Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfran İsmayılov onu təhqir edənlərdən danışdı


“Qarabağ”-“Kopenhagen” oyunundan sonra sosial şəbəkələrdə tənqid atəşinə tutulan Əfran İsmayılov danışıb


PİA.AZ  xəbər verir ki, azxeber.com-un suallarını cavablandıran gənc futbolçu onu tənqid və təhqir edən sosial şəbəkə istifadəçilərinə cavab verib. Futbolçu oyunlarda zəif çıxış etməsi ilə bağlı iddiaların doğru olmadığını söyləyib:

“Hər oyuna çıxanda çalışıram ki, əlimdən gələni edim. Çalışıram ki, komandama xeyrim dəysin. Futbolçu hər zaman yaxşı oynaya bilməz. Bəzən oyunumuz alınmaya da bilər, zəif də təsir bağışlaya bilərik. Mən sosial şəbəkələrdə yazılanlardan xəbərdaram, məni söyənlərə demək istəyirəm ki, hər kəs öz tərbiyəsini göstərir. Mən tənqidi normal qarşılayan insanam, ancaq təhqirlər o adamların tərbiyəsini göstərir”. 
 
Əfran İsmayılov sosial şəbəkələrdə ailəsi ilə bağlı problemləri olduğu üçün oyunlarda zəif iştirak etməsi ilə bağlı iddialara da cavab verib. O, ailəsində heç bir problemin olmadığını bildirərək, bu iddiaları təkzib edib:
 
“Necə oldu ki, bunu bir nəfər eşitdi? Təbii ki, belə bir şey yoxdur. Ailəmdə hər şey qaydasındadır. Dediyim kimi, bəzən oyunumuz alınmaya bilər. Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil”. 
 
Futbolçu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ev görüşündə qazandığı qələbənin şanslarını artırdığını deyib:

“Önümüzdə çox məsuliyyətli bir oyun var. Bu mərhələni keçsək, qrupa düşürük. Biz bütün gücümüzlə çalışacağıq ki, xalqımıza bu sevinci bəxş edək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar