Çərşənbə axşamı, 22 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Ə.Elçibəyə


Şəmşad AĞA


bu ki göz yaşı deyil,
gözdən axan arazdı.
göyün sonsuzluğunda,
bir bulud da yol azdı, 
buludların içində...

bu kimsəsiz ömürdü,
bəxti yox, ruhu acdı...
bu ruh meşəsindəki
doğranan da ağacdı –
palıdların içində...

taleyin acısını
itən illər daşıdı.
ümman azadlığında
bir balıq da üşüdü – 
balıqların içinə...

kimdi bu tənha ölən,
yox kəfəni, baş daşı...
bir peyğəmbər də artdı, 
haqdı yolu, yoldaşı – 
bu Lutların içində...
Etiket:
loading...