Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmən şəbəkə


“Biz icazə verə bilmərik kərgədanlar pişiklərimizi tapdalasınlar”


(Ejen İonesko, “Kərgədan” pyesindən)

Biz Qərbin yaxşı cəhətlərini götürüb, pis tərəflərini atmalıyıq, ancaq bəzən mümkün olmur. İndi işıqların sönməsi, icra başçısına terror əhvalatlarının məntiqi yekunu bunu göstərmişdir. Hüquq-mühafizə orqanlarımız feysbukda şərh yazan, sayt qayırıb cızmaqara edən xeyli şəxsi - ilkin, təqribi hesablamalara əsasən 70 nəfərə yaxındırlar - dama basmışdır. Sən demə bunlar Mark Zukerberqin göstərişi ilə, xaricdə yaşayan, o cümlədən Silikon vadisində gizlənmiş havadarlarının əli ilə Azərbaycanda sabitliyi pozmağa cılız cəhdlər göstərmiş, toku kəsərək başçıya güllə atmışlar.

Burada mühüm qeyd edim ki, şəxsən mənim bu Zukerberq adlı tipdən çoxdan gözüm su içmir və həmçinin müvafiq orqanlarımızın ata məsləhəti, qardaş qayğısı, bacı öyüdü sayəsində düz bir ildir bunun şəbəkəsindəki profilimi bağlamışam. Çünki mən bilirdim bu işlərin axırı yaxşı olmayacaqdır. Əgər sən xalqını sevirsənsə, normal işıq şəbəkəsinə qoşul. Sosial şəbəkədə nə işin var? Şəbəkə sözü şəbədə sözündən yaranıbdır. Elə Zukerberqin özünün soyadı “zuker” - şəkər və “berq” - dağ anlamını verən alman sözlərini bildirir. (Markın əsli Almaniya tərəflərdən yəhudilərdir, burada Almaniyanın dağıldığını da bir daha yazmalıyıq). Şəkər dağı. Məncə bu, şifrələnmiş bir antimilli təxribatdan xəbər verir, çünki hazırda bizim İmişli Şəkər Zavodu istehsal gücünü artırır, Ümumi Daxili Məhsulun tərkibində şirinçay tədarükünə görə Çinlə rəqabətə girmək üzrəyik. Deyə bilərsiniz buna Çinin dəxli var? Deyin. Mən də qabaqlar elə bilirdim dünya belə gəlib belə gedəcəkdir. Zukerberqin arvadı Çin əsilli Prissilla Çan adlı bir zənəndir. Mark arvad qohumlarının təsiriylə Azərbaycanın dünyada artan gücünə xələl gətirmək, yenidən Çini dünya lideri eləmək istəyir.

Burada tarixə ekskurs eləsək “Yeddi oğul istərəm” filmində Cəlalın atasının adı Şəkər bəy idi. Şəkər bəy Gəray bəyin dostu olmuşdu, bu baxımdan dostunun oğlu Cəlalın bolşeviklər tərəfə keçməsini bağışlaya bilmirdi, axırda Kələntərə dedi vur öldür bunu, millət dincəlsin. Əlbəttə, tarixini unudan millətlər onu yenidən yaşamağa məcburdur.

Ancaq, əlbəttə, onlar - xaricdən maliyyələşən, şəbəkələşən qara qüvvələr bizim hüquq-mühafizə orqanlarımızın gücünü öncədən, lazımınca qiymətləndirməkdə çətinlik çəkmişlər, nəticəsi də ortadadır. Yəqin bunların Tvitterə, Odnoklassniki-yə, başqa internet saytlarına uzanan qolları vardır, ümid edirik tezliklə hamısı tutulub cəmiyyətdən kənar ediləcəkdir. Hətta yaxşı olar bütün internet bağlansın, yalnız bir AzTV qalsın. Sovet vaxtındakı kimi. Nəticədə işıq da sönməz. SSRİ elə asudə dövlət idi ki, hətta Atom Elektrik Stansiyası partlayırdı, ancaq camaat onu söndürməyə lapatka ilə gedirdi. Yalnız 1996-nın yayında  hər yerdə xiyar tağları saralıb-solanda hamı dedi ki, deyəsən radiasiya çoxalıb, xiyar buna görə əyri bitir.

O cümlədən, heç o vaxt hansısa raykoma güllə atan var idimi? Yox idi. Gülləni Əfqanıstanda, Anqolada, Kubada və sairə yerlərdəki sosializm düşmənlərinə atırdıq.

İndinin özündə belə müstəqil informasiya siyasəti yürüdən dövlətlər qalır. İkisi elə qonşumuzdur. Türkmənistanda arxadağ (prezidentin rəsmi titulu belədir) Qurbanqulu müəllimin göstərişiylə peyk antenləri camaatdan yığılır. Bundan başqa, 40 yaşa qədər kişilərin ölkədən qaçmasını önləmək üçün sərhəd xidməti daim ayıqdır. İranda isə rəqs eləyib İnstaqrama video qoyan zənən xeylaqlarını tutub şallaqlayırlar. Bəh-bəh... Bizə də belə qaydalar lazımdır. Düzgün arvad nə üçün rəqsini sayta qoysun? Buna naməhrəm kişilər baxanda günah olur. Hətta  bir çox alimlərin araşdırmalarına görə arvadların kəkilini açıb gəzməyinin Yerin titrəməsinə təsiri varmış. Doğrudan da qəşəng arvadlar var ki, çarşabsız gəzməyə çıxanda yer-göy titrəyir, zəlzələ olur, tufan qopur. Şair məhz bu məqamda aldı görək nə dedi: “Deyil bihudə gər yağsa fələkdən başimə daşlar, Binasın tişeyi-ahimlə viran etdiyimdəndir”. Ah, vah. Yəni, şair demək istəyir ki, sosial şəbəkələr, internet inkişaf eləsə göydən daş yağacaqdır, hələ işığın sönməyinə şükür edəcəksiniz.

İndi söz əlaqədar təşkilatlarındır.(musavat.com)

 Zamin HACI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar