Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın gözü Çanaqqala və İrəvanda


24 apreldəki iki törənin bir gerçəyi; erməni təbliğat maşını, işğalçı ölkə öz əsas hədəfinə çata bilmədi; saxta soyqırım məsələsində ABŞ-ın ədalətli münsifliyi “əzabkeş xalq”ın sonuncu ümidini də dəfn etdi


Bu gün sivil dünya iki yubiley törəninə şahidlik edəcək. 

Biri sırf tarixi gerçəyə söykənən və həqiqi, digəri isə saxta və uydurma 100 illik yubileyə. Müvafiq surətdə Çanaqqala və İrəvandan bəşəriyyətə bir-birinə tam əks işarəli iki mesaj veriləcək - biri Xeyrə, xeyirxahlığa, insaniyyətə dostluğa, mehriban qonşuluğa çağırış, digəri isə Şərin diktəsindən yoğrulmuş və əbədi düşmənçiliyə, ədavətə, qonşu ilə sərhədlərin bağlı, münasibətlərin uzun müddətə korlanmış qalmasına yönəlik mesaj.

Çanaqqalada Xeyrin işığına yığılanlar qarşıdurmasız, konfliktlərsiz bir dünyanın tərəfdarlarıdır. İrəvana - Şərin, iftiranın zülmətinə toplaşanlar isə dünyanın daim məkrlə, yalanlarla, parçalanmalarla üz-üzə qalmasını istəyənlərdir. 

Doğrudan da axı, kim mane olur(du) “erməni genosidi” adlı iddianı konkret dəlil-faktlarla sübuta yetirməyə? Nə əngəl yaradır belə dəlil-sübutları (əgər varsa), Beynəlxalq Məhkəməyə təqdim edib də əldə hüquqi sənəd əldə etməyə?! Necə ki, yəhudi soyqırımı çox asanlıqla bu yolla öz təsdiqini tapdı. Hanı ermənilərin kütləvi öldürüldüyünü təsdiqləyən təkzibolunmaz faktlar, dinc ermənilərin basdırıldığı kütləvi məzarlıqlar? Ermənilərin 200 illik müttəfiqi olan Rusiyanın arxivlərində belə faktlar varmı? 

Türkiyə 10 ildir bar-bar bağırır ki, arxivlərimiz açıqdır, siz də açın, məsləyə aidiyyəti olan üçüncü ölkələr də açsın və tarixçilərdən ibarət ortaq komissiya buna yekun qərar versin. Amma daşdan səs çıxır, Ermənistandan, onun havadarlarından yox. Əvəzində Serj Sərkisyan prezident Ərdoğanı 24 apreldə İrəvana dəvət edərək, “gəl sübutları” orada görəcəksən deyir. Hansı sübut? “Memorial” adlanan daş-mərmərdən düzəldilmiş büt-kompleksmi?.. 
Bişəkk, “soyqırımı” tanıyan ölkələrin də əlində qardaş ölkə əleyhinə, türk xalqı əleyhinə belə faktlar yoxdur. Dünya əsl gerçəyi də yaxşı bilir. Di gəl ki, uydurma məsələnin tezliklə tarixin arxivə verilməsində maraqlı deyillər. Çünki böyük regional dövlət kimi müsəlman Türkiyəsinin başı üzərində həmişə xristian Ermənistanın əli ilə “Domokl qılıncı” asmağa ehtiyac duyurlar. 

Bunu erməni təhlilçiləri də etiraf edir. Məsələn, Ermənistan-İsveçrə dostluq qrupunun həmsədri Sərkis Şaqinyan hesab edir ki, Avropa Parlamentini, Avropa ölkələrini məsələdə qətiyyən Ermənistanın maraqları yox, öz siyasi-diplomatik maraqları düşündürür və ikitərəfli münasibətlərdən çıxış edərək də “soyqırım” qərarları qəbul edirlər.  

Bunu Türkiyə və Ermənistandakı yubiley tədbirlərində fərqli təmsilçilik səviyyəsi başqa yandan təsdiqləyir: Çanaqqalaya daha çox ölkə lideri təşrif buyuracaq, nəinki İrəvana. Bunu Türkiyə diplomatiyasının saxta genosid mərasimlərinin effektini azaltmağa yönəlik ən ciddi uğuru saymaq olar... 

Gözlənilən idi. Və nə yaxşı ki, dünyanın sayılıb-seçilən liderlərinin mütləq əksəriyyəti 24 apreldə İrəvanda olacaq Fransa, Rusiya, Serbiya, Cənubi Kipr prezidentləri kimi düşünmür. Çünki dünya indi daha praqmatikdir. Ən önəmlisi, onun arbitri rolunda olan supergüc ABŞ kifayət qədər obyektiv münasibət ortaya qoymaqla “əzabkeş xalq”ın son ümidini də basdırdı, saxta mərasimlərin dəyərini sıfra endirdi - tədbirə özünün maliyyə nazirini (!) və 1-2 ermənipərəst konqresmeni göndərməklə, uydurma məsələni tanımaqdan bir daha imtina eləməklə, prezidenti bir daha “soyqırım” deməməklə. Ermənilərə isə bu hava-su təki gərək idi. Olmadı. Alınmadı...    
Söz yox ki, erməni məsələsinə bunca diqqətin kökündə xristian amili də dayanır. Unutmayaq, saxta iddianı tanıyanların hamısı, Livan istisna olmaqla, xristian ölkələridir. Həmçinin 1-ci Dünya savaşında erməniləri Türkiyəyə qarşı öz əllərində alət edib bada verən xarici qüvvələrin hikkəsidir bədxah qonşulara qol-qanad verən. Politoloq Vəfa Quluzadə demiş, onlar 100 il öncə Türkiyədən aldıqları zopanı hələ də unuda bilmirlər. Nə vaxt unudacaqlar, bax, o zaman ermənilər də sakitləşəcək, öz qınına çəkiləcəklər. 

Bu mənada eyni gündə olacaq iki yubiley tədbiri bir çox qənaətlərin altını cızdı və yəqin ki, yaxın perspektiv üçün Türkiyənin xarici siyasətində mütləq ciddiyə alınacaq. Bir daha bəlli oldu ki, uydurma məsələni tanıyan 21 ölkədən yalnız üçü (Fransa, Rusiya, yunan Kipri) ermənilərin yalançı həşirinə hələ də əhəmiyyət verməkdədir. Yerdə qalanlar vaxtilə necə tanımışdılarsa, eləcə də unudub gediblər. Prezidenti Ermənistana gedən Serbiya isə maraqlıdır ki, indiyədək saxta genosidi tanımayıb.   

Əslində bunun da izahı var: rusları, fransızları, yunanları, serbləri və erməniləri Türkiyəyə qarşı tarixi ədavət, ortaq düşmənçilik və qısqanclıq, gözügötürməzlik hissləri, bir az da ortaq dini (pravoslav) amil birləşdirir. Serbiya üstəgəl, Balkan olayları, Ankaranın Kosovonun müstəqilliyini tanımasına, yunan Kipri şimal Kipr məsələsinə görə Türkiyədən yanıqlıdır. Rusiya və Fransanın maraqları da bəlli. 

Ona görə də bu 4 prezidentin İrəvanda Serj Sərkisyanla yan-yana olması təbiidir (Qəribədir ki, Serbiyanın baş naziri ötən həftə Bakıda olmuşdu). Onları və təmsil elədikləri ölkələri yadda saxlayın. Cəmi 4 prezident + hərbi cani Serj Sərkisyan. Yaxşı “buklet”dir, deyilmi? 

Yada istər-istəməz, ermənilərin törətdikləri mart, Xocalı soyqırımları, serblərin müsəlmanlara qarşı Serebrenitsa genosidi, yunanların türklərə, fransızların ərəblərə, rusların çeçen xalqına qarşı yaxın və uzaq tarixdə törətdikləri soyqırım vəhşilikləri düşür. Niyə də birgə olmasınlar - su-çuxur misalı... 

24 aprel yubileylərinin ən böyük tarixi dərsi də elə bundan ibarətdir - tarixdəki gerçək soyqırımların müəlliflərinə təzədən diqqəti fokuslamaqla. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar