Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbülfəs Qarayev Fransa turizm sənayesinin nümayəndələrilə görüşüb


Görüşdə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb


Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələrinin təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul edib. 

Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Görüş zamanı nümayəndə heyəti ilə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparılıb.

Nazir Azərbaycan mədəniyyətinin və turizminin Fransada tanınması üçün son illər görülən işlərdən danışıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Fransanın bir çox şəhərlərində müxtəlif layihələrin həyata keçirildiyi haqqında məlumat verib. Bildirilib ki, bu günlərdə Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondunun "Azərbaycan şəhərciyi" təşkil edilib, eləcə də Azərbaycanın Fransada 2015-ci il sentyabrın 29-dan, oktyabrın 2-dək keçiriləcək Top Resa sərgisində iştirakı və Fransa media nümayəndələri üçün hər il təşkil olunan info turlar haqqında məlumat verilib. 

Öz növbəsində, qonaqlar nazir Əbülfəs Qarayevə təşəkkür edərək, Azərbaycanın Fransada daha da tanıdılması üçün təmsil etdikləri təşkilatların aktiv fəaliyyət göstərəcəklərini vurğulayıblar. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar