Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ilk süni intellekt naziri fəaliyyətə başladı – Müsəlman ölkəsində

Texnologiya dünyasında proqram təminatından tutmuş, robotlar da daxil olmaqla, bütün cihazlara qədər yerləşməyə başlayan “süni intellekt”in artıq nazirliyi yaradılaraq, ona məsuliyyət daşıyan nazir də təyin edilib


Strateq.az "Haberturk"e istinadla xəbər verir ki,  Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun “Twitter”dən yaydığı məlumata görə, BƏƏ-nin ilk “süni intellekt naziri”  27 yaşındakı Omar bin Sultan əl Olama təyin edilib.

Bundan öncə, Nazirlər Kabinetində gələcəyə görə cavabdeh direktor olaraq işləyən gənc nazirin fəaliyyət sferasına süni intellekt texnologiyası, onun istifadə sahələri və təhlükəsizliyi kimi məsələlər daxil edilib.

BƏƏ ötən günlərdə “2031- süni intellekt strategiyası”nı da paylaşmışdı. Yeni baxışı və strategiyası ilə süni intellektlə bərabər, robotlar, özü özünü idarə edən avtomobillər, pilotsuz hava aparatları və Marsda düşərgə salmaq kimi məsələləri gündəliyinə alan ölkə, 2021-ci ildə kağızla görülən bütün işləri rəqəmsəlləşdirməyi, 2030-cu ildə əmirlikdəki bütün nəqliyyat şəbəkəsinin 25%-ni avtomatlaşdırmağı, 2050-ci ildə istehsal olunan enerjinin 75%-ni təmiz qaynaqlardan əldə etməyi və hatta 2117-ci ildə Marsda koloniya qurmağı hədəfləyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar