Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Musiqili Teatrın əməkdaşını mükafatlandırıb


Azərbaycan Dövlət Musiqili Teatrının konsertmeysteri Nərminə Əbdürəhmanovanın bu günlərdə 60 yaşı tamam olur


Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Nərminə Əbdürəhmanovanı təbrik edib, milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış pianoçunu mükafatlandırıb.

Əbdürəhmanova Nərminə Məşədi Ağa qızı 24 dekabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1976-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin “Fortopiano” fakultəsini, 1981-ci ildə Bakı Musiqi Akademiyasını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri S. Hacıbəyov adına Musiqi məktəbində müəllimə kimi başlayıb. 1995-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrının (o vaxtki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının) vokal sinfi üzrə konsertmeyster vəzifəsinə təyin olunub. Teatrda işlədiyi müddət ərzində bir çox tamaşalara konsertmeysterlik edib. O cümlədən, “Qısqanc ürəklər” (Ramiz Mirişli, Marat Haqverdiyev), “Qızıl toy” (Oktay Kazımov, Ramiz Heydər), “Subaylarınızdan görəsiniz”, “Hərənin öz ulduzu”, (Süleyman Ələsgərov, İsi Məlikzadə), “Nəğməli Könül” (Emin Sabitoğlu, Xalidə Hasilova), “Səhnədə məhəbbət” (Sərdar Fərəcov, Əli Əmirli), “Talelər qovuşanda” (Rauf Hacıyev, Faiq Zöhrabov, Elxan Ocaqov), “Bir günlük siğə”, (Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin), “www.ferzeli-kef.com” (Emin Sabitoğlu, Cahangir Məmmədov) və başqa tamaşaların hazırlanmasında Nərminə xanımın böyük əməyi olub. Kollektiv tərəfindən də çox sevilən pianoçuya Mədəniyyət və Turizm nazirinin bu diqqəti hər kəsə sevinc bəxş edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar