Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşüncənin gimnastikası


Qəşəm Nəcəfzadə yazır


Hər gün şeir, məqalə, hekayə, esse oxuyuram.  Roman oxuduğum da olur. Bəzən səbrim çatmır. Ona görə ki, bu, həm də yazanın səbridir. Əsərin hansı bir yerində müəllif təntiyibsə, mən də orda dayanıram, nəfəsim kəsilir, vərəqi o üzə aşa bilmirəm. Elə müəlliflər var ki, əsəri yarıya qədər yaxşı yazır, eləsi də var, yarıdan sonra özünü sərbəst ifadə edir. Bu, o zaman olur ki, düşüncə, peşəkarlıq yetərincə deyil, düşüncənin gimnastikası yoxdur. Mütaliə çatmır. Müəllif tənqidi məqalələr oxumur. Roman kitablarını isə birdəfəlik unudub. Belə olanda düşüncə şikəstliyi yaranır. Yazdığını uğurla sona çatdıra bilmirsən.
 
Nəticədə beyin qan dövranının pozulması səndə ətraf aləm haqqında yanlışlıq yaradır. Aqressivlik səni buynuzuna alır. Hər şey nəzərində qara və qorxulu görünür. Ona görə də idman fiziki sağlamlıqla yanaşı, həm də insanın daxili aləminin, düşüncəsinin formalaşması, kamilləşməsi üçün mühüm bir vasitədir. “Sağlam bədəndə sağlam ruh olar” ideyası bütün dövrlər boyu idman və sağlamlıq düşüncəsinin  baş cümləsi olub və bu gün də  birinci dərəcəli cümlədir.
 
Milli Azadlıq Hərəkatının  böyük öncüllərindən  olan Xəlil Rza Ulutürkün  idman və mütaliə ilə  necə məşğul olduğu hamının yadındadır.  O, böyük həvəs və sevgi ilə idmanla məşğul olurdu. Onun yazdığı şeirlər, elmi məqalələr,  yorulmaq bilmədən  apardığı içtimai-siyası mübarizə  arxa planda idmana və mütaliəyə söykənirdi, onun daxilini, əsəbi gərginliklərini, siyasi fəaliyətinin durumunu idman və  mütaliə  tənzimləyirdi. O, 11 ay Moskvada Lefortova zindanında yatanda əlindən tutan, ona kömək edən  idman və mütaliəyə olan sevgi idi. Artıq idman Xəlil Rzanın düşüncəsində yaşayırdı və bu  düşüncə onun sakit halında da bütün qan damarlarını hərəkətə gətirirdi. Çünki  Xəlil Rza bu hissi  özünə təlqin eləmişdi.
 
Bu, onu göstərirdi ki, idman və mütaliə  insan həyatının əsasıdır. Onun kamilliyi, mənəviyyatının formalaşası üçün mühüm  vasitədir.
 
Oxutduğum bir əhvalatda deyilir ki, bir nəfər dərin düşüncələrə dalmışdı, yolnan keçən birisi ondan soruşur:
- Nə edirsən?
- İşləyirəm.
İki saatdan sonra dərin düşüncələrə dalan adam bağda ağacların dibini belləyirdi.
Yenə öz yolu ilə geri dönən adam soruşur:
- İndi nə edirsən?
- Dincəlirəm.
Bu çöx hikmətli bir əhvalatdır, özündə dərin bir sirri uzun illərdir ehtiva edir.
Bizim milli düşüncəmizdə, tarixi keçmişimizdə xeyli idman növü var. Nizami Gəncəvinin Fitnə obrazı müasir həyatımız içün əbədi  bir idman simvoludur.  Fitnə iki yaşlı öküzü çiyinlərinə qaldıra bilir, onu bir yerdən başqa bir yerə aparır. Hökmdar   təəccüblənir.  Fitnə hökmdarı başa salır ki, o, öküzü balaca olduğu  vaxtdan  boynunu alır. Öküz Fitnənin gücü ilə paralel böyüyür. Öküz böyüdükcə onun ağırlığına Fitnə tədricən öyrəşir. Əslində bu, böyük bir idman təlimidir. Bu, 12-ci  əsrdə Azərbaycan insanının idman düşüncəsidir. Görün,  ağırlıq qaldırmaq üçün   nə qədər müasir təlimdir.
Bu düşüncə başqa bir formada  bu gün də davam edir, insanları yaşadır, çətin məsələrin həllinə yol açır.
 
Mən Birinci Avropa Oyunları zamanı istifadəyə verilən Su idman kompleksinin yanında yaşayıram. Bu kompleksin gözəl görünüşü, ətrafında salınan park adamın ruhunu oxşayır. Milli Park Su İdman Sarayının yanına qədər uzanır.  Mən  hər gün səhər  saat 5-də yuxudan oyanır, öz sevimli  meydançama - Su idman kompleksinin  parkına üz tuturam.  Üç  saat ərzində Milli Park boyu  6-7  kilometrə qədər  iti yerişlə məsafə qət edirəm. Düşüncələrim aydınlaşır. Problemlərimin həllini tapıram. Doğma Xəzərimin zərif küləyi başımda, düşüncəmdə  sızıldayan  ağrılara sığal çəkir, onu sakitləşdirir.  Sonra evə dönür  3 saata yaxın  kompüterlə işləyirəm, yazıram, oxuyuram. Sonra  işə yollanıram.  Həyat necə də gözəldir. Düşüncələrim aydın və təmizdir. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar