Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düzgün peşə seçimi və dayanıqlı biznes karyerası təlimi


“Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili”


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin may ayından icrasına start verilmiş və 3 ay ərzində gerçəkləşəcək “Düzgün peşə seçimi və biznesin inkişafı sahəsində effektiv yerli və xarici təcrübələrin təbliği, dayanıqlı biznes karyerasının stimullaşdırılması mövzusunda tədbirlərin təşkili” layihəsinin məqsədi gənclər arasında düzgün ixtisas seçmə və eləcə də, onların gələcəkdə məşğulluq vəziyyətinin yaxşılaşdırması və əmək bazarına çıxışa hazır olması istiqmətində baza biliklərinə yiyələnməsinə nail olmaq və biznesin inkişafı və davamlı fəaliyyəti üçün effektiv yerli və xarici təcrübələrin təbliğidir.

Əvvəlcədən verilən elanlar vasitəsi ilə müraciət edən şəxslər arasından iyun ayı ərzində mövzuya daha çox maraq göstərənlər arasından ümumilikdə 75 nəfərədən ibarət dinləyici heyəti yaradıldı və 3 qrupa bölündü. Hazırda bu qruplara “Komanda işi”, “CV-nin yazılması və işədüzəlmədə vacib bacarıqlar”, “Rəhbərliklə işgüzar münasibətlərin qurulması”, “Biznes planlarının hazırlanması”, “Biznesin inkişafı və davamlı fəaliyyət üçün effektiv təcrübə” mövzularını əhatə edən təlimlər keçirilir.
Təlimlər zamanı dinləyicilərə təqdim edilən prezentasiyalar və digər təlim materialları CD-lərə köçürülərək çoxaldıldı. Bu materiallar həm təlim iştirakçılarına paylandı, həmçinin də, layihə üzrə digər tədbir iştirakçılarına təqdim edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı şəhəri ərazində həyata keçirilən fəaliyyətlərdə layihənin işçi qrupu qarşıya bir neçə vəzifənin icrasını qoyub: 
- Məktəblərin yuxarı sinif şagirdləri arasında düzgün ixtisas seçimi üzrə məlumat xarakterli seminarların təşkili; 
- Universitetlər, kolleclər və s. məzun olan gənclərin işlə təmin edilməsi üçün effektiv strategiyanın tətbiqi üçün təlimlərin keçirilməsi (Təhsildən iş bazarına keçidin təmin edilməsi);  
- Layihə iştirakçılarının iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəaliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq;
- Biznes ideyalara dəstək üçün başlanğıc (start-up) maliyyəyə çıxışı, inzibati və hüquqi biliklər, biznesə dəstək və inkişaf istiqamətində biznes planlarını hazırlanması üzrə yardım;
- Layihə iştirakçıları üçün işədüzəlmə prosesində “Uğurlu yol xəritəsi”nin hazırlanması (CV-nin hazırlanması, İş müsahibəsində özünü təqdimetmə “alətləri”, Rəhbərliklə peşəkar işgüzar münasibətlərin qurulması üçün lazım olan addımlar).
Layihədən faydalananlar arasında univeristet, kollec və s. təhsil müəssisələrini bitirməyə hazırlaşan gənclər, yuxarı sinif şagirdləri, iş axtaran, şəxsi biznesini qurmaq arzusunda olan gənclər qrupları və biznes ideyaları üçün dəstək axtaran gənclər var.


Əlaqə məlumatı:
Layihənin icraçısı: “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi

pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar