Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın qaz bazarına yeni nəhəng gəlir – Misir


İtaliyanın energetika qrupu ENI avqustun 31-də KİV-də dəc edilmiş məlumatda bildirdi ki, Aralıq dənizində Misirin sahil sularında nəhəng bir qaz yatağı aşkarlayıb


ENI-nin məlumatına görə, bu qaz yatağı Misir iqtisadiyyatını ayağa qaldırmağa qadirdir və onu çoxdan gözlədiyi iqtisadi sıçrayışa aparmağa imkan verəcək.

ENI Avropanın ən böyük neft-qaz şirkətlərindən biridir. Şirkətin məlumatına əsasən, Zohr sualtı qaz yatağı dünyada ən böyük qaz yataqlarından biridir və Misirin qaz ehtiyacını on illərlə ödəyə bilər.

Texniki araşdırmalara görə, qaz yatağının həcmi 30 trilyon “cubic feet”-dən çox qiymətləndirilir ki, bu da 5,5 milyard barrel neftə bərabərdir. Geofiziki məlumatlara əsasən, aşkarlanmış qaz yatağı Shorouk blokunun hüdudlarında suyun altında 1,5 min metr dərinikdə yerləşir. Yataq sahildən 2000 km aralıdır və 100 kv.km ərazini əhatə edir.

ENI-nin rəhbəri Klaudio Deskaltsi ötən şənbə Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb və tapıntının bütün detallarını ona təqdim edib. Deskaltsi eyd edib: “Bu tarixi kəşf Misirin energetika strategiyasını əsası şəkildə dəyişməyə qabildir”.

Söhbət həcm və xarici valyutanın mümkün cəlbi baxımından son dərəcə önəmli olan yataqdan gedir. Bundan başqa, ENI istisna etmir ki, sonrakı araşdırmalarda neft də tapıla bilər.

Bəzi dəyərləndirmələrə görə, Misir bu yatağın sayəsində on il təbii qaz idxal etməyə bilər. Lakin Avropanın ümidləri nəzərə alınsa, bu qazın Rusiyanınkına ciddi alternativ təşkil edəcəyi daha əhəmiyyətlidir.

İnvestisiyalar haqda yekun qərar bu il qəbul edilə bilər. O zaman sualtı qaz hasilatı artıq 2016-cı ildə baş tuta bilər. ENI-nin aşkarladığı qaz yatağı nadir irihəcmli yataqlardan biridir. Onun kəşfiyyatı xeyli vaxt və maliyyə itkisi tələb etdi.

Avropanın beş ən böyük energetika şirkəti BP, Chevron, ExxonMobil, Royal Dutch Shell və Total 2014-cü ildə çətin günlər yaşadı: hamısı zəif hesabatlılıq göstərdi. Lakin ENI-nin kəşf etdiyi yataq yeni inkişaf strategiyası üçün təməl yaradır.(strateq.az)  

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar