Bazar ertəsi, 18 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ETSN: Teleqüllə yaxınlığındakı sürüşmə sahəsində aktivlik müşayiət olunur

"Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb"


APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.

R. Həsənov deyib ki, hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət aparılır: "Hazırda ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Hazırda aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək".

O qeyd edib ki, aktivlik prosesi yamacın aşağı hissəsindəki evlər üçün təhlükə yaradır: "Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır". 

pia.az
Etiket:
loading...
-->