Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Bayılda baş verən çökmənin səbəblərini açıqlayıb

"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii amillər səbəbindən deyil, məhz texnogen amillər nəticəsində baş verib"


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən  verilən məlumata görə, bunu Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Bayılda baş verən hadisə ilə bağlı deyib.
 
Onun sözlərinə görə, ərazi yüksək mailli yamacda yerləşir, yamacın təbii meylliliyi 35-40 dərəcədir: "Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə yamac yüklənib, dayanıqlığı zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib, bu səbəbdən də aşınma və çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan sahə hesab olunur".
 
Ş. Səfərov əlavə edib ki, ETSN-in mütəxəssisləri müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri aparır, təhlükəli sahənin sərhədləri müəyyənləşdirilir.
 
Qeyd edək ki, dünən Bayılda çökmə nəticəsində iki ev tam, ikisi qismən dağılıb, təhlükəli ərazidə 20 ev var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar