Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən qəribə, ən sirli və tükürpədən 15 internet saytı - Fotolar


Bunları izləyənlər həm peşman olur, həm də…


Günümüzdə internet həyatımızın hər anında yer almağa başladı. Ünsiyyət və yazılı texnologiyalarda dayanmadan irəliləyən inkişaf bir çox mövzu və məlumata asan bir şəkildə çatmağımızı təmin edir. Amma internet heç də hər zaman xoş niyyətli məlumatlara malik deyil. Musavat.com dünyanın ən sirli, hətta tükürpədici sayılan 15 internet saytı barədə məlumat verir.

1. fusionanomaly

fusionanomaly

İlluminati, Nano-texnoloji, qəribə sınaqlar və piramidalar haqqında məlumatların yer aldığı bu internet saytlında ``nodes`` adı verilən yüzlərlə kateqoriya yer almaqdadır. İşin ilginc tərəfi isə sadəcə bir nəfərin hazırlaması, mümkünsüz olan sayda məzmun, içindən çıxıla bilməyən virtual bir məlumat labirinti halına gəlib. Bir çox insan tərəfindən təqib edilən bu qəribə məzmunların sirri çözülməyə çalışılır. `Atomjack` adlı bir istifadəçi tərəfindən yaradılan saytın şüarı isə “bağlantı nöqtələri daim dəyişir”dir.

2. enricks.angelfire

enricks.angelfire

Əslində var olmayan bir xəstəlik haqqında məlumatlar verən bu saytda uzun müddət gəzməyiniz halında narahat edici və hər insanın görmək istəməyəcəyi mövzular, məlumatlarla qarşılaşa bilərsiniz.

3. superbad

superbad

1997-ci ildə Ben Benjamin tərəfindən yaradılan bu sayt ``İnternetin dovşan dəliyi” olaraq adlandırılır. Bir-birini təqib edərək, daim davam edən səhifələrdə qəribə məzmunlu foto və məlumatlar yer alır, sizdən isə bir seçim etməniz xahiş edilir. Etdiyiniz yanlış seçimlərdə geriyə qayıdır, doğru seçimlərdə isə sizi daha dərinə aparır. Bir çox insanın bu saytda saatlarını xərclədiyi, mənasız bir huzur aldığı deyilir.

4. whiteenamel

whiteenamel

Bir oyuna bənzəyən bu sayt bir dəlixanada keçiriləcək gəzintini mövzuya çevirir. Həqiqi şəkillər və səslərdən istifadə edilən bu qorxunc gəzinti yaşanmış hekayələrə istinad edir. Dəlixanada gəzintiyə çıxır, doğru yerlərə girir və yaşanmış hadisələrin içində qorxuducu bir macəraya atlayırsınız.

5. truthism

truthism

Reptilianlar, piramidalar, dünyadan xaric varlıqlar, insan genetikası kimi asanlıqla heç bir yerdə tapa bilməyəcəyiniz bu saytın kim tərəfindən yaradıldığı barədə heç bir məlumat yoxdur.

6. anomalies-unlimited

anomalies-unlimited

Kimyəvi maddələr, ruhlar, psixopat qatillər, ölüm şəkilləri, işgəncə görüntüləri kimi narahat edən məzmunlarla bərabər eyni zamanda arxeoloji qazıntılar, elm və dinlər haqqında daha öncə görülməmiş məlumatlarla dolu bir səhifədir. Kimin tərəfindən yayınlandığı bilinmir, amma 18 yaşdan kiçiklərin baxması məsləhət görülmür.

7. 973-eht-namuh-973

973-eht-namuh-973

Kim tərəfindən yaradıldığı bilinməyən bu saytda illuminati təsirləri və şifrəli bir sürü mesajların olduğu deyilir. Saytda yer alan yazılarda paraqraflar əsasən üçbucaq formasındadır. Rəqəmlər, rənglər və qəribə qrafiklərlə nələrsə izah edilməyə çalışılıb. Anormal bir ingiliscədən istifadə edildiyi üçün bəzi insanlar tərəfindən dünya xarici varlıqlardan gələn mesajlar olduğu iddia edilmişdi.

8. lostallhope

lostallhope

İntihar bələdçisi adlandıra biləcəyimiz bu saytda intihar səbəbləri, üsulları, hekayələri və statistikaları yer almaqdadır. Başa silahla atəş edilməsində, yüksək dozada narkotik istifadəsində, karbondioksit zəhərlənməsində, yüksək bir yerdən tullanmaq kimi bir çox intihar cəhdində yaşanacaq acı, ölüm ehtimalı, ölüm müddəti kimi məlumatlara da bu saytda rast gəlmək mümkündür. Şəxsiyyəti naməlum olan sayt rəhbərləri virtual pul vahidi olan bitcoin qarşılığında depressiv, intihara meylli üzvlərə intihar arayışları hazırlayırlar.

9. normalpornfornormalpeople

normalpornfornormalpeople

Adına baxıb aldanmayın. Çünki tərkibində çox fərqli, mənasız videolar yer alır. Dr. Richard van Buren adı ilə yayım həyata keçirən şəxs `Normalcy Project` adıyla ürpərdici, absurd videolar yayımlanır. Deyilənlərə görə, saytda mesajların arasında gizlənmiş linklərdə hədsiz şəkildə narahatedici videolar yer alır.

10. sentimentalcorp

sentimentalcorp

Randy Prozac adlı bir nəfər tərəfindən hazırlanmış bu saytı ilk açdığınız zaman ekranda “nothing” (heç nə) yazılmış bir televizoru izləyən cütlük görəcəksiniz. Ancaq üst qisimdə 5 şəkil yer alır və bu rəsmlərdən hər biri sizi narahat edici, ürpərdici səhifələrə yönləndirir. Bundan başqa, ekranın sağ alt qismində yerləşən ``ultra material`` linkinə tıkladığınız zaman olduqca narahat edici, satanist simvol və sübliminalların olduğu videolar yer almaqdadır. Saytın yaradıcısı bu videoların insanların əqli sağlamlığını pozmaq məqsədi ilə hazırlandığını deyir.

11. thisman

thisman

Bu saytda robot şəklinə bənzəyən bir adamın şəkli yer almaqdadır. İşin qəribə tərəfi isə odur ki, saytı ziyarət edən dünyanın hər tərəfindən, yüzlərlə əlaqəsiz, bir-birinə dəxli olmayan adamlar şəkildəki adamı daha öncə gördüklərini deməkdədir.

12. joyofsatan

joyofsatan

Satanizm haqqındakı ən geniş məlumatları özündə əks etdirən saytdır. Sayt qurucusu satanizmi bir din olaraq qəbul edib və bu qrupun üzvü olunması üçün lazım olanları, ritualları, simvolları, ölümdən sonrakı həyatı detallı şəkildə anladıb. Saytın dünya miqyasında minlərlə təqibçisi var.

13. survivetheoutbreak

survivetheoutbreak

Bir qorxu filmi içində oyun oynayacağınız bu saytda ssenarinin irəliləyişi sizin seçimlərinizə görə dəyişir, məqsəd həyatda qalmaqdır.

14. Death Row

Death Row

Texas Kriminal Cinayətlər Dairəsinin saytının rəsmi internet saytında edam edilən məhkumların məlumatları, törətdikləri cinayət və ölmədən öncəki son sözləri açıqlanır.

15. anasomnia

anasomnia

İşıqları bağlayıb, kamera və mikrofonunuzu aktiv hala gətirərək ürküdücü bir təcrübə yaşamaq istəyirsinizsə, anasomnia.com ünvanına baş çəkə bilərsiniz.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar