Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Musiqili Teatrın aktyorunu mükafatlandırıb


Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.

Qeyd edək ki, Əliyev Ələkbər Həsən oğlu 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyoru” fakültəsini bitirib, elə həmin il təyinatla Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Musiqili Komediya Teatrına) gəlib. Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə. Əliyev ilk addımlarından teatr ictimaiyyətinin diqqətini cəlb edib. Ə. Əliyevin ifa etdiyi Rüstəm bəy “O olmasın, bu olsun”, Vəli “Arşın mal alan”, Kəblə Qubad “Ər və arvad” (Ü. Hacıbəyli), İbiş İbişli “Adamın adamı” (V. Adıgözəlov, Anar), Şükürbəyli “Məsmə xala dayımdır” (R. Mustafayev, C. Məmmədov), Nümayəndə “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan “Yeddi məhbusə anası” (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili “Xanuma” (V. Dolidze, A. Saqarelli), Ağa Zaman “Kimyagər” (S. Kərimi, Ə. Ol), Eynəkli “Milyonçunun dilənçi oğlu” (S. Ələsgərov, Ş. Qurbanov), Rüstəm “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), Doymazov, Nazirov “Volqalı canan” (R. Mustafayev, A. Qüdrət), Kişi “Toya bir gün qalmış” (Ə. Səmədli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb. 

Ələkbər Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar