Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Məlikovun Çin yumurtaları: Genefondumuz pul naminə məhv edilir - Video


Görünür ki, bizim insanlarımızın canlarının bir yumurta naminə əldən getməsi cənab Məlikovun vecinə belə deyil. Əgər vecinə olsaydı bu “kütləvi qırğın silahı”nı ölkəmizə gətirməz, insanlarımızı sağalmaz dərdlərə mübtəla etməzdi.


İnsan sağlamlığına ciddi ziyan vuran kimyəvi tərkibli yumurtalar ölkəmizə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır …

Son zamanlar sosial şəbəkələrdə kimyəvi tərkibli yumurtalar əsas müzakirə obyektlərinə çevrilib. Sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, yumurtalar qaynadıqdan sonra politilenə çevrilirlər. Bəs bu yumurtalar ölkəyə necə daxil olur? Ölkənin qida təhlükəsizliyndən məsuliyyətli olan qurumlar hara baxır və bəzən sosial şəbəkələrdə “kütləvi qırğın silahı” olaraq da tanıdılan bu yumurtaların satışı niyə qadağan olunmur?



Bu suaların cavabını tapmaq üçün Rubrika.az olaraq yola çıxdıq. Və açığı deyək ki, apardığımız jurnalist araşdırmasının nəticələri bizi belə mat qoydu. Çünki biriləri məhz pul qazanmaq naminə bu ölkənin vətəndaşlarının genefondunu məhv etməklə məşğul olur. Bilərəkdən və məhz pul qazanmaq naminə…

Maraqlıdır ki, Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar və bu qurumların vəzifəli şəxsləri də dükan və marketlərdə xalqımızın genefondunu məhv edən ərzaqların, ayrıca olaraq isə yumurtaların satışına göz yumurlar. Niyə?.. Bu sualın da cavabını çox maraq edirik və əslində həmin qurumlardan bir açıqlama da gözləyirik.

Ümumi mənzəyəyə görə isə deyə bilərik ki, Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar sadəcə tapşırıqla işləyirlər və hansısa tapşırılmış malın satışını qadağan olunması onların səlahiyyətləri xaricindədir. Çünki söhbət monopoliyadan və kimlərinsə böyük pullar qazanmasından gedir. Bu kimi məsələrədə isə söhbət ölkənin əsas monopolistlərindən biri və birincisi olan, Azərbaycan gömrüyünün kölgə patronu Əbülfəz Məlikovdan gedirsə, onda doğurdan da Azərbaycanın qida təhlükəsizliyindən məsuliyyətli olan qurumlar səlahiyyəsizləşirlər.



Qeyd edək ki, mətbuatın “monopoliya naziri” olaraq“ taclandırdığı” Əbülfəz Məlikovun bu qədər külli-ixtiyar sahibi olmasının səbəbini tam olaraq bilməsək də, onu əminliklə deyə bilərik ki, xaricdən, daha doğrusu, Çindən ölkəmizə yumurta gətirmək səlahiyyəti ancaq Əbülfəz Mlikova aiddir və onun bu monopoliasına heç kim müdaxilə edə bilməz. Əslində Əbülfəz Məlikovun ölkəyə gətirdiyi heç bir malın monopoliyasına heç kim müdaxilə edə bilməz də, amma bizim araşdırmamız sırf yumurta ilə bağlı olduğundan bu yazımızda da, ancaq cənab Məlikovun “kütləvi qırğın silahı” olan yumurtalarından söhbət edəcəyik.

Qeyd edək ki, Məlikovun “kimyəvi yumurtaları”nı araşdırırkən bir neçə mənbə ilə əlaqə saxlamışıq və bu mənbələr bu yumurtaların ölkəyə məhz Əbülfəz Məlikov tərəfindən gətirildiyini təsdiq ediblər. Xatırladaq ki, həmin yumurtaların Rusiya daxil olmaqla bir sıra MDB ölkələrinə ixracı da qadağan olunub. Amma Azərbaycanın günündə olan ölkələr də yox deyil…

Maraqlıdır ki, bu kimyəvi yumurtalar ölkəmizə xaricdən, konkret olaraq Çindən gətirilsə də, adətən bu yumurtaların üzərində yerli məhsul olduğu göstərilir. Əlaqə saxladığımız mənbələrin bildirdiyinə görə faktiki olaraq Gömrük Komitəsinin rəsmi sənədlərində Çindən ölkəyə yumurta ixacı ilə bağlı heç bir qeydə rast gəlmək mümkün deyil. Əbülfəz Məlikov bu yumurtaları ölkəmizə qeydiyyatsız keçirir, (doğurdan da bu adamın Gömrük Komitsəindəki qüdrətinə valeh olmamaq olmur), və Əbülfəz Məlikov bu yolla ilk gəlirini gömrük rüsumu ödəməməklə əldə edir. Daha sonra isə yumurtaların üzərinə yerli məhsul birkaları vurulur və bu yumurtalar yerli məhsul adıyla satışa çıxarılır. Bu yumurtaların yerli məhsul olaraq satışa çıxarılmasının ölkəmizə tək xeyri isə statistik rəqəmlərdə meydana çıxır. Yəni ölkədə yumurta istehsalı “artır”. Hər şey bu qədər bəsitdir.



Bəsit olmayan isə odur ki, həmin yumurtalardan insanların sağlamlığına ciddi ziyan dəyir. Bu yumurtalarla qidalanan insanlar xərçəng kimi, sonsuzluq kimi bir çox sağalmaz xəstəliklərə tutulurlar və daha sonra həm canları, həm də malları əllərindən gedir. Amma görünür ki, bizim insanlarımızın canlarının bir yumurta naminə əldən getməsi cənab Məlikovun vecinə belə deyil. Əgər vecinə olsaydı bu “kütləvi qırğın silahı”nı ölkəmizə gətirməz, insanlarımızı sağalmaz dərdlərə mübtəla etməzdi.

Sonda heçab edirik ki, bu yazıdan sonra əlaqədar qurumlar bu mili təhlükəsizlik məsələsini diqqətə alacaq və kimyəvi yumurtaların ölkəmizə gətirilməsinə bir dəfəlik qadağa qoyulacaq.

Mənbə: Rubrika.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar