Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əbədi təyin olunan ombudsmanın 57 faizlik fəaliyyətsizliyi


Hüquqşünas Ələsgər Məmmədli: “Ombudsman bir çox şikayətlərə ya vaxtında baxmır, ya da onları, ümumiyyətlə, cavabsız qoyur”


Milli Məclisin İnsan hüquqları komitəsinin martın 1-də keçirilən iclasında Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2016-cı il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.

Müzakirədə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki , illik məruzə hərtərəfli hazırlanıb. Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində xeyli işlərin görüldüyünü, bu sahənin dövlət üçün prioritet olduğunu bildirib:

Milli Məclisin Ombudsman Aparatı ilə əməkdaşlığı yüksək səviyyədə qurulub. Ombudsman Aparatının komitə ilə əməkdaşlığı da getdikcə genişlənir”. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib ki, qurumun 15 illik fəaliyyəti dövründə onun ünvanına 148750 müraciət daxil olub: “Yalnız 2016-cı ildə 18 740 müraciət daxil olub. Həmin müraciətlərin 70,1 faizi şikayətlərdən, 29,9 faizi ərizələrdən ibarət olub”.

Aparat rəhbəri qeyd edib ki, ümumilikdə 2016-cı ildə müvəkkil tərəfindən 3636 şəxs qəbul edilib. Daxil olan ərizələrin 57 faizi icraata götürülməyib. Elə məhz bu məqamın özü də aparatın fəaliyyəti ilə bağlı sualların ortaya çıxmasına səbəb olur. 

Onu da qeyd edək ki, iclasda Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib. Ə.Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq ombudsmanın səlahiyyətinə verilib: “Təəssüf ki, bu institut özünü doğrultmadı”.

Onun fikrincə, ötənilki məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib: “Ombudsmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirsəm də, media ilə bağlı sahədən çox narazıyam”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev AzadlıqRadiosuna bildirib ki, məsələ ilə bağlı qanun qəbul edilsə də, onun tələbi illərlə yerinə yetirilməyərək Media Ombudsmanı institutu yaradılmayıb:

Image result for Arif Əliyev

“Sonradan yerli və beynəlxalq etirazlara məhəl qoymadan həmin media ombudsmanının səlahiyyətləri həvalə edildi insan haqları üzrə müvəkkil Elmira Süleymanovaya. Amma o yazıq ombudsman da həmin vaxt deyirdi ki, mən bu işin öhdəsindən gələ bilməyəcəm, mənim heç bir strukturum, resursum yoxdur. O zaman prezident Nazirlər Kabinetinə göstəriş verdi ki, yaxın vaxtlarda ştat cədvəlləri, xüsusi qurum yaradılsın. Nə prezidentin göstərişi yerinə yetirildi, nə də Ombudsman Aparatı bu işə başlaya bildi. Bu işlə heç kim məşğul olmadı ki, biz bu işi yaxşı, ya da pis tutduqlarını deyək. Vəziyyətin bu cür alınmasında, yəni həm qanunun tələblərinin pozulmasında, həm sonradan qanunun dəyişdirilərək qeyri-məqbul formaya salınmasında, həm də, heç olmasa, insan haqları ombudsmanı səviyyəsində bu işin görülməməsində bilavasitə ən yüksək dövlət qurumları, yəni Nazirlər Kabineti və daha yuxarı qurumlar iştirak ediblər”.

Azərbaycanda ombudsmanın fəaliyyətinə gəlincə isə qeyd edək ki, 5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdı.

İlk ombudsman isə 2002-ci il 2 iyul tarixində Milli Məclis tərəfindən ölkə başçısının təqdim etdiyi üç namizəd arasından 111 səslə Elmira Süleymanova (112 səsdən) seçilmişdi.

Image result for Ələsgər Məmmədli

Hüquqşünas Ələsgər Məmmədli “Yeni Müsavat”a bildirib ki, 2009-cu ildən sonra Azərbaycanda ombudsman təyin olunur və onun konkret olaraq fəaliyyət müddəti nəzərdə tutulmayıb: “Əvvəllər belə idi ki, ombudsman 7 il müddətinə, bir dəfə seçilirdi. Sonradan isə qanunvercilikdə dəyişiklik edildi və bu təyinat birdəfəlik olaraq qəbul olundu. 2016-cı ildə də ombudsman yenilənib və bundan sonra da fəaliyyətinə davam edəcək. 2009-cu ildə prezidentlik müddəti dəyişdikdən sonra digər qanunlarda da müddətlər götürüldü. Həmin zaman ombudsman müddətini də birdəfəlik ləğv etdilər. Burada hər hansı bir seçki ola bilməz. Birincisi təyinatladır, ikincisi də onun müddəti avtomatik olaraq davam edir. 7 il müddət yenə də öz qüvvəsində qalır. Ancaq ”bir dəfə" ifadəsi götürülüb".

Ombudsman Aparatının illik hesabatında 57 faiz ərizələrin icraata götürülməməsi məsələsinə isə Ə. Məmmədlinin münasibəti aşağıdakı kimi olub:

“Bir hüquqşünas kimi mənə olunan müraciətlərdən bilirəm ki, ombudsman bir çox şikayətlərə ya vaxtında baxmır, ya da onları, ümumiyyətlə, cavabsız qoyur. Cavab verəndə isə çox bəsit cavablar verib, rədd edir. Ona görə də açıqlanan rəqəmlər çox da real, cəmiyyətdəki gerçək gözləntiləri qarşılamır. Ombudsman normal informasiya sorğularına belə, bəzən olur ki, on gün ərzində deyil, 35-40 gün ərzində cavab verir. Cavab da bu olur ki, ”bizim səlahiyyətimizdə deyil", “buna məhkəmə baxmalıdır” və digər bu kimi neqativ cavablar olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar