Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən uzunmüddətli diktatorları


Afrikada uzunmüddətli diktaturaların formalaşması XX əsrin ortalarında müstəmləkə quruluşunun dağılması ilə başlayıb. Sonuncu dəfə 27 ildir ki, ölkəsinə rəhbərlik edən Zimbabve prezidenti Robert Muqabenin hakimiyyətinə qarşı silahlı çıxışların başlanmasından sonra digər çoxillik diktatorların da legitim hakimiyyətinə son qoyula biləcəyi bildirilir


PİA.AZ  modern.az-a istinadən Afrikanın ən uzunmüddətli diktaturalarını təqdim edir.
 
Teodor Obianq Nqema Mbasoq - Ekvatorial Qvineya
 
O, 38 ildir ki, ölkəyə rəhbərlik edir. Bu, müasir Afrikada ən uzunömürlü hakimiyyət sayılır. O, bir neçə dəfə seçkilərdə yeganə namizəd kimi çıxış edib. Öz əmisini devirən Mbasoq 1991-ci ildə ölkədə çoxpartiyalı sistem formalaşdırıb. Amma bu, ona öz şəxsiyyətinə pərəstişə mane ola bilməyib, yerli KİV isə onu “Allah” adlandırır.
 
Pol Biya -  Kamerun

Bu prezident isə 35 ildir hakimiyyətdədir. Fransanın Sorbon Universitetində təhsil alan intellektual Pol Biya 1982-ci ildə prezident postuna seçilib. Biya çevriliş edərək, onu kəskin ittiham edən prezident Əhməd Ahiconu devirib. Bir neçə dəfə prezident postuna seçilən Biya Fransa ilə yaxşı əlaqələr saxlayır və hakimiyyətini daha uzunömürlü etməyə çalışır.
 
Deni Sassu-Nqesso - Konqo

Nqresso da 38 ildir ki, hakimiyyətdə təmsil olunur. 1979-cu il inqilabından sonra Joakim Yombi-Opanqonu hakimiyyətdən devirən yeni prezident Əmək Partiyasının əsasını qoyub. SSRİ ilə yaxınlıq edərək, sosializm quruculuğuna başlayan Nqesso Qərblə də əlaqələrini kəsmirdi.
Mixail Qorbaçovun yenidənqurmasından sonra ölkəsində də yeni seçkilərə gedən diktator səsvermədə onentlərinə məğlub olmuşdu. Paskal Lissabonenin prezident seçilməsinə etiraz edən kommunist siyasətçi vətəndaş müharibəsinə başlayıb. Qonşu Anqola ordusunun yardımı ilə hakimiyyətini bərpa edən Nqesso çoxpartiyalı sistemə rəğmən, hakimiyyəti əlində cəmləşdirib.
 
Ömər Həsən Əhməd əl-Bəşir - Sudan
 
O, 28 ildir ölkəyə rəhbərlik edir. 1989-cu ildə professional hərbçi kimi dövlət çevrilişi edərək, prezident olan əl-Bəşir Darfur bölgəsində 200 min insanın ölümü ilə nəticələnən qanlı toqquşmalara görə də cavabdehdir. Soyqırımı ittihamı ilə o, beynəlxalq axtarışa verilib.
 
Yoveri Kaquta Museveni - Uqanda

Museveni 31 ildir hakimiyyətdədir. İtit Aminin diktator hakimiyyətinə qarşı uzun illər mübarizə aparan marksist Museveni diktaturanın devrilməsindən sonra vətəndaş müharibəsinə başlayıb.

Çox effektiv siyasət yürüdərək, iqtisadi rifahı qaldıran Uqanda lideri 2016-cı ildə yenidən prezident seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar