Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəz Elçibəyin yubileyi ilə bağlı tədbirlər keçiriləcək


“Əbülfəz Elçibəy -80” yubiley tədbirləri ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı


04 fevral 2018-ci il tarixində bir qrup ziyalı və tanınmış ictimai xadimin, Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına,  ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına etdiyi müraciətə cavab olaraq, Azərbaycan Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirildi.

Toplantıda Xalq Hərəkatının iştirakçılarından olan Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov o cümlədən “Günaz Tv” nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai –siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və mediya mənsubları iştirak edirdilər. Toplantıda “ Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün İctimaiTəşkilat Komitəsi yaradıldı. Təşkilat komitəsinə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədrin müavini seçildi. Bundan sonra toplantı İctimaiTəşkilat Komitəsinin iclası kimi davam etdirildi. 

Qərara alındı ki, İctimai Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxilsin. Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbriləri ilə bağlı təkliflər səsləndi, müzakirərlər aparılaraq bir sıra qərarlar qəbul edildi. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün işçi qrupunu yaratdı. Qərara alındı ki, bundan sonra yığıncaqlar əsasən işçi qrupun üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar