarsan. Onun qardaşı Kamal Gəncə desant polkunda kapitan rütbəsində idi. Bizə gizli silah yardımları edirdi. Bir gün Gəncədən Tovuza, Etibargilə gələndə onu da özümlə gətirdim. Kamala maraqlı idi ki, görsün məhz cəbhə xəttində nə edir bizim döyüşçülər? Etibarla söhbət elədilər xeyli. Etibar da qayıtdı ki, biz istədiyimiz zaman ermənilərin ərazisinə girə-çıxa, “dil” gətirə bilirik. Kamal gülümsündü. Onun gülümsəməyi bizimkilərə xoş gəlmədi, düşündülər ki, dediklərinin doğruluğuna şübhələnir. Etibar otaqdan sakitcə çıxdı, az sonra döndü. Bir az oturduq Kamalla. Bir saat sonra Etibarın uşaqları döndülər. Sən demə, onlar ermənilərin ərazisinə gedib, özləri ilə də bir ermənini tutub gətirmişdilər... Onda qəribə bir mənzərə yarandı. Kamal gördü ki, bizim uşaqların hərbi bilikləri az ola bilər, amma döyüş əzmləri, cəsarətləri çox güclüdür. Deyim ki, Kamal həmin dönəmdə çox dəstək oldu bizə.

-İnsan etibarı qazanmaq çox çətin məsələdir. Hələ o qədər qarışıq durumda bunu qazanmaq ikiqat çətindir. Bu aydındır, maraqlı gələn başqa bir məsələ var siz necə inanıb etibar edirdiniz?

- Bax, biri elə bu danışdığım hadisə, bundan sonra necə etibar eləməmək olar o uşaqlara?! ...Bir müddət sonra AXC iqtidara gəldi, məni Tovuza polis rəisi təyin etdi, Elçibəy. Daha sanballı silahlı qruplaşmalar yaratmağa, müdafiə sədləri qurmağa başladıq. Çənlibel deyilən bir yer var, Dolmatlı dağında. Dağ Əlibəylidə yerləşir, Yuxarı Öysüzlü kəndi ilə üz-bə-üzdür. Qərargahı Etibargilin evindən oraya - dağın zirvəsinə köçürdük. O dağın da bir hissəsi xəritəyə görə ermənilərdə idi.

Biz oranı da götürdük. Sonra iş adamı Vidadi Əhmədov var idi, Tovuzun yaxşı oğullardan biriydi, ora yol çəkdirdi iki istiqamətdən, kazarma da tikdirdi ki, qalmaq, gediş-gəliş rahat olsun. Camaatın da bizə böyük dəstəyi olurdu. Sonra Tovuzda müdafiə şurası qurduq. Məni şuraya sədr seçdilər. İnamımı, bilirsənmi, bir də nə möhkəmlətdi? Deməli, iş o qədər çox, vəziyyət o qədər gərgin idi ki, tapşırıq verilirdi adamlara, tapşırığını alan həmən çıxırdı otaqdan, icraata başlamaq üçün. Bizim əsas işlərimiz də sərhəd kəndi olan Əlibəylidə görülməli idi. O, ermənilərin yaşadığı Berd rayonunun önünü kəsən yüksəkliklərin düz ətəyində yerləşən böyük kənddir. Qısa vaxtdan sonra gəldim kəndə. Gördüm, artıq başlamaq üçün kimə nə tapşırılıbsa, hamısı edilib, adam, texnika əlindən tərpənməyə yer yoxdur. Onda dəqiq dedim hə, biz bu işi bacaracağıq, bacardıq da. Bir söz də deyim. Nə olur-olsun, bunu deməliyəm. Ad verilib eləməsə də bir adam var, o, Azərbaycanın Milli Qəhrəmanıdır mənim üçün.

-Kim?

-Etibar Əmiraslanov. O adamın böyük xidmətləri var. Mütləq nə zamansa ona dəyər verilməlidir.

-Sizcə, dəyərini almayan adam, bu söhbət üçün desək, döyüşçü üçün bu nə deməkdir?

-Bilirsənmi, istənilən halda dövlətin verdiyi dəyər başqa olur. Bu o deməkdir ki, səni gördülər, qiymətləndirdilər və qəbul elədilər. Amma bu olmasa belə bilən bilir ki, Etibarın işləri məhz milli qəhrəmanın görə biləcəyi işlər idi. Xalq öz qəhrəmanını unutmur onsuz da. Əminəm ki, belə oğullar ad almasalar da, xalq onları mütləq yaşadacaq. Bu yadıma bir hadisəni də saldı, qoy onu da deyim yazarsan. Qızım ailəsi ilə birlikdə Ukraynaya, Donetskə qonaq getmişdi. Bir gün gördüm, mənə uzun bir mesaj yazıb. Yazıb ki, bir tədbirdə iştirak edirmiş yoldaşı ilə, çıxışçılardan biri qayıdıb ki, bəs bizim sıralarımızda bir qonaq var Novruz Həsənovun qızı. Biz ona iştirakı üçün sağ ol deyirik və atasına vətən qarşısında xidmətləri üçün təşəkkür edirik, həm də xahiş edirik ki, ona salamlarımızı çatdırsın. Mən o adamları tanımırdım. Onlar Azərbaycana az-az gələrdilər. Demək istədiyim odur ki, sən işini gör, mütləq adamlar səni yadlarında saxlayıb dəyərini verəcəklər. Qoy başqaları heç verməsin. Mən onda Allaha şükür elədim. Baxmayaraq ki, müəyyən haqsızlıqlar oldu, amma mən dəqiq bilirəm elə yaşamışam ki, övladlarım mənə görə heç vaxt utanmayacaqlar. Etibar da elə mənim tipimdə olan adamdır. Qızımı mənim adımdan, soyadımdan tanıyırlar. Oğlum harasa işlə bağlı gedir, ad-soyadına baxırlar əgər düzələn və təbii ki, qanunun icazə verdiyi məsələdirsə çox rahat həll edirlər. Sağ olsunlar, bu mənim qazandığım hörmətdir. Hərdən soruşan olanda ki, atan necədir, necə dolanır, necə yaşayır, hansı problemi var? Oğlun yarızarafat cavab verir ki, vallah yaxşıdır, hörmətindən tutub yaşayır. Düz deyir, mənim heç bir özəlliyim yoxdur. Nə qazandırdısa mənə döyüş yolu qazandırdı. Buna görə həyata minnətdaram.

“Dur gəl”im özbaşına olmadı...

-Həyatınızın bir Türkiyə hissəsi var. Ümumiyyətlə, mühacirətə gedən soydaşlarımızın bir xeylisini gətirdilər. Ən müxtəlif formalarda. Sizə isə birdən-birə dur gəl dedilər. Ən azından belə göründü. Siz də gəldiniz. Doğurdanmı birdən-birə baş vermişdi hər şey? Ya uzun bir proses oldu?

-Düzünü desəm o illər asan olmadı. Yəni mənim “dur gəl”im özbaşına alınmayıb. Onu kimlər eləyib necə eləyib ki, gəlmişəm, bunu ad çəkib dəqiqliklə deyə bilməyəcəm, üzürlü say. Amma bir onu deyim ki, çox yüksək postda olan adamlar əl qoydu mənim dönməyim üçün məsələyə. Rauf Arifoğlu Prezidentə yazılı müraciət etdi. Prezidentin də müdaxiləsi ilə məsələmi təkrar araşdırıb incəliklərinə qədər yenidən məlumat verdilər. Sağ olsun, Prezident, məni ona anladanları dinlədi və qərar da xeyrimə verildi. Yəni millət üçün az-çox göstərdiyim xidmətlər nəzərə alındı.

-Şərtlər də qoyuldumu?

-Şərt filan olmadı. Dedilər gəl, ailənə uşağına qovuş, üstlərində ol. Hətta dolanışığım üçün dəstək də təklif etdilər, sağ olsunlar. Söylədilər ki, istənilən probleminə yardım olmağa hazırıq... Siyasətə qarışmadım. Bu yaşdan sonra siyasət maraqlı deyil mənə.

Müdafiə Nazirliyinə çağırış...

-İlk dönəndə təəssüfünüzə səbəb olan nəsə vadımı?

-Mən 1993-də ölkədən getdim. Amma 1995-ə qədər, hərdən də olsa, gedib gələ bilirdim. 1995-dən sonra ümumiyyətlə, gələ bilmədim. Təsəvvür elə, gedəndə qızımın üç yaşı vardı, oğlumun dörd yaşı. Mən qayıdanda onların ikisi də tələbə idi.

Onların necə böyüdüyünü görməmişəm. Yanlarında ola bilməməyim ağır gəldi əvvəl-əvvəl. Sonra düşündüm ki, bu da bir həyatdır, bir sınaqdır. Özüm seçdiyim yoldur, belə yaşanmalı imiş. Mən heç unutmuram məsələn, ilk yadıma düşən adları - Novella xanımın, Çingiz Qənizadənin mənə görə çəkdiyi əziyyətləri. Onlar çox çalışdılar. Adını çəkə bilmədiyim xeyli can dostlarımız var, çox iş gördülər mənim vətənə qayıtmağım üçün. Sağ ol, deməyə fürsətim olmamışdı. İndi hamısına sağ olsunlar deyirəm. Amma dəqiq bildiyim bir şey var mənimlə bağlı məlumatları düzgün çatdırmamışdılar.

-Bunu kimlər və niyə edirdilər?

-Gəl bunu geniş danışmayaq, hər halda dövlətlə bizim aramızda olan adamlar etdilər.

-Nə deyirdilər axı?

-Demişdilər guya 1993-cü ildə, Elçibəy iqtidarda olan zamanda beş min silahlı adam hazırlamışam, dövlətə qarşı çaxacağam. Bu heç vaxt və qətiyyən olmayıb. Mən dövlətə qarşı çıxmaram. Əksinə dövlətə qarşı çıxanın qarşısında olaram.

-Yəqin olmusunuz da, Gəncə hadisələri zamanı...

-Surət Hüseynovu Tovuza girməyə biz qoymadıq. O, Azərbaycanın başqa rayonlarından basa-basa gəlib Bakıya qədər çıxmışdı, amma Tovuza girə bilmədi.

-Niyə?

-Onda Tovuzda polis rəisi vəzifəsindən getmişdim, Bakıda idim. Əmr, təyinat gözləyirdim nazirlikdən. Bir də Tovuzun polis rəisi işindən niyə çıxarıldığımın səbəbləri qaranlıq qalmışdı, onu öyrənmək istəyirdim. Yəni başım özümə qarışmışdı. Gəncədə qiyam başlayanda Müdafiə Nazirliyinə çağırdılar. Dedilər Gəncəyə, Tovuza adamlar göndəririk, istəyirik sən də gedəsən, təyyarəni gözlətmişik. O zonadan böyük təhlükə var. Surətin adamları Tovuza girə bilər. Mən də işsiz adamam, gözləyirəm, dedim gedərəm heç bir problem yoxdur.

İşsizlik!..

-Bu mövzuya qayıdacağıq, amma niyə işsiz qalmışdınız?

-Düzü özüm də bilmirdim. Ona görə Əbülfəz bəylə görüşə gəlmişdim. O da xəbər eləmişdi ki, sən işləməlisən. Dedim yox, əvvəlcə bilim, mənə deyilsin, Tovuzun polis rəisi vəzifəsindən niyə çıxarılmışam, sonra... Görüşdük Bəylə, qayıtdı ki, mən göstəriş vermişəm sənin çıxarılman üçün. Sualımı gözləmədən davam elədi: “Mənə dedilər, bəzi işlərlə məşğulsunuz orda, sən və qardaşın, çevrən. Amma əmin oldum ki, elə deyilmiş”... Bu sözlər mənə çox pis təsir elədi. Dedim mən sizin dostunuz olsam da, dəqiqliklə araşdırın, mənə güzəşt lazım deyil. Mənə iş də lazım deyil və məsələ araşdırılmayana qədər heç bir vəzifədə işləməyəcəm. Dedi, işləyəcəksən. Təkliflər də var idi, özü tapşırmışdı, çox yüksək postlara, istəmədim. Düşündüm, bu məsələlər həll olunana qədər elə Tovuza gedim. Çünki çox qarışıq söhbətlər vardı, düz olmayan məlumatlar ötürülürdü.

-Niyə axı? Hədəf olmanızın səbəbi nə idi?

- Hörmət qazanırsan, adamlar səni sevir, qəbul eləyir və kimlərinsə planını pozur varlığın. Ona görə də öldürə bilməsələr də, başqa cür aradan götürməyə, yəni hörmətsiz eləməyə çalışırlar. Amma bu da mümkün olmur. Çünki arxanda duran sıravi adamlar gerçəyi bilir və səni qoruyurlar.

Surətlə üz-üzə...

-...Qayıdaq bayaqkı fraqmentə. Getdiniz Tovuza...

-Hə qayıdaq, getdim nazirliyin adamları ilə, amma Tovuza yox, Ağstafaya. O vaxt Ağstafada balaca bir aeroport vardı, Qara Tofiqlə orda təyyarə eniş elədi. Gördüm Ağstafa icra hakimiyyətindən nümayəndələr var, hətta başçının qardaşı da oradadır, gözləyirdilər bizi. Qazax, Ağstafa, Tovuzun icra başçıları və polis rəisləri yığışıb müzakirə elədik. Müzakirədə Tovuz korpusunun komandiri polkovnik İsa Sadıqov da iştirak elədi. Belə qərara gəldik ki, Şəmkirlə, Tovuzun arasında mövqe tutulmalıdır. Ordan bu yana bir adam da buraxılmamalıdır.

Tovuz korpusundan mənə dedilər ki, sən bizimlə gələcəksən. Murad adlı bir polkovnikimiz vardı, onunla da əlaqə saxladım, Etibara da dedim, döyüşçülərə xəbər elə, yığışın, mən də gəlirəm. O qədər qarışıqlıq idi, hərə bir söz deyirdi, səs-küy başa düşürdü. Birdən Etibar qalxdı ki, bu qədər danışırsınız bir Əmini də eşidin, görək o nə deyir. Mən də dedim biz Surəti Tovuza buraxmamalıyıq. Etibar yarızarafat qayıtdı ki, vəssalam da, daha başqa nəyi müzakirə eləyirik ki?!.. O da, qalan döyüşçülər də bu qərarı dəstəklədilər. Razılaşdıq ki, Tovuzda, çaya tərəf yolda polis postu var, orda görüşək. Hazırlaşmaq üçün dağılışdıq. Gəldim Bozalqanlıya, gəlinlərimizdən biri qonşu kənddən, Qaraxanlıdandır. Hər ehtimala qarşı ailəmi yığdım gəlinin atası evinə apardım. Hər şey ola bilərdi. Ailələrimiz də təhlükədə idi onda. Sonra arxayın qayıtdım posta. Gördüm hamı yığışıb. Bakıdan bir yerdə gəldiyimiz Qara Tofiq məni kənara, üzüm bağlarına tərəf çəkdi, dedi Novruz, bunların yarısı deyir ki, postu rayonun başlanğıc nöqtəsində yox, bir neçə kilometr içəriyə doğru quraq.

-Bu nə demək idi ki?

-Tovuzun yarısı getsin, yarısı qalsın demək idi. Düşünmək belə dəhşətli idi o halda nə ola biləcəyini. Geri qayıtdım. Bir-iki kobud söz dedim, ortaya, onu indi təkrarlamağın yeri deyil, dedilər nə desən edək, bircə onlar Tovuza girməsin. Post qurduq. Surətin adamları rayona girməyə cəhdlər etdilər. Güclü atışma oldu. Onlardan da, bizdən də itki oldu, ancaq Tovuza girə bilmədilər, geri döndülər.

Surətin elçisinə cavab...

-Bildiyim qədəri ilə Sürət Hüseynovla münasibətləriniz də pis olmayıb...

-Doğrudur, əvvəllər dost idik. Münasibətimiz son dərəcə yaxşı olub. Amma demək istədiyim odur ki, mən dost dediyim adam olsa belə, dövlətə qarşı çıxıbsa, yanında yox, qarşısında olmuşam. Bu mənim dövlət əleyhinə iş görmədiyimin çox ciddi nümunəsidir. Artıq bəlli olmuşdu ki, Surətin adamları Tovuza girə bilməyəcək. Yanıma adam göndərdi. Deyim ki, o adam göndərəndə mənə məlum olmayan səbəbdən rəsmi hərbiçilərin yarıdan çoxu geri çəkilmişdi. Özü də bütün silah-sursatı, texnikanı götürərək. Yəni bir dəfə də həmlə edilsəydi biz artıq əliboş qalmışdıq. Yəqin ki, girə biləcəkdilər. Amma hələlik durum bizim xeyrimizə idi. Və buna görə bizə elçi göndərmişdi Surət. “Zobik” ləqəbi ilə tanınan Ruslan mənə dedi ki, Surət Hüseynov deyir gəlsin motelə tərəf, onunla söhbət edək. Dedim, mən indi gələ bilmirəm. Onu da dedim ki, bilmirəm bundan sonra Surəti haradasa görə biləsiyəm, ya yox, amma ona mənim adımdan de, qoy bilsin, düz yolda deyil. 

Sonra çevrildim üzümlüyə sarı. Əlimlə Surətin adamına göstərdim, dedim ki, üzümlüyün o yanı silahlılarla doludur, hansı ki, kimsə qalmamışdı artıq, Surətə de bircə addım bəriləsə, böyük fəlakət yaşanacaq. İndi bilmirəm mənim sözümü o vaxt ona demişdilər ya yox, amma həmin adam gedəndən sonra vəziyyət olduğu kimi qaldı, Tovuza tərəf gəlmədilər. 

-Sonra üz-üzə gəldinizmi heç?

-Düzü yox. O hərəkətlərindən sonra buna ehtiyac yox idi. Münasibətlərimizdə də çox sərinlik yarandı. Bir dəfə eşitdim atası dünyasını dəyişib. Bir ürəyimdən keçdi gedim başsağlığına, bəzi məsələlərə görə getmədim.

-O nə məsələlər idi elə?

-Qoy orası məndə qalsın. Getsəydim hərə bir söz danışacaqdı, yenə başım ağrıyacaqdı, o üzdən getmədim. Bir neçə il sonra bir dostumuz vardı onunla telefonda danışırdım. Dedim hardasan. Dedi Surətgildəyik, anası rəhmətə gedib, başsağlığına gəlmişik. Dedim telefonu ver ona. Anasının ölümünə görə başsağlığı verdim ona. Başqa heç vaxt və heç nəylə bağlı danışmadıq.

Bəyi götürün deyiblər...

- Mərhum AXC sədri Əbülfəz Elçibəylə yaxın idiniz. O tanışlıq necə olmuşdu?

-Gəncədə cinayət-axtarış şöbəsinin rəisi olanda bir gün məni bizim idarənin rəis müavini Bəxtiyar Əliyev çağırdı. Sonra o, Bakı şəhərinin polis rəisi də olmuşdu. Hə, Bəxtiyar dedi ki, AXC-nin sədri Elçibəy Gəncəyə gəlib, “Üç bulaq”da nahar edirlər. 

Dedim nə olsun ki? Qayıtdı bəs, burda fövqəladə vəziyyətdir, yəqin onlar buna tabe olmayacaqlar, gecikəcəklər. Biz elə həmin məqamdan istifadə edib saxlayıb, idarəyə gətirməliyik onları. Soruşdum tapşırığı kimdən alıb, dedi, Bakıdan. Dedim, bəs niyə onu, Bakıdakılar özləri tutmur. Axı o buraya Bakıdan gəlib? Bunu Gəncədə sənin, mənim əlimlə niyə eləmək istəyirlər? Niyə bunu tapşırıq alanda soruşmadın? Bəxtiyar bir az duruxdu. Sualımdakı məntiq ağlına batmışdı çünki. Dedi hər nə isə biz gedək. Gəldik restorana. Fövqəladə vəziyyət başlamasına on beş dəqiqə qalmış nahardan qalxıb yataqxanaya getdilər. Yadımdadır, rəhmətlik Nəcəf Nəcəfov da yanında idi Əbülfəz bəyin. Biz tabe olmadıqları bəhanəsi ilə saxlaya bilmədik onları. Bəxtiyara dedim, gördünmü qayda - zad pozulmadı, adamlar vaxtı gözlədi və durub getdilər. İndi mən də gedib onlarla hoteldə görüşəcəyəm. İnanmadı, dedi söz-söhbət olar. Dedim olmaz, mən getdim. Gəldim hotelə, sənədlərimi, özümü təqdim eləyən kimi Bəyin otağının nömrəsini söylədilər. Qalxdım. Qapını Nəcəf Nəcəfov açdı. İçəri girdim az sonra Bəy yan otaqdan gəldi. Özümü ona təqdim eləyən kimi, dedi bəs gəl də bayaqdan, mən elə sənin kimi adamları axtarıram söhbət eləyək... Mənim Əbülfəz bəylə də, Nəcəflə də daha sonra dostluğa çevrilən tanışlığım belə başlayıb.

-O gün saxlaya bilmədiniz yəni?

-Nəinki saxlaya bilmədik, hətta o qədər yaxınlaşdıq ki, sonra bəy Gəncəyə gələndə mənim evimdə qalırdı. Yəni biz o qədər yaxın dost olduq.

-Bəs hara qədər davam elədi bu dostluq, yaxınlıq?

-Axıra qədər. Hətta o qədər yaxın idik ki, AXC-nin ilk illərində ona söz deyə bilməyəndə məni də işə qoşurdular. 

Bəyə təzə kostyum...

-Bir gün gəlmişəm AXC-nin “Çapayev”dəki qərargahına, rəhmətlik Arif Abdullayev (Təşkilat şöbəsinin müdürü) dedi ki, Bəyin kostyumu köhnəlib, ona yenisini almışıq, amma verməyə qorxuruq, sərt reaksiya verəcək. Şifoneri açıb kostyumu mənə də göstərdilər. Tam təsadüfən bu zaman Bəy girdi otağa. Dedim Bəy, bir alıcı gözlə bax, bunu bəyənirsənmi? Necə kostyumdur? Çox arif adam idi. Keçdi gün işığı düşən pəncərənin qarşısında dayandı. Qayıtdı ki, Novruz, bax gör nətəhər kostyumdur əynimdəki? Dedim bəy pis deyil amma... Qoymadı sözüm bitsin, baş barmağını göstərib, dedi canın üçün bax belədi, əladı, özün də dünən yudurtmuşam, sağ olun təzəsi lazım deyil.

İki müəmmalı dəvət...

-Bu qədər təzyiqlər, dost xəyanəti, arxadan vurulan zərbə və sairlər... Niyə bütün varlığınızla Azərbaycana qayıtmaq istəyirdiniz? Yəni xaricdə daha rahat və gözəl əlaqələriniz, dostlarınız da var. Mümkün idi gəlmədən rahat yaşamaq...

-Düzünü deyim sənə, Türkiyəyə getməsəydim, getdiyim yer hansısa Avropa dövləti olsaydı, heç yaşaya bilməzdim. Əvvəla yaş faktoru var, bir də günahım yox idi axı, ürəyim partlayırdı az qala. Bir də ən vacibi bütün ailəm, qohumlarım burda qalmışdı. Amma Türkiyədən kənara getməklə bağlı mənə qəribə təkliflər də olub. 

-Nə qədər qəribə?

-Son dərəcə qəribə. Bir dəfə iki tanımadığım adam gəldi yanıma ki, sizə İranda yaşamağı təklif edirik. “Hər şey” deyəndə ağlına nə gəlirsə onu artıqlaması ilə vəd eləyirdilər. Birmənalı yox dedim. Özü də belə təklif iki dəfə edilib mənə. Bir dəfə mərhum Rövşən Cavadovun qardaşı Mahir İrana getməmişdən, bir dəfə də o gedəndən sonra. Qəribə təklif idi. O vaxt bunu Rauf Arifoğluna da dedim ki, bu adamlardan gözüm su içmir. Dedi Əmi, səni and verirəm, uzaq dur! Zatən uzaq idim mən. Amma Rauf da deyəndən sonra daha artıq əmin oldum ki, doğru cavab vermişəm.

-Bəs ikincisi?

-İkincisi Türkiyədə olanda gəldi. Yaxın bir dostumuz var onun vasitəsi ilə BMT-nin ofisindən, Fransa nümayəndəliyi adından mənə xəbər göndərildi ki, sizə maddi yardım etmək istəyirik, Fransa dövləti adından. Heç cür anlaya bilmədim məqsədi. Türkiyədə belə bir misal var, deyir, bayram deyil, seyran deyil, əniştəm məni niyə öpdü?!.. İndi çox müəmmalı gəldi ki, mən hara, Fransa dövləti hara? Bu yardım həvəsi nədir? Qarşılığı nə ola bilər? Amma heç nə soruşmadım. Dostumuza söylədim ki, Türkiyədə bu qədər yüksək post tutan dostlarım var. Mən heç dostlarım olan Türkiyə dövlətinin yardımını almaram, o ki, qaldı Fransa ola. Dostum güldü. Soruşdum niyə gülürsən, dedi, mən bu cavabı onlara məni çağıranda sənsiz də verib gəlmişdim... Beləcə Türkiyədə yaşamışam ta vətənə dönənə qədər.

-Türkiyədə vətəndaşlıq almağa cəhd etdinizmi heç?

-Heç yerdə vətəndaşlıq almağı özümə sığışdırmamışam. Camaat pul hayında olanda, biz həyatımıza risk edərək, vətən, torpaq qorumuşuq. İndi qoruduğum vətəndən imtina edib, başqa ölkəyə necə sığınardım? Bu mümkün olası iş deyil.

-Novruz əmi, deyirlər o vaxt Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün ölkəmizə gələn türklərlə xüsusi dostluğunuz olub...

-Axşam yeməyini onlarsız yemirdim. Bu qayda idi onlarla münasibətimdə. Qırx səkkiz nəfər idilər. Bizim yerli, azərbaycanlı döyüşçülərlə birlikdə haradasa, yetmişə yaxın idi o dəstə üzvləri. Tovuzun Kirən kəndində qurduğumuz “Ruzigar” düşərgəsində olanlar... Başqa bölgədə döyüşüb gələnləri də var idi. Məsələn, Yusif Tərtərdə döyüşmüşdü. Bir gün gördüm qanları bərk qaradır. Soruşdum noolub? Qayıtdılar ki, biz burda yeyib yatmaqdan başqa nəsə eləmirik... Detallara varmaq istəmirəm, amma onlar əjdaha döyüşçülər idi. Özümün və millətin adından onlara çox böyük təşəkkür borcumuz var onlara. Ağır şəraitdə, min bir əziyyətlə yanımızda idilər. Özü də boş oturmaq üçün gəlməmişdilər. Aralarında Atilla Kaya var idi. Xocalının ilk ildönümündə Atilla dedi ki, Əmi bizim bir qisas planımız var. Mənə anlatdı, dedim, bunu mən də düşünmüşəm, hətta ilkin hazırlıq da görmüşəm. Sadəcə, sizə qıymıram. Dedilər, bu yolda şəhid olmaq bizə şərəfdi. Bərabər bu planı həyata keçirdik və bundan sonra Atilla Qaya və Həmid İltaş bu cür əməliyyatları bir neçə dəfə təkrarladılar. Düşmənə layiqli və tarixi zərbələr idi bunlar. Fürsət düşmüşkən, onların hər birinə millətim və özümün adından böyük təşəkkürlərimi bildirirəm.

-Şəhid olanlar vardımı aralarında?

-Yaralananları oldu... Onlar bəzi əməliyyatlara girdiyi üçün, Türkiyədən gələn döyüşçülərə Tovuz rayon sakinləri kimi, yerli pasportlar vermişdim. Sonradan bu məsələni mənə qarşı vəzifə saxtakarlığı kimi qələmə verdi, bəziləri... Məqsədim o idi ki, dostlarımız döyüşdə şəhid olarsa, bu zaman cənazələr düşmən əlinə keçərsə, Türkiyəmizin adına beynəlxalq arenada söz gəlməsin. Çox şükür, o zaman hamısı sağ-salamat döndülər vətənlərinə, mən də o ittihama görə bəraət aldım. Sonra onlardan biri Türkiyədə şəhid oldu. Onu PKK-çılar şəhid etdi. Hakan işık idi adı. PKK-çılar İstanbuldakı Ülkü Ocaqlarının birinə qumbara atmışdılar, o da partlayanda digərlərinə zərər gəlməsin deyə, qumbaranın üzərinə özünü atmışdı. Mən onun dəfnində iştirak elədim. Anası qəribə qadın idi. Təsəvvür elə, dimdik durmuşdu. Deyirdi biri ölüb, o birini də verməyə hazıram, təki ölkəmiz var olsun.

- Bildiyim üzrə, torpaqlarımız uğrunda xeyli Tovuzlu şəhid oldu. Azərbaycanın hər bir rayonunda olduğu kimi, yəqin Tovuzun da Şəhidlər Xiyabanı var?

- Təbii ki, indi var. Amma onun maraqlı yaranma tarixi vardır. Döyüşlər gedəndə, şəhid olan vətən övladlarını hər ailə öz kənd qəbristanlığında dəfn edirdi. 1992-ci ilin 31 dekabrında 8 şəhid verdik. Bunlardan biri mənim dayım oğlu, polis işçisi Valentin Rzayev idi. Şəhid olan zaman bibim Savada dedim ki, Valentini yeni Şəhidliyə dəfn etmək istədiyimi dedim. O da razılaşdı və bütün yetkini mənə verdi. Və indiki Tovuz şəhidliyi belə yarandı. İndi orada 100-ə yaxın qəhrəmanımız yatır. Bu gün Tovuzda bir ziyarətgaha çevrilib, şəhidliyimiz.

Xərçənglə tanışlıq...

-Bu qədər əziyyətdən sonra, bir qəribə tanışınız oldu. Düzü dostlarınızı da qorxutdu bu yeni tanışlıq...

QEYD: Əvvəl anlamadı, sonra başa düşdü ki, xərçəng mərəzinin adını çəkmək istəmədim...

-Son ana qədər mən nəsə bilmədim axı. Bir az ağrıyırdım, gəldim müayinə olundum, dedilər bağırsağında xırda yara var.

Sonra müayinə elədilər, nəsə yazdılar pozdular, mənə elə yara dedilər. Bir də bildirdilər ki, əməliyyat olunmalıyam ki, kəsilib çıxarılsın o hissə. Amma iki seçimim vardı Rusiya və ya Türkiyəyə də gedə bilərdim. Düzü Bakıda da professor Əhliman Əmiraslanovun tapşırığı ilə çox yaxşı münasibət göstərirdi mənə həkimlərimiz. Amma belə məsləhət oldu ki, gedim Rusiyaya. Daha doğrusu özüm belə istədim. Sənədlərimi hazırladılar. O ana qədər bilmirdim məndə nə var, nə yox. Gəldim evə, sənədləri masanın üstünə qoydum ki, əynimi dəyişim. Geri dönəndə gördüm bizim xanım ağlayır. Dedim nədir, bir yüngül xəstəlikdir də gedib gələcəm, noolub axı? Qayıtdı ki, necə nə noolub, görmürsən sənədləri? Dedim görürəm küyə salma. Baxdım ki, susmur elə ağlayır. Deyir burda xərçəng yazıblar, necə bizə bildirməmisən bunu? Mat qaldım ki, axı mənim özümə də elə indicə sən dedin. O məqamda həm də anladım ki, dost-tanış niyə narahat idi mənə görə. Niyə seçim qoydular mənim qabağımda ki, xaricə get. Professor da (tanınmış iş adamı İlham Rəhimovu nəzərdə tutur) demişdi Rusiya təklifini. Başını ağrıtmayım, getdim Moskvaya. Xəstəliyi qoyaq kənara, bu sözü deməyə məqam gəzirdim. Məqam elə səninlə söhbətdə düşdü. Deməli, Rusiya Onkoloji Mərkəzinin hər mərtəbəsində azı iki-üç azərbaycanlı həkimlə rastlaşırdım.

Düzdür xəstəlik ağır məsələdir, amma Moskvada bu qədər istedadlı azərbaycanlı mütəxəssisin olmasına sevinirdim. Hə, beləcə o yan, bu yanıma keçə-keçə məni müayinə də elədilər, əməliyyat da, indi şükürlər olsun yaxşıyam...

- Cüssəli bir adamı erməni əyə bilməsin, xəyanətlər yıxa bilməsin, müharibə sındıra bilməsin, amma bir xərçəng qorxutsun?! Yəni qorxdunuzmu? Gizli deyil xərçəng adama ölümü xatırladan mərəzdir...

-Müharibədə, döyüşdə olan adamlar bilir, döyüşün qorxusu iki-üç dəqiqəlikdi. Sonra güllənin vıyıltısı sənə melodiya kimi gəlir. Xəyanətlər, mühacirlik isə sınaqlarıdır. Düşmən də düşməndir də, bilirsən ki, qarşıdan da vura bilər, arxandan da. Bu xərçəng bilmirsən harandan, necə yaxalayar. Amma obrazlı desək, yaxşı kəşfiyyatçı olsan öhdəsindən gələ bilirsən. Məndə lap ilk mərhələ idi. Həm də bağırsaqda olduğuna görə kəsib tulladılar. Amma ilk biləndə bircə şey təsəvvür elədim, fikirləşirdim, ailə, dost-tanışı incidəcəm, onun dəhşətli ağrıları olur. Gülləyə nə var ki, bir dəfə vurulursan bitir. Düzü verə biləcəyi ağrıları düşünüb, utanırdım xərçəngdən.

-İndi nə deyirlər həkimlər?

-Əlayam. Həkimlər məni əməliyyata hazırlayanda zarafatla deyirdilər ki, belə azərbaycanlı olmur nə əcəb çox tez gəlmisiniz... Axı biz özümüzü həmişə ən sona saxlayan millətik...

Məqamdan istifadə edib, mənim xəstəliklə mübarizəmdə yanımda olan bütün dostlarıma, xüsusi ilə professor İlham Rəhimova, iş adamı Qod Nişanova, həkimim professor Arif Allahverdiyevə, onun assistenti Pərvin bəyə, professor Pərvin xanım Zeynalovaya dərin təşəkkürlərimi bildirirəm.

SON: Adamlar haqqında olmadığı qədər yaxşı yazmağa son dərəcə xəsislik edirəm. Amma bu dəfəki müsahibim dəfələrlə müsahibə boyu “onu yazma ha, dövlətə ziyandı”, “bunu yazma ha, heç kim bilməsə yaxşıdır!” kimi məsləhətlər verdi. Yazılması mümkün olanların bir qismini yazdım. Yəni ilk dəfə bir adam haqqında yazdım ki, onu olduğundan az göründüyünü düşündüm. Onu çox dinlədim, müsahibədən kənar bəzi şeylər danışdıq. Başı qalmaqalda, fədakar, əziyyətləri çox, illərdir vətən həsrəti ilə yaşayan, uzaqda qaldığı illərdə belə vətəni, milləti üçün nəsə eləməyə çalışan, heç əyilməyən, yalana, həqarətə, xəyanətə uğrayanda da qürurla dayanıb başını bulayan, hərdən hamıya yerini göstərməyi bacaran adam. Elə bildim mənə görə Azərbaycandır bu kişi. Bircə fərqi var, məmləkətindən biri məmləkət, o biri məmləkət adamıdır, sözün gerçək mənasında. Özü də sözün tam mənasında nəhəng məmləkət adamı. Ona nə komandir, nə rəis, nə müəllim deməyə icazə verdi. Yaşı başı olmasa Əmini də qadağan eləyərdi yəqin. Yəni hələlik bu Əmi məsələsinə görə hesab bir sıfırdır, yəni mənim, bizim xeyrimizədir, Novruz əmi. Yetmişi tamamladınız, nə deyim, çox yaşayın, gözəl yaşayın, sizlər yaşadıqca Azərbaycanda kişilik məktəbi də bağlanmasın heç zaman! Bir də bu adamla yaxından ünsiyyətdə əmin olduğum bir şey var. Tanrı adamı yaratmır. O, adam olmaq üçün yaratdığına keyfiyyətlər verir. Qalır o ki, sən özündən necə adam yarada biləcəksən. Novruz əmiyə bu mənada özünü yaradan, Tanrısını isə yanıltmayan adam da demək olar yəqin...(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Dünya getdikcə daha çox nizamsız, etibarsız və hətta təhlükəli hala gəlir

bitmap-img3

Rakurs

Falçının zorladığı qızlardan dəhşətli açıqlamalar - Video

bitmap-img3

Seçmələr

Səlahiyyətlərini başa vurmadan ölən deputatlar...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru