Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Efiopiyalı jurnalistdən Azərbaycan haqqında açıqlama


"Azərbaycan demokratik ölkədir. Burada hər adam öz fikrini və rəyini azad ifadə edib, istədiyi mövzuda danışa bilər"


Bu fikri tanınmış jurnalist, Efiopiyanın EBC teleradio korporasiyasının “104.7 FM” radiosunun baş redaktoru Yonas Teşome Getane AzərTAc-ın müxbirinə müsahibəsində səsləndirib.

Baş redaktor qeyd edib ki, Azərbaycan dinamik inkişaf edən ölkədir. Onun inkişafının və nailiyyətlərinin miqyası insanı heyrətləndirir. Y.T.Getane deyib: “Mən Azərbaycanda iki dəfə - “Bakı–2015” birinci Avropa Oyunlarının keçirilməsindən bir il əvvəl və bilavasitə Avropa Oyunları zamanı olmuşam. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycana və onun çox mehriban, xeyirxah, ünsiyyətcil və qonaqpərvər insanlarına vurğunam. Bu gün Azərbaycan dinamik inkişaf edən gözəl ölkədir. İnanmaq çətindir ki, Azərbaycan belə misli görünməmiş nailiyyətlərə, belə möhtəşəm inkişafa və tərəqqiyə cəmi 20 ildə nail olub. 

Düşünürəm ki, bu irimiqyaslı inkişafın əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və indiki yüksəliş onun müdrik siyasəti nəticəsində baş verir. O, Azərbaycanda hakimiyyətə gələndən sonra ölkədə sürətli inkişaf və çiçəklənmə prosesi başlayıb. Onun ölkənin inkişafı ilə bağlı yürütdüyü siyasət mənim üçün ən yaxşı örnəkdir. Heydər Əliyev böyük iş görüb. Azərbaycanda gördüyüm hər şey məni səmimi şəkildə təəccübləndirirdi. Bircə onu demək yetər ki, burada hətta şəhərdə gəzişən gənclərin belə ovqatı xoşdur. 

Gözəl geyinib-keçinən bu gənclərin simasından təbəssüm əskik olmur. Bütün bunlar onu göstərir ki, insanlar firavan ölkədə yaşayır və bəxtiyardırlar. İnsanların bəxtiyar görünməsi ölkədə yaxşı dövlət idarəçiliyinin, firavanlığın göstəricisidir”.

Birinci Avropa Oyunlarından danışan Y.T.Getane bildirib ki, gördükləri misli görünməmiş mənzərə, fantastik və parlaq tamaşa idi. Jurnalist deyib: “Mən Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilinə və miqyasına valeh oldum. İndiyədək müşahidə etdiyim dünya çempionatları və olimpiadalar ilə müqayisədə Avropa Oyunları sadəcə inanılmaz və fantastik idi. Azərbaycan buna ən yüksək və layiqli səviyyədə müvəffəq oldu. Ən maraqlısı da yeniliklərin çoxluğu idi. Gördükləri idmançıları da, qonaqları da yaxşı mənada təəccübləndirdi. Onlar Bakıda olmaq imkanına görə sevinirdilər. Qeyd edim ki, Avropa ölkələri Azərbaycanda çox şey öyrəndilər, çünki Azərbaycan hər şeyi ən yaxşı şəkildə etdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar