Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən innovativ ölkəsi açıqlandı


İsveçrə növbəti dəfə dünyanın ən innovativ ölkəsi adına layiq görülüb


PİA.AZ Azərtac-a istinadən xəbər verir ki, Dünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı beynəlxalq innovasiya indeksində İsveçrə 8-ci dəfə ilk yerdə qərarlaşıb.

Ən innovativ ölkələr siyahısında sonrakı yerlərdə Niderland, İsveç, Böyük Britaniya və Sinqapur dayanır.

Ümumilikdə 80 indikator əsasında tərtib edilən indeksdə İsveçrə əsasən qeydiyyata alınan patentlər, əqli mülkiyyət, elmi tədqiqatlar və innovativ layihələrə yatırılan investisiyaların həcminə görə digər ölkələri qabaqlayıb. Yüksək və orta innovativ texnologiyalar əsasında istehsal üzrə İsveçrə ikinci yerdə qərarlaşıb.

Müasir texnologiyalardan ən geniş istifadə edən iki ölkə - ABŞ və Çin fərqli inkişafla diqqəti çəkib. ABŞ 4-cü yerdən 6-cı yerə düşdüyü halda, Çin mövqeyində 5 pillə irəliləyərək, 17-ci yerdə qərarlaşıb və ən innovativ 20 ölkələr sırasına daxil olub.

Dünyanın 126 ölkəsi üzrə tərtib olunan indeksdə innovativ yeniliklər ilə yanaşı, siyasət, təhsil, infrastruktur və biznes mühitində inkişaf da əsas faktorlar arasındadır. Eyni zamanda, yaşıl enerji və bu sahədə müasir enerji texnologiyalarının tətbiqi da siyahının tərtibatında xüsusi şəkildə nəzərə alınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar