Əfqanıstanın Nanqarhar əyalətində kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 65 nəfər yaralanıb
APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.
Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilib.
İŞİD terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
pia.az