2018-ci ildə dünyanın ən ucuz şəhəri Suriyanın paytaxtı Dəməşq olub
“Report” xəbər verir ki, bu barədə "The Economist Intelligence Unit" adlı tədqiqatın nəticələrində deyilir.
Siyahı hazırlanan zaman Nyu-Yorkdakı həyat tərzi səviyyəsi əsas götürülüb
Həmçinin beşliyə Karakas (Venesuela), Alma-Ata (Qazaxıstan), Laqos (Nigeriya) və Banqalor (Hindistan) daxil olub.
Ən bahalı şəhərlər siyahısına Sinqapur başçılıq edib.
Onun ardınca Paris, Sürix, Honkonq və Oslo qərarlaşıb.
pia.az