Əfqanıstanın təhlükəsizlik qüvvələrinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində "Xakkani Şəbəkəsi" terrorçu qruplaşmanın 25 üzvü məhv edilib
PİA.AZ "Report"-a istinadən xəbər verir ki, ölkənin şərqindəki Paktika vilayətinin terrorçulardan təmizlənməsi üçün əməliyyat keçirilib.
Əməliyyat zamanı 30 terrorçu yaralanıb. Dinc əhali və təhlükəsizlik qüvvələri arasında ölən və yaralanan olmayıb.
pia.az