Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədliyyə generalından bir milyon tələb ediblər - Dağıstandan Azərbaycana mesaj

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə hazırlıq, hədə-qorxu ilə tələb etmə, kompüter məlumatlarının saxtalaşdırılmaqda ittiham olunan Zaur Hüseynov, Emil Yüzbəyov və Əlisultan Yüzbəyovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir


PİA.AZ bildirir ki, virtualaz.org qapalı keçirilən bu məhkəmə prosesində baxılan cinayət işinin sensasion təfərrüatlarını əldə edib.

 Belə məlum olur ki, təqsirləndirilən şəxslər Azərbaycan Baş prokurorluğunun Maddi-Texniki Təminat Şöbəsinin rəisi, ədliyyə generalı Niyaz Balaca oğlu Məmişovun nəvəsini, digər ailə üzvlərini oğurlamaqla hədələyib, ondan 1 milyon dollar pul tələb ediblər.

İttihama görə, Zaur Hüseynov tanışları Emil və Əlisultan Yüzbəyovla cinayət ələqəsinə girərək mütəşəkkil dəstə yaradıb, həmin dəstəyə rəhbərlik edib. Qruplaşma üzvləri N.Məmişovun qardaşı, bizneslə məşğul olan Tərlan Məmişov və onun yaxın qohumlarına məxsus əmlakı ələ keçirmək məqsədilə onların öldürlməsini planlaşdırıblar.

İstintaqın versiyasına görə Zaur Hüseynov ötən ilin sentyabrında Rusiya ərazisinə keçərək, “Şirvanovka” nəzarət-buraxılış məntəqəsindən İMEİ kod göstəriciləri dəyişdirilmiş mobil telefonla Niyaz Məmişova “Whatsapp” proqramı vasitəsilə mesaj göndərib. Generalı qızının, qardaşlarının və nəvəsinin rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən öldürüləcəyi ilə hədələyərək üç gün ərzində 200 min dollar verilməsini tələb edib.

İstintaq materiallarında deyilir ki, Z.Hüseynov generala təxminən bu məzmunda mesajlar göndərib: “Sənin nəvənin 200 min dollar nəziri var, üç gün ərzində bu nəziri versəniz hər şey yaxşı olacaq, əgər vermək istməsəniz təəssüf ki bizim istəmədiyimiz şeylərə əl qoyacağımıza şərait yaratmış olacaqsınız. Məbləği hansı şəhərdə təhvil verməyinizi deyəcəyım. Əks halda siz bir neçə milyona da bunu bərpa edə biməzsiniz”; “Demək sən mənim dediyimi başa düşmədin, ya da pul sənə nəvəndən şirindir”; “Sənin ölümün prokurorluğun 4-cü mərtəbəsində olacaq, otağın solunda seyfin yanında. Birinci kimin öləcəyini axşam saat 8-də zəng vurub deyəcəyəm”.

Z.Hüseynov iki dəfə Dərbənd şəhərindən N.Məmişovla telefon əlaqəsi yaradıb, onunla danışıb. Hədə-qorxu mesajları sentyabrın 15-ə kimi davam edib. Sonuncu dəfə isə Z.Hüseynov Məmişovdan ən geci sentyabrın 20-ə kimi 1 milyon dollar verməyi tələb edib.

Lakin təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamları qəbul etmirlər. Zaur Hüseynov Niyaz Məmişova mesaj yazıb pul tələb etdiyini etiraf etsə də, məqsədinin kiminsə pullarını ələ keçirmək olmadığını deyir. “Məsələ ittihamda yazıldığı kimi deyil. Məqsədim Niyaz Məmişovdan mənə borclu olduğu pulu almaq olub”-təqsirləndirilən şəxs ifadəsində bildirib.

Z.Hüseynov ifadəsində 2005-ci ildən sahibkar kimi tikinti sektorunda işlədiyini, özünə tikinti briqadası qurduğunu, təmir-tikinti işləri apardığını göstərib. O, Baş Prokurorluğun şöbə rəisi üçün Xaçmazda ev tikintisinə rəhbərlik edib.

İfadəsində bildirib ki, 2009-cu ildən etibarən N.Məmişovla işlədiyirdi, onun Xaçmaz rayonu Muxtadır qəsəbəsindəki evini, oqardaşı Tərlan Məmişovun həmin kənddəki “Lider” adlı mağazasını, Xudat şəhərində Məmişpv qardaşlarının ata evlərinin tikintisini həyata keçirib.

2015-ci ilin sonlarında Tərlan Məmişov ona özünün Xudatdakı evinin sökülüb yenidən tikilməsini də tapşırıb. Amma həmin evin söküntü-tikintisi zamanı T.Məmişovla münasibətləri pozulub və general onu işləməyə qoymayacağı haqda xəbərdarlıq edib.

Belə ki, evin tikinti işlərinin başa çatmasına az qalmış N.Məmişov Z.Hüseynova pul verməkdən imtina edib. O, tikinti materiallarına nisyə aldığından külli miqdarda borcları yığılıb. Habelə işçiləri ondan pullarını istəyəndə çıxılmaz vəziyyətə düşüb. N.Məmişov ümumi borcun bir hissəsini ödəsə də, 40 min manat pulu verməkdən imtina edib. Əsəblərinə hakim ola bilməyən Z.Hüseynov isə N.Məmişovdan qisas almaq üçün ona mesaj yazaraq hədələyib, pul tələb edib.

Digər təqsirləndirilən Yüzbəyovlara gəlincə isə onlar ifadələrində ümumiyyətlə N.Məmişovu tanımadıqlarını göstəriblər. Danışıqlar zamanı istifadə edilən mobil telefon Ə.Yüzbəyovun həyat yoldaşı Şəbnən Əliyevaya məxsus olub. Ə.Yüzbəyovun əmisi oğlu Emil Xudat şəhərində kompüter və telefon ustası işləyib. Z.Hüseynov Emildən köhnə telefon almaq istədiyini deyib, o da əmisi oğlu Əlisultanın arvadının köhnə telefonunu satmaq istədiyini bildiyindən həmin telefonu ondan alıb Zaura satıb.

İstintaq zamanı E.Yüzbəyov ifadəsində daimi müştərisi Z.Hüseynovun prokurorluqda yüksək vəzifədə işləyən şəxs tərəfindən haqsızlığa uğradığını, həmin şəxsə zəng vurub ailə üzvlərini hədələmək üçün mobil telefon lazım olduğunu deyib: “Valideynlərim rəhmətə gedib. Əmimin ailəsi ilə birgə baba evində tək yaşayıram. Özüməməxsus telefon-komputer emalatxanasında işləyirəm. Zaur dedi ki, haqqı olan 400-500 min manatı tələb edəcək. Bu işin müqabilində gələn il Həcc ziyarətinə 20 mömin göndərəcək, həcc səfərlərinin xərclərini verəcək. Həmin yüksək vəzifəli şəxsin adını soruşdum, demədi. Mənə dedi ki, zənglər Rusiyadan ediləcək, heç bir problem olmayacaq”.

Məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilir.

Təqsirləndirilən şəxslər isə onların işinə ədalətli baxılması üçün baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və prezident İlham Əliyevə müraciət edərək kömək istəyiblər.

Z.Hüseynov müraciətində qeyri-qanuni, qərəzli həbs olunduğunu, N.Məmişovun baş prokurorun adından istifadə edərək məhkəməyə təzyiq göstərdiyini, artıq işin obyektiv aparılacağınıa ümidi qalmadığını göstərib.

“Niyaz Məmişovun əməllərindən, pulları mənimsəməsindən xəbərdar olduğuma görə məni aradan götürmək üçün həbs etdirdi. Həbs olunmamışdan bir neçə gün öncə qardaşı Tərlan üstümə silah çəkərək məni hədələdi, qardaşından borcumu istəyəcəyim təqdirdə gülləni beynimə dolduracağını bildirmişdi”-təqsirləndirilən şəxsin müraciətində bildirilir.

Z.Hüseynov ədliyyə generalını telefonda hədələdiyini inkar etmir, ancaq deyir ki, bunu Məmişovdan pullarını ala bilmədiyi üçün edib

“Əsəbi olduğuma görə ona zəng vurub acıqlı danışdım. O da mənə şər atıb həbs etdirdi.Xahiş edırəm azadlığa çıxmağıma və hüquqlarımın bərpa olunmasına kömək edəsiniz...”-Hüseynov “yuxarılardan” belə xahiş edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar