Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayevin məmurundan prezidentə şikayət: “Mən sahibsiz deyiləm”


YAP-çı gənc kadr müdirinə ultimatum göndərdi: “Mən sahibsiz deyiləm”


Məmur özbaşınalığından bezən şikayətçi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını Göygölə dəvət etdi...


Bir neçə gün öncə öz müdirinin qanunsuz əməllərindən fəryad edən Göygöl Mədəniyyət və Turizm şöbəsində məsləhətçi işləyən Şahin Məmmədov yenidən Moderator.az-a üz tutaraq saytda gedən yazıya görə müdirinin onu təhdid etdiyini iddia edərək prezidentdən kömək istəyib:

"Hörmətli redaksiya, Sizə ünvanladığım məktubu işıqlandırdığınız üçün təşəkkür edirəm. 

Mən Məmmədov Şahin Şakir  oğlu  04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. Hal-hazırda da həmin ünvanda yaşayıram. Atam birinci qrup əlildir. Ali təhsilimi fərqlənmə diplomu ilə başa vurmuşam. Hərbi xidmətdə ön xəttdə zabit kimi qulluq etmişəm. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 06 oktyabr 2011-ci il tarixdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləyirəm. Həmin vəzifəyə  DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini kəçərək qəbul edilmişəm. 

Sizə ünvanladığım Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Hümbətovanın korrupsiya əmələri ilə bağlı  məktubu işıqlandırdığınızdan sonra bu gün 31.07.2014-cü il tarixdə saat 19:30 radələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri xanım Ş.Q.Hümbətova və Göygöl Şəhər İnzibati Dairəsi üzrə İcra Nümayəndəliyinin baş mühasibi, ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva yanıma gələrək ailə üzvlərimin yanında məni təhdid etməyə başladılar. Belə ki, xanım Hümbətova “sənin başına oyun açdıracam, sən hələ bilmirsən kiminlə münaqişəyə girmisən, həyat yoldaşım və oğlanlarım səni "başa salacaq". Səni məhkəməyə verəcəm. Bir daha mənim əməllərimlə bağlı harasa müraciət etsən sənin üçün axırı pis olacaq. Məhkəmədə bütün işçiləri sənin üzünə qoyacam, səni tutduracam” deyərək təhdid etdi. Daha sonra “bütün bunları sən özün etdin, mən də səni işdən azad etdirdim. Vaxtında sözə qulaq asıb dediyim sənədləri imzalasaydın belə olmazdı. Sənə nə var mən inventar avadanlıqların, dəftərxana ləvazimatlarının qiymətini necə yazıram? Sənə qalıb korrupsiya ilə mübarizə aparmaq?” kimi sözlər işlədərək məni ailə üzvlərimin yanında pis duruma saldı.

Bütün bu təhdidlərə cavab olaraq qeyd etmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı məqsədyönlü və qətiyyətli addımları görüb dərk etmişəm. Bu mübarizənin uğurla yekunlaşacağından da əminəm. Xanım Hümbətova kimi birisi üçün mənim kimi bir gəncin həyatını ləkələmək, onu bütün dövlət orqanlarında işləmək imkanından məhrum etmək adi bir haldır. Xanım Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, artıq etdiyi qanunsuz əməllər üzə çıxacaq. Çünki bilir ki, 2013-cü ilin iyun ayının 2-də mənə imzalamam üçün verdiyi və mənim imzalamadığım aktlara Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən gəlib baxsalar, xanım Hümbətova nəinki işindən azad olunacaq, həm də heç yerdə işləməyən həyat yoldaşına aldığı 25000 manatlıq “Hunday” avtomobili, övladlarına tikdirdiyi villalar barədə ondan hesab sorulacaq.

Xanım Hümbətova məni SAHİBSİZ bilir, ona görə məni təhdid etmə cürəti tapır və məni ailə üzvlərimin yanında təhdid edə bilir. Amma yanılır, mən SAHİBSİZ deyiləm. Mənim günü-gündən inkişaf edən, bütün vətəndaşlarına hər cür imkanlar yaradan, hüquqlarını qoruyan dövlətim var.

 Xanım Hümbətova təşviş içərisindədir. Çünki bilir ki, axır əvvəl ifşa olunacaq, tutduğu qanunsuz əməllərinə görə qanun qarşısında cavab verməli olacaq. Mən xanım Hümbətovanın təhdidlərindən çəkinmirəm, çünki dövlətimə, onun Prezidentinə bütün varlığımla inanıram. Xanım Hümbətova, Siz məni tutduğum düz yoldan çəkindirə bilmərsiniz!"


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar