Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Duterte əmr verdi: “Məni güllələyin!”

Filippin prezidenti Rodriqo Duterte hərbçilərə tapşırıb ki, əgər konstitusiyanı pozsam və hakimiyyətdə daha üzün müddət qalmağa çalışsam, məni güllələyin


PİA,AZ Trend-ə istinadən xəbər verir ki, Filippin rəhbəri bunu hakimiyyətdə 2022-ci ilə qədər qalmaq üçün konstitusiyaya dəyişikliklər edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

R.Duterte qeyd edib: "Hakimiyyətdə müəyyən olunmuş müddətdən artıq qalsam və diktatora çevrilsəm, məni güllələyin, zarafat etmirəm. Əgər prezidentlik müddətimi bir gün belə uzatsam, Filippin Silahlı Qüvvələri və polisini konstitusiyanı qorumağa çağırıram".

Qeyd edək ki, R.Duterte 2016-cı ildə prezident seçilib.

pia.az
Etiket:
loading...