Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən isti bölgəsi hansı ölkədə yerləşir ?


Planetin ən qaynar məkanları


Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb.

1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.

AZƏRTAC “listelist.com” saytına istinadla xəbər verir ki, dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya “boşluq çölü” də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.

Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar