Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən populyar avtomobili məlum oldu


Bu ilin I rübünün yekunlarına görə, “Toyota Corolla” dünyada ən çox satılan minik avtomobili olub


PİA.AZ Report-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında Yaponiyanın avtomobil istehsalçısı sözügedən modeldən 297 471 ədəd satıb. Bu isə 2016-cı ilin eyni dövrünə nisbətən 0,9% azdır. Bir il bundan əvvəl dünyada 306 357 ədəd “Toyota Corolla” realizə edilib.

Hesabat dövründə populyarlığına görə 2-ci yerdə pikap ban tipli “Ford F-Series” qərarlaşıb. Bu avtomobilin satış həcmi 244 709 olub ki, bu da illik müqayisədə 9,8% çoxdur.

Ən çox satılan avtomobillər arasında 3-cü yeri isə “Volkswagen Golf” tutub. Üç ay ərzində ondan 220 140 ədəd satılıb ki, bu da illik müqayisədə 10,1% azdır.

“Honda CR-V”, “Honda Civic” modelləri müvafiq olaraq 214 144 ədəd (14,4% çox) və 179 948 ədəd (30,6% çox) satılaraq 4-cü və 5-ci yerlərə sahib çıxıb.

“Toyota RAV4” 175 095 ədədlə 6-cı, “Ford Focus” 172 927 ədədlə 7-ci, “Volkswagen Polo” 170 984 ədədlə 8-ci, “Volkswagen Tiguan” 170 736 ədədlə 9-cu, “Toyota Hilux” isə 168 370 ədədlə 10-cu yeri tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar