Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmənə bəraət qazandıran xainlər


Hər ilin bu günləri ölkədə, regionda və dünyada elə olaylar baş verir ki, Xocalı mövzusunda təkrarən nəsə yazmalı oluruq, yazmağa məcbur qalırıq


Şübhəsiz ki, nəsə baş verməsə də, bu mövzuda hər il, hər ay mütləq yazılmalıdır. Çünki bu xalqımıza qarşı törədilmiş bir faşizm aktdır, Ermənistan tərəfindən millətimizə qarşı yeridilən genosid siyasətinin qanlı epizodlarından biridir.

Ancaq düşmən də yatmır və uzun illərdir özünə bəraət qazandırmaq, bu hərbi cinayətin məsuliyyətinin altından qaçmaq üçün yeni-yeni nələrsə uydurur, cürbəcür oyunlar, fəndlər fikirləşir.

Ən pisi odur ki, ermənilərin tarixi məsuliyyətini səngitmək, xəfiflətmək üçün bəzən öz millətimizin içindən manqurtlar, xainlər tapılır və onlar ermənilərin əlinə oynayırlar.

Halbuki bu adamlar özləri və ailələri 1992-ci ilin fevralında Xocalıda olsaydılar, onları heç ermənipərəstliklərini bağıra-bağıra bildirmələri də xilas etməyəcəkdi, məhz Azərbaycan türkü olduqları üçün vəhşicəsinə, qəddarcasına güllələnəcək, ya da əsir-yesir ediləcəkdilər.

Bu şəxslər ya gerçəkdən bunu anlamayacaq qədər nadan və bivecdirlər, ya da bütün bunları bilə-bilə kalori və komfort üçün hər şeyindən keçməyə hazır olan xainlərdir.

Böyük ehtimalla ikincidir. Belə adamlardan nə öz milləti, nə də bəşəriyyət bir fayda görə bilər. Onlar yalnız faşistlərin əlində birdəfəlik lateks əlcək olmağa yarayarlar.

Bu qədər manqurt, nadan, xain harada, necə yetişir, mat qalmalı işdir. Biri çıxıb erməniləri müdafiə edir, onların işğal etdikləri yerlərdə abidələri, məzarlıqları dağıtmağıdını söyləyir.

Biri Xocalı sıyqırmını azərbaycanlıların özlərinin törətdiyini bildirir.

Başqa biri Xocalı soyqırımına görə məsuliyyəti gah o dövrün iqtidarının, gah da müxalifətinin belinə yükləməyə çalışır.

Bütün bunlar başaldatmadır. Cinayətin motivi də ortadadır, müəllifləri də. Hətta 366-cı alayın qaniçən zabit və əsgərləri də bu faciədə ikinci planda, köməkçi rolda olublar, cinayəti isə məhz ermənilər törədiblər, əliyalın, silahsız insanları qırıb-çatıblar.

Ancaq qəribədir ki, beynəlxaq birlik Bosniyada, Xorvatiyada, Kosovoda törədilən bənzər qətliamlarda iştirak edənləri bir-bir tutub cəzalandırsa da, Xocalıda soyqırım aktı törədənlərdən tək biri belə hələ cəzalandırılmayıb.

Bunun əsas günahı məhz özümüzdə, öz daxilimizdəki biveclərdə, nadanlarda, xainlərdədir.

Onlar qanlı hadisənin baş verdiyi günün ertəsi Xocalıda yüngül bir toqquşmanın baş verdiyini, cəmi iki nəfərin öldüyünü dövlətin rəsmi xəbər agentliyi vasitəsilə yaymışdılar. Daha sonra hadisədə “cəbhəçi izi” axtarmışdılar. Ermənilər kənarda qalmışdı, məhz bizimkilər belə bir hərbi cinayətin baş vermədiyini sübut etməyə çalışır, ermənilərin və sovet-rus hərbçilərinin qanlı cinayətini ört-basdır etmək istəyirdilər.

Həmin siyasi xətt hələ də davam edir. O dövrdə hakimiyyətdə olmuş, sonradan dövrün siyasi təlatemlərində vəzifələrini itirmiş şəxslərin bir çoxu hələ də Xocalı genosidinə görə erməniləri yox, o dövrün müxalifətini səbəbkar göstərməyə meyllidir.

Məhz budur milli xəyanət! Bundan ötəsi yoxdur.

Millətimizə qənim kəsilmiş qəvi düşmənin kimliyini bilı-bilə sırf siyasi hakimiyyət və cılız intriqalar naminə həqiqətə göz yummaq, düşmənin özünə bəraət qazandırmasına yardımçı olmaq təkcə öz millətinə xəyanət deyil, faşizmə xidmət etməkdir.

Belə adamlara qarşı yumşaq davranmaq, “bu da onun fikridir” deib ötmək, uzun-uzadı polemikaya girmək yolverilməzdir. Adam bu qədər açıq-aydın olan cinayəti danırsa, demək, polemika bitib.

Ermənilər 103 il öncə Türkiyədə baş verən, tarixi baxımdan mübahisəli olan hadisələri “genosid” kimi dünyaya təqdim edərək, bir xeyli ölkənin parllamentlərində onu tanıtdırmaqla yetinmir, hələ bu hadisələrin “genosid” olmadığını bildirənlərə qarşı cinayət təqibinə yol verən qanunlar qəbul etdirirlər, biz isə günümüzdə baş vermiş, sənədi-sübutu, fotosu-videosu olan qətliama ədalətli və hüquqi qiymət verilməsini təmin edə bilmirik.

Bu, təkcə bizim fərasətsizliyimizin nəticəsi deyil, eyni zamanda dünyanın bir çox ölkələrində yol verilən ikili standartların məhsuludur. Əksinə olsaydı, Xocalı soyqırımına bənzər hadisəni Azərbaycan hərbçiləri törətmiş olsaydılar, biz dövlət olaraq bunun arxasında dayana bilməzdik, yüz cür təzyiqlə, təqiblə hərbi cinayətkarları bizdə alar, mühakimə edərdilər.

Ona görə də hər il bu günlər arzu edirik ki, elə bir tarixi dövr, imkan yetişsin ki, biz hərbi canilərin mühakiməsinə nail olaq.

Zaman gələcək, bunu bacaracağıq. Ona qədər isə öz içimizdəki manqurtları, xainləri susdurmalıyıq. Bizim hərbi məğlubiyyətimizin səbəbkarları onlardır.(musavat.com)

 Xalid KAZIMLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar