Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ebru Gündeş və Rza Zərraba böyük şok


Müğənni Ebru Gündeş və həyat yoldaşı Rza Zərrab Kanlıcada yerləşən tarixi villanı alaraq icazəsiz təmir etdikləri üçün məhkəməyə verilmişdilər


Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, hər ikisinin işinə ayrı-ayrlıqda baxıldığı üçün hazırda ABŞ-da həbsdə olan Rzanın məhkəməsi artıq keçirilib. Prosesə iş adamının vəkili qatılıb.

Məhkəmədə villanın keçmiş sahibi danışaraq oranı ilk aldığında xaraba vəziyyətdə olduğunu, qanuna və tarixi binanın əslinə uyğun olaraq təmir etdirdiyini bildirib. Lakin təmirlər bitməmiş səhhətindəki problemlərinə görə mülkü R.Zərrabdan əvvəlki sahibinə satıb:

"Məndən sonra aparılan təmir işlərini və dəyişiklikləri bilmirəm. Daha sonra mətbuatdakı fotolarda gördüm ki, dəyişiklik edilib. Villalardan biri yüksəldilmişdi".

Rza Zərrabın ifadəsinin alınması üçün proses təxirə salınıb.

Daha sonra Ebru Gündeşin məhkəməsi olub. İttihamnamədə villaların tarixi binaların qorunmasına zidd şəkildə təmir etdirildiyi, villalar arasında lift tikildiyi, binaların icazəsiz birləşdirildiyi, pəncərələrin dəyişdirildiyi, balkonun bağlanılaraq içəriyə daxil edilməsi, binanın özünəməxsus memarlığının məhv edildiyi bildirilib.

Məhkəmə son qərar üçün təxirə salınsa da, bütün edilən dəyişikliklərin sökülməsi qərarı çıxarılıb. Bu qərarla Rza və Ebru milyonlar xərclədiyi təmiri sökdürməli olacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar